Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir.
Əbədi odlar ölkəsi | |
---|---|
Fayl:Əbədi odlar ölkəsi (film, 1945).jpg | |
Janr | sənədli film |
Rejissor | Hüseyn Seyidzadə |
Ssenari müəllifləri |
İmran Qasımov Sabit Rəhman |
Operator | Seyfulla Bədəlov |
Bəstəkar | Tofiq Quliyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1945 |
Filmin növü | tammetrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1945 |
Texniki məlumatlar |
6 hissə 35 mm |
Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır.
İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır.
Film saxlanılmayıb.