Əbülqasim Marağayi

Əbülqasim Azad Marağayi, jurnalist və yazıçı.

Mirzə Əbülqasim Marağayi
Doğum tarixi
Doğum yeri Marağa
Həyat yoldaşı Şahnaz Azad
Atası Mirzə Əbdülməhəmməd Siqqətülislam

Mirzə Əbülqasim Marağayi, 1883-cü ilin yanvar ayında Marağada dünyaya gəlmişdir. Atası Mirzə Əbdülməhəmməd Siqqətülislam, Azərbaycanın müctəhidlərindən idi.Ibtidai və orta təhsilini Marağada alandan sonra Nəcəfə getdi və orada 5 il yarım Ayətullah Məhəmmədkazım Xorasani, Şeyx Həsən Mamaqani, və Fazil Şərəbiani siniflərində təhsil aldı və ruhani olaraq İrana qayıtdı.[1] Amma atasının arzusu olmasına baxmayaraq,din xadimi olmaqdan geri çəkildi və Tehrana gedib və Fransız dilini öyrənməyə başladı.[2] 2 il Tehranda idi və sonra yeni elmləri öyrənmək üçün Avropaya getdi.Bakıda bir neçə iranlı ilə birlikdə bir məktəb təsis etdi.[2] 11 il Rusiya, Türkiyə, Yunanıstan, Misir, Fransa, İngiltərə, HindistanHicazda idi.İngiltərədə İran xəttinin dəyişməsi fikrinə düşdü.İngiltərədən Hindistana getdi və Əliqər colecində İngilis dilini tədris etməyə başladı[3] və Həbləlmətin qəzeti ilə də əməkdaşlıq etdi.5 il Hindistanda olanda, səkkiz min fars sözünü İngilis ekvivalentləri toplusun İran Nobahar Lüğəti[4] adıyla təqdim etdi.[5] Azad Marağayi iddia edir ki Britaniya şirkətlərinin tərəfdən bu lüğətin yayılması üçün təklif verildi[5].Birinci Dünya müharibəsinin başlanğıcında İrana qayıtdi və Məarif, Vəqflər və İncə Sənayesi nazirliyində istixdam olundu.[6] Bir müddətdə İrşad qəzetəsində məqalə yazırdi və bu məqalələrdə öz lüğətinin sözlərindən istfadə edirdi.[7] 1915-ci ildə Nameye Parsi dərgisin nəşr etdim ilkinci sayısi 19 iyun 1916 ildə Tehranda çap oldu.[8] Bu dərgidə xalis farsca sözlərindən, Ərəbcə sözləri olmadan, istifadə olunurdu.Əbülhəsən Mirzə Şeyxərrəis Qacar, Azadı və işlərini tərifləmək üçün onun haqqında bir parça şeir dedi.Onun arxaizmdə ifratı o qədər idi ki o qədim tarixdən istifadə edirdi ki mənbəyi Kiumərsin tacqoyması günü idi.[9] Bu nəşriyyə iki il nəşr olundu və onda Əbülhəsən Mirzə Şeyxərrəis Qacar, Məcdəlislam Kirmani, və Etisaməddövlədən materiallar nəşr olurdu və Həsən xan Mustoufi əl-Məmalik,Məhəmmədvəli xan Tənkabuni və Sərdar Müəyyiddə bu nəşriyyəyə maliyyə kömək edirdilər.Azad Marağayi bu dərginin nəşri üçün məarif nazirliyindən elm nişanı aldı.[10] O, sonra "Asayeş" qəzetin 1919-cu ilin dekabr ayında nəşr etdi.Ancaq on səkkiz sayıdan artıq dərc olunmadı, qəzetin qadağan olunma səbəbi, Azad Marağayının İran Demokrat partiyasında Mirzə Həsən xan Vüsuqəddövlə hökumətinin əleyhinə siayasi fəaliyyət etməsinə görə idi ki həbs olmağına gətirib çıxardı.[11] Azad Marağayı bu qəzetin puanın Mirzə Əbutalib Şirvani Bənanəssəltənəyə verdi və özü 1920-ci ilin avqust ayında hayat yoldaşı Şahnaz Rüşdiyyə, Həsən Rüşdiyyənin qızının yardımı ilə "Nameye Banovan"(Qadınlar Naməsi) adlı nəşriyyəni nəşr etdi.Azad Marağayı "Kəşfi Hicab Konvensiyası" adlı bir gizli cəmiyyət təsis etmişdir.[12] Bu cəmiyyətin görüşlərində Yəhya Dövlətabadi kimi adamlar iştirak edib və müzakirə edirdilər.[13] Bu cəmiyyət sonralar ləğv və Azadda həbs olundu.[14] Kəşfi hicab üçün fəaliyyətlərinə görə 4 dəfə həbsxanaya düşüb və sürgün olmuşdur.[15] Əbülqasim xan, "Nameye Banovan"(Qadınlar Naməsi) nəşriyyəsinin yayılmasının dayandırılmasından sonra, Tehrandan sürgün oldu[16]Təbrizə getdi.Təbrizdə Azad adlı həftəlik nəşriyyəsin yaydı.[17][18]

26 may 1946də Tehranda vəfat etdi.

İki çap olunmuş əsəri

[redaktə | mənbəni redaktə et]
  • Asan əlifba (fars dilində)
  • Yeni gəlinlərə təlimatlar (fars dilində)
  1. محمد صدرهاشمي. تاريخ جرايد و مجلات اير ان. اصفهان ، کمال، ،١٣٦٣ ج ،١ صص 1٤2-1٤1
  2. 1 2 ايرج افشار ،« يادي از ابوالقاسم آزاد مر اغي »، آينده، س ،١٨ ش٧- ١٢. صص ٤٠٥ -٤٠٦ .
  3. تاريخ جرايد و مطبوعات ايران . ج 4، ص ٢٦٣.
  4. فرهنگ ديگري به همين نام در ١٣٠٨ ش و در پنج جلد توسط محمدعلي تبريزي خياباني در تبريز منتشر شد. اين فرهنگ نيز شامل کلمات فارسي سره بود.
  5. 1 2 تاريخ جرايد و مجلات. ج 4، ص ٢٦٣.
  6. سند شماره ٦-٢٤٤٧٠- ،٢ مؤسسه مطالعات تاريخ معاصر ايران.
  7. تاريخ جرايد و مجلات ايران . ج 4، ص ٢٦٥.
  8. تاريخ جرايد و مطبوعات. ج 4، ص ٢٦٣.
  9. عليرضا دولتشاهي ،« آزاد مراغه اي و پارسي نويسي »، جهان کتاب ، س ،٢ ش 8-7 ،صص ٥١ - 50 .
  10. نامه پارسي. ش 14، 5 ربيع الاول ١٣٣٥.
  11. خاطرات سياسي و تاريخي. تهران ، فردوسي ،١٣٦٢ . ص ١٩٨ ؛ تاريخ جرايد و مجلات ايران . ج 1، ص ١٥١.
  12. مرتضي سيفي تفرشي. پليس خفيه ايران. تهران ، ققنوس، ٨ ،١٣٦ ص ١٠٢.
  13. يحيي دولت آبادي. حيات يحيي. تهران ، فردوسي و عطار ، 1362، ج 4، ص ٤٣٣ .
  14. پليس خفيه ايران. ص ١٠٢.
  15. « درگذشت يک مرد دانشمند » ، اطلاعات هفتگي، س 6، ش 257، ٢٤ خرداد ١٣٢٥. ص ١٨.
  16. اسناد مطبوعات (١٢٨٦ -١٣٢٠ ). به کوشش کاوه بيات و مسعود کوهستاني نژاد. تهران، سازمان اسناد ملي ايران- 1٣٧٢. ج 1، ص ٢٧١.
  17. اسناد مطبوعات . ج 1، ص ١٥ .
  18. اسناد مطبوعات . ج 1، ص16 .

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]