Əbülqasım Cəlaləddin Təbrizi

Əbülqasım Cəlaləddin Təbrizi əslən təbrizli olan və Cənubi Asiyada fəaliyyət göstərmiş məşhur sufi.[2] O, Benqaliyada müsəlman hakimiyyətinin başlamasından bir qədər əvvəl buraya gəlmiş və yerli əhali arasında İslam dininin təbliğatına başlamışdır. o, ölənə qədər bu işlə məşğul olmuşdur. Əbülqasım Cəlaləddinin adı ilə kiçik islami təriqətlərdən biri olan Cəlaliyyə təriqəti yaradılmışdır. O, Sanskrit əfsanələrindən biri olan Sekhaśubhodayā-nin (azərbaycanca:Şeyxin gəlişi) qəhrəmanı hesab edilir.[3]

Əbülqasım Cəlaləddin Təbrizi
Əbülqasım Cəlaləddin Təbrizinin məzarının olduğu ehtimal edilnə dərgah.
Əbülqasım Cəlaləddin Təbrizinin məzarının olduğu ehtimal edilnə dərgah.
Doğum tarixi XII əsr
Doğum yeri Təbriz
Vəfat tarixi XIII əsr
Vəfat yeri Belqaliya
Dəfn yeri Baiş Hazari Dərgahı, Qərbi Benqaliya, Hindistan
Dini Sünni İslam
İxtisası Din elmləri
Təhsili Əbu Seyid TəbriziŞihabəddin Ömər Sührəvərdi[1]
Fəaliyyəti İslami missionerlik və sufilik

Həyatının erkən dönəmi və təhsili

[redaktə | mənbəni redaktə et]

Əbülqasım Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlmişdir. O, yerli sünni alimlərindən olan Əbu Seyid Təbrizinin nəzarətində təhsil almışdır. Müəlliminin ölümündən sonra Şihabəddin Ömər Sührəvərdidən dərs almağa başlamışdır.[4] Onun xidmətində olan Əbülqasım müəlliminin Həcc ziyarətlərində onu müşayət etmişdir.[5]

Həyatının sonrakı dönəmi

[redaktə | mənbəni redaktə et]
Baiş Hazari Dərgahındakı lövhə

Əbülqasım 1210-cu ildə Dehlidəki türk hökmdarı Şəmsəddin Eltutmuşun hakimiyyəti dövründə oraya getmişdir və ona sarayda yer ayrılmışdır. Tədricən sarayda məşhurlaşmasına görə, Şeyx əl-İslam Nizaməddin Suğra tərəfindən qısqanclıqla qarşılanmış və sonda onun tərəfindən böhrana məruz qalmışdır. Suğra onu adı dövrün qaydaları əsasında əxlaqsızlıqda hallanan qadınla əlaqədə ittiham etmişdir.[6][7] Lakin Qütbəddin Bəxtiyar KakiBəhaəddin Zəkəriyyə kimi digər alimlər onunla yaxşı əlaqələrini davam etdirmişdirlər. İttihamların daha sonra yalan olması sübut edilmişdir.[8]

O, daha sonra Benqaliyaya getmişdir. Bura bir digər türk hökmdarı olan Məhəmməd Bəxtiyar Hilçi tərəfindən yeni ələ keçirilmişdi. Təbrizi bir çox yerli əhalini İslama dəvət etdiyinə və böyük izləyici topladığına görə tanınır. Deotala yaxınlığındakı bir yaşayış məskəni onun şərəfinə Təbrizabad adlandırılmışdır. Güman edilir ki, həyatının bir dönəmində o, burada yaşamışdır.

Ölümü və mirası

[redaktə | mənbəni redaktə et]
Baiş Hazari Dərgahının görünüşü.

Cəlaləddin Təbrizinin ölüm tarixi mübahisəlidir. Qulam Sərvər iddia edir ki, o, 1244-cü ildə ölmüşdür,[7] Mirzə Məhəmməd Əxtar Devləvi isə onun 1225-ci ildə vəfat etdiyini yazmışdır.[9] O, vəfat etdikdən sonra Həzrət Pnaduadakı xanəgahında dəfn edilmişdir. Dərgaha ianə edilmiş gəlir illik 22 min təkədən daha yüksək olmuşdur və bundan sonra Baiş Hazari Dərgahı deyə adlandırılmışdır.[3]

Lakin Əbülfəzl ibn Mübarək iddia edir ki, Əbülqasım Devmahal adlanan sarayda vəfat etmişdir. Tarixçilər bu yeri tapmağa çalışmış və sonda iddia etmişdirlər ki, Belqaliyada Devmahal adlanan bir saray olmamışdır.[4] Kolonial dövrün araşdırmaları Devmahalın Maldiv adalarında yerləşdiyini bildirir.[10][11]

13-cü əsrdə Təbrizinin Müsəlman Benqaliyaya təsirini sonrakı əsrlərdə ümumi adı Cəlal olan digər sufi övliyaları səbəbindən yaranan çaşqınlıqlarla görmək olar. XIV əsrdə yaşamış məşhur ərəb səyyahı İbn Bəttutə Əbülqasım Təbrizi ilə Kamarupa yaxınlığında rastlaşdığını yazmışdır. Müasir tarixçilər düşünür ki, onun qarşılaşdığı sufi alimi Sylhetli Şah Cəlal olmuşdur. Güman edilir ki, müəllif kitabını oradan döndükdən çox illər sonra yazdığına görə şəxsləri qarışdırmışdır.[3]

Böyük Moğol imperatoru II Aləm Şahın hakimiyyəti dövründə Baiş Hazari bölgəsinin mütəvəllisi (canişini) təyin edilən Münşi Seyid Sədrəddin mədrəsənin yaxınlığında kitabxana da tikdirmişdir. Boharda yerləşən bu kitabxanaya Mədrəsə-i-Cəlaliyyə adı verilmişdir. Kitabxanaya bu adın verilməsinin adı Əbülqasım Cəlaləddin Təbrizinin adı ilə bağlı olmuşdur.[12] Bu mədrəsədə yüzlərlə məşhur üləma yetişdirmişdir. Bunların sırasına Qulam Mustafa Burdvani, izharul Haque, Əbdürrəcəb Luknovi, Nural Haque Ənsari də daxildir.[13]

  1. Khan, 1923. səh. 55
  2. Chishti, 2017. səh. 351–352
  3. 1 2 3 Islam, Sirajul; Miah, Sajahan; Khanam, Mahfuza; Ahmed, Sabbir. "Shaikh Jalaluddin Tabrizi". Banglapedia: the National Encyclopedia of Bangladesh. 2012. İstifadə tarixi: 3 aprel 2023.[ölü keçid]
  4. 1 2 ibn Mubarak, 1873. səh. 406
  5. Nizami, 2008. səh. 351–352
  6. Khan, 1923. səh. 129
  7. 1 2 Sarwar, 2012. səh. 279-289
  8. al-Dehlawi, 2017. səh. 44
  9. al-Dehlawi, 2010. səh. 56
  10. Beveridge, 1895. səh. 230
  11. Blochmann, 1873. səh. 260
  12. Begum, 1944. səh. 44-50
  13. Molla, 1993. səh. 68–69
  • Syed Abdur Rahman Chishti. Mirat al-Asrar. University of Dhaka. 2017.
  • Abu'l-Fazl ibn Mubarak. Ain-i-Akbari. 2. 1873.
  • Muslim Nizami. Irshad-i-Mahbub. Delhi. 2008.
  • Ghulam Sarwar. Khazinat al-Asfiya. 1. 2012.
  • Ghulam Ahmad Khan. Khwajgan-i-Chisht. Delhi. 1923.
  • 'Abd al-Haqq al-Dehlawi. Akhbar al-Akhyar fi Asrar al-Abrar. 2017.
  • Mirza Muhammad Akhtar Dehlavi. Tazkirat-i-Awliya-i-Hind. 1. 2010.
  • H. Beveridge. The Khurshid Jahan Numa of Sayyad Ilahi Bakhsh al Husaini Angrezabadi. Journal of the Asiatic Society of Bengal. Asiatic Society of Bengal. 1895.
  • H. Blochmann. Contributions to the Geography and History of Bengal. Journal of the Asiatic Society of Bengal. Asiatic Society of Bengal. 1873.
  • Shabnam Begum. Religious institutions of Bengal in the eighteenth century: Buhar Madrasah. Bengal's contribution to Islamic studies during the 18th century (Thesis). Aligarh Muslim University Press. 1994.
  • M. Isharat Ali Molla. Life of Mulla Bahrul Uloom, his teachers and pupils, and views of prominent Ulama on him. Aligarh Muslim University Press. 1993.