Əli ibn Yusif ibn Taşfin (1084–1143) — Əlmürabilər sülaləsinin əmiri.
Əli ibn Yusif | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1083[1] və ya 1084[2] |
Vəfat tarixi | 26 yanvar 1143 |
Ailəsi | Mürabitlər dövləti |
Vikianbarda əlaqəli mediafayllar |
1084-cü ildə Səbtədə (Cəuta) doğuldu. Əlmürabilər dövlətinin qurucusu Yusif ibn Taşfinin beş oğlundan biridir. Anası xristian bir cariyədir. Atası tərəfindən vəliəhd təyin edildi. Parlaq zəkasıyla diqqətləri üzərinə çəkdi və on səkkiz yaşında ikən Divan-ı Məzalimə nəzarət etməklə vəzifələndirildi. Atasının ölümü üzərinə qardaşı Əbu Tahir Təmim ilə Lemtunə və digər Sanhacə qəbilələrindən biat alaraq "əmirül-müslimin" ünvanıyla Mərakeşdə taxta çıxdı (1106). Ölkənin hər tərəfinə xəbər göndərib biət istədi. Qardaşıoğlu Yəhya ibn Əbu Bəkrin vali olduğu Fas şəhəri xariç bütün şəhərlər itaat ərz etdilər. Əli dərhal onun üzərinə yürüdü və 7 dekabr 1106-cı il tarixində Fasa girərək onu biətə məcbur etdi.
Atasından zəngin bir xəzinə və hüzurlu bir ölkə alan Əli b. Yusif taxta keçər-keçməz böyük bir cihad hərəkatına girişdi və xristian krallıqlarına qarşı dörd səfər düzənlədi. Buna qarşılık Kastilya kralı VI Alfonso da Zəllakada uğradığı məğlubiyyətin pis izlərini silmək məqsədiylə qraf Garcia Ordonəz komandasında bir ordu hazırladı. Bu ordu Əlinin böyük qardaşı Əbu Tahir Təmim komandasındakı Murabıt ordusuna Uclés (Uklic) önlərində məğlub oldu (1108). Əsir alınan və daha sonra da öldürülənlər arasında VI Alfonsonun kiçik yaşdakı oğlu və tək varisi Sancho da vardı. Bu meydan savaşı Murabıtları İspaniyada qüdrətlərinin zirvəsinə çıxardı. Əli 1109-cu ildə şəxsən Tuleytula (Toledo) üzərinə yürüdü. Kastiliya torpaqlarındakı Madrid və digər bəzi şəhərləri ələ keçirdiysə də, Tuləytulanı ala bilmədi. Əlinin İspaniyaya etdiyi səfərlər sonunda Talavera şəhəri keçici olaraq ələ keçirildi (1109). Murabıtlar daha sonra Hudilərin əlindəki Sarakustanı (Saraqosa) zəbt etdilər (1110). Buna qarşılıq Sir ibn Əbu Bəkr komandasındakı birliklər Portuqaliyada Lissabonu və bəzi kiçik şəhərləri zəbt edərək uğurlu nəticələr əldə etdilər (1110). 1113-cü ildə Tuleytulaya qarşı ikinci bir səfər daha düzənləndi, fəqət nəticə alınmadı. 1117-ci ildə Coimbra da alındı. Sarakusta daha sonra Araqon kralı tərəfindən təkrar ələ keçirildi (1118). Murabıtların İspaniyadakı xristian hökmdarlara qarşı səfərləri bundan sonra da davam etdi. Bu arada Alfonso tərəfindən mühasirə edilən Lerida bölgəsindəki Fraqa, Murabıt komandanı Yəhya b. Əli b. Qaniyənin hərəkatı sonucu qurtarıldı və Araqon kralı böyük bir məğlubiyyətə uğradı (1134). Abbasi xəlifəsi ona bu cihad hərəkatı səbəbiylə "muizzüd-dövlətil-Abbasiyyə" ünvanını verdi.
Bəzi məziyətlərinə baxmayaraq Əli ibn Yusif, dövləti atası kimi yaxşı idarə edə biləcək qabiliyətdə deyildi. Böyük ölçüdə Maliki fəqihlərin təsiri altında qaldı. Bu səbəblə onun dövründə kəlam və fəlsəfə yasaqlandı, bu elmlərlə uğraşanlar Rafıziliklə suçlandı. Fəqihlərin fitvası üzərinə Qəzzalinin "İhyaü ulumid-din" adlı əsərinin yandırılmasını əmr etdi. Bunun üzərinə "İhya Kurtuba Camii həyətində parça-parça edilərək yandırıldı (1109). Bunu duyan Qazzali çox üzüldü və "Allah da onların dövlətini parça-parça etsin" deyə qarğış etdi.
Əli ibn Yusifin hökmdarlıq illərində Kurtuba bir mədəniyyət mərkəzi halına gəldi. Onun və atası Yusifin katibi İbn Abdun ilə İbn Kuzman dövrün diqqəti çəkən şairləriydi. Əli imar-inşaat fəaliyətlərində də oldu və Fastakı Karaviyyin Camisini genişlətdi, Tləmsəndəki Cami-i Kəbir onun zamanında tamamlandı (1136). Muvahhidlərin Fas üzərinə apardığı səfərlər Əli ibn Yusifin ölkəsində qarışıqlıklara səbəb oldu. Fəqət o Muvahhidlərin Mərakeşi zəbt etdiyini və Murabıtların çökdüyünü görmədən öldü (27 yanvar 1143). Bütün bunlara baxmayaraq Əli ibn Yusifin zamanı müsəlmanların Əndülüsdəki ən parlaq dövrlərindən biri olarak qəbul edilir.