Əbülhəsən əl-Həsən ibn Əli (1109–1171) — İfrikiyyədə hökm sürən Zirilər sülaləsi (Sanhacə) dövlətinin sonuncu hökmdarı.
Əbülhəsən əl-Həsən ibn Əli | |
---|---|
| |
rəhbər[d] (Zirilər sülaləsi) | |
1121 – 1152 | |
rəhbər[d] (Zirilər sülaləsi) | |
1121 – 1148 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1109 |
Vəfat tarixi | 1171 |
Fəaliyyəti | rəhbər[d] |
Ailəsi | Zirilər sülaləsi |
fevral 1109-cu ildə Susədə doğuldu. Atasının ölümü üzərinə taxta keçdiyində hələ on iki yaşındaydı. Bu səbəblə dövlətin idarəsi Sandal əl-Xadim adlı siyasətdən anlamayan cahil bir məmlükün əlinə keçdi. Qısa bir müddət sonra idarədə gəvşəmə və çözülmə meydana gəldi. Bu durumu fürsət bilən Norman Kralı II Rocer, Murabıt hökmdarı Əli ibn Yusif bin Taşfînin komandanlarından Əbu Abdullah İbn Meymunun Siciliyaya hücumundan Həsən ibn Əlini sorumlu tutaraq Zirilər xanədanının mərkəzi Mehdiyəyə əsgər göndərdi. Ancaq şəhəri ələ keçirməyə müvəffəq ola bilmədi (1122). Ertəsi il 300 gəmi və 1000 süvariylə Hasi adasına hücum edən və Dəymas qalasını alan Normanlar, Həsən ibn Əlinin göndərdiyi qüvvələr və onların yardımına gələn ötəki Ərəb və Bərbəri qəbilələr tərəfindən ağır bir məğlubiyyətə uğradıldı.
Həmmadi əmiri Yəhyanın komandanlarından Mutarrif ibn Həmdun ibn Əli 1135-ci ildə Məhdiyəyi dənizdən və qurudan mühasirə altına alınca zor durumda qalan Həsən ibn Əli, bölgədəki Bəni-Hilal qəbiləsinə mənsub ərəblərdən və Norman kralı II Rocerdən yardım istədi. Həmmadi mühasirəsi onların yardımı sayəsində başarısızlıkla sonuclandı. Həsən Həmmadiləri məğlubiyyətə uğradaraq bəzi gəmilərini ələ keçirdi. Bu vəsilə ilə Rocerlə bir saldırmazlık anlaşması imzaladı. Rocer 1137-ci ildə Cərbəni işğal etdikdən sonra bütün İfrikıyə sahillərini istila etdi. 1143-cü ildə Səfakusa hücum edən normanlar iki il sonra Karkənəyi işğal edib xalqını qılıncdan keçirdilər.
Həsən ibn Əli, kral Rocerə aralarındaki anlaşmanı xatırladınca da Rocer zirilərə tabe olmayan bölgələrə hücum etdiyini, anlaşmanın yürürlükdə olduğunu söylədi. Ancaq 1148-ci ildə yenidən Mehdiyəyə hücum etdi. Rocerin əmriylə yola çıxan Norman donanmasının komandanı Corci b. Mixail əl-Antaki, müsəlmanların zəiflərini və qıtlıq üzündən şəhərin müdafiəsiz buraxıldığını bildiyindən bu dəfə şəhəri işğala müvəffəq oldu (22 iyun 1148). Həsən ibn Əli ailəsi və əsgərləriylə birlikdə şəhəri tərk etdi. Beləcə İfrikıyədəki Zirilər xanədanı tarixə qarışmış oldu.
Mehdiyədən ayrıldıqdan sonra Maləka əmiri Muhriz ibn Ziyadın yanına gedən Həsən ibn Əli əs-Sanhaci, burada gözlədiyi ilgini görəməyincəyaxşı ilişkilər içində olduğu Fatimilərin hakimiyətindəki Misirə getmək istədi. Ancaq Corci tərəfindən sürəkli təqib edildiyi üçün əmizadəsi Yəhya ibn Əziz əl-Həmmadinin yanına Bicayəyə getdi. Müvahhidlərin qurucusu Əbdülmöminin Bicayəyi zəbtinə qədər orada qaldı (1152). Əbdülmömin ilə birlikdə İfrikiyə səfərinə qatıldı (1160) və daha sonra Mehdiyədə öldü.