Süleyman Vəzirov

Süleyman Azad oğlu Vəzirov (18 noyabr 1910, Şuşa, Yelizavetpol quberniyası7 fevral 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan SSR-in 1-ci neft sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı (1944)[1][2], Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri.

Süleyman Vəzirov
23 oktyabr 1965 – 24 noyabr 1970
SədrƏnvər Əlixanov
Əli İbrahimov
30 avqust 1958 – 16 dekabr 1959
SədrVəli Axundov
Məmməd İsgəndərov
bayraq
Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri — Azərbaycan SSR naziri
bayraq2
16 dekabr 1959 – 23 oktyabr 1965
ƏvvəlkiSabit Orucov
bayraq
Azərbaycan SSR neft sənayesi naziri
bayraq2
30 iyun 1954 – 30 avqust 1958
Əvvəlkivəzifə təsis edilib
SonrakıƏnvər Əlixanov
Şəxsi məlumatlar
Doğum tarixi 18 noyabr 1910(1910-11-18)
Doğum yeri
Vəfat tarixi 7 fevral 1973(1973-02-07) (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti dövlət xadimi, neftçi
Atası Azad bəy Vəzirov
Uşağı

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
3-cü dərəcəli "Stalin" mükafatı Azərbaycan SSR neft ustası Azərbaycan SSR əməkdar elm və texnika xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süleyman Vəzirov 1910-cu ildə Şuşada ziyalı ailəsində dünyaya gəlib. Onun atası Azadbəy Vəzirov Peterburqda hərbi təhsil almış və xüsusi tapşırıqlar üzrə polkovnik, anası Zəhra xanım isə dövrünün məşhur həkimi Kərimbəy Mehmandorovun qızı idi. Süleyman Vəzirov 1918-ci ildən Şuşa real məktəbində oxuyur, sonra Bakı sənaye-iqtisad texnikumuna daxil olur. Texnikumda oxumaqla bərabər o, həm də kinomexanik köməkçisi işləyir. Texnikumu bitirdikdən sonra İliç buxtasında – mədəndə "zamerşik" vəzifəsində çalışmağa başlayır.

Neft mədənində çalışmaq və "Azneft" Birliyinin baş mühəndisi olan qohumu Fətulla Rüstəbəyovla olan söhbətlər onun sonrakı sənət seçimini təyin etdi. 1928-ci ildə Süleyman Vəzirov Azərbaycan Politexnik institutunun dağ-mədən fakültəsinə daxil olur və oranı 1932-ci ildə müvəffəqiyyətlə başa vurur. YÜKSƏK İXTİSASLI MÜHƏNDİS Süleyman Vəzirov yüksəkixtisaslı bir mühəndis kimi Pirallahı, Lok-batan, Qaraçuxur kimi neft-qaz yataqlarının işlənilməsində çalışmaqla yetişmişdir. Bir neçə il ərzində o, ixtisasının bütün pillələrini keçərək mühəndis, böyük mühəndis, trestin baş mühəndisi vəzifələrində çalışaraq kamil mütəxəssisə çevrildi.

S. Vəzirov 1935–1937-ci illərdə "Molotovneft" trestində indiki- Əmirov adına Neftqazçıxarma idarəsi mədən müdirinin müavini, 1937–1940-cı illərdə "Kaqanoviçneft" trestinin – indiki Suraxanı Neftqazçıxarma idarəsi baş mühəndisi vəzifələrində çalışmışdır.

Özünə və tabeliyində olanlara qarşı tələbkarlıq, əməksevərlik, insanlarla iş görmək qabiliyyəti onun 1940-cı ildə o vaxt bütün geoloji kəşfiyyat işlərini, qazma, neftçıxarma və emal, habelə iri tikinti təşkilatlarını özündə birləşdirən Azneftkombinata baş mühəndis vəzifəsinə irəli çəkilməsinə səbəb olmuşdur.

Otuz yaşlı S. Vəzirovun tutduğu vəzifənin məsuliyyətini başa düşmək üçün, "Azneftkombinatın" yerinə yetirdiyi işləri bilmək lazımdır: Burada geologiya, quyuların qazılması, neft hasilatı, emal, neft maşınqayırması, neft iqtisadiyyatı yəni indi bir neçə nazirliyin həyata keçirdiyi işlər həyata keçirilirdi. "Azneftkombinat" nəinki Azərbaycanın neft-qaz sənayesində aparıcı rolunu oynayırdı, eləcə də Sovet İttifaqında neft sənayesində həyata keçirilən işlərin 75% bu struktur ilə əlaqədar idi. O illərdə neftçilər çox çətin bir şəraitdə işləyirdilər. İstehsalatdakı istənilən səhv, mütəxəssisin həyatı bahasına başa gələ bilərdi. Amma S. Vəzirov özünü layiqincə göstərə bildi: 1941-ci ildə Azərbaycan maksimum – yəni 23,5 mln.t neft hasil etdi və kombinatın baş mühəndisi kimi S. A. Vəzirov Lenin ordeni ilə təltif olundu.

Çətin 1942-ci ildə S. A. Vəzirov "Azneftekombinat"a rəhbər təyin edildi. Suleyman Vəzirov "Azneftkombinatın" ilk azərbaycanlı rəhbəri idi. Bu isə çox şey demək idi. Müharibənin ağır illərində dahi neftçi və təşkilatçı olmaq lazım idi ki, qarşıya çıxan və eləcə də çıxa biləcək çətinliklərin öhdəsindən gələ biləsən. Bu çətin dövrdə cəbhənin və arxanın yanacağa və sürtgü yağlarına olan ehtiyacının ödənilməsi, arxa cəbhədə zavod və fabriklərin istehsal profilinin dəyişdirildiyi səbəbindən vəziyyətdən çıxmaq üçün yeni sahələrin yaradılması, lazım gəldikdə isə kadrların qorunması kimi müxtəlif məsələlərin həll edilməsi lazım gəlirdi. CƏBHƏYƏ NEFT LAZIMDIR Müharibənin alovları içində yanan ölkədə Bakı neftinin cəbhəyə çatdırılması lazım idi. Yanacaq və neft məhsullarının daşındığı yollar düşmənin əlində idi. Neft və neft məhsullarının daşınması üçün yalnız bir yol qalırdı, o da Bakıdan Xəzər dənizi ilə Krasnovodska – indiki Türkmənbaşıya. Lakin Krasnavodskda neftin saxlanılması üçün çənlər yox idi. Süleyman Vəzirov Bakıda mövcud neft cənlərini, dənizdə tankerlərin yedəklərində Krasnovodska aparılması təklifi ilə bu məsələni çox sadə bir yolla həll etdi.

"Azneftekombinat"ın rəisi gecə və gündüz səfərlərdə idi: onu gah neft mədənlərində, gah maşınqayırma zavodlarında, gah da Türkmənistanın Krasnovodsk limanı ilə əsas nəqliyyat dəhlizi olan limanda tapmaq olardı. Amma bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan neftçiləri 1941–1945-ci illərdə 75 mln. ton neft, 22 mln. ton benzin və digər neft məhsulları istehsal edərək, plan tapşırığını xeyli üstələmişdilər.

Bu rəqəmlər indi sadə deyilir. Lakin bu göstəricilərin mütəxəssislərin çatışmadığı, lazımı avadanlığın olmadığı, üstəlik də Stalin – Bağırov rejiminin hökm sürdüyü bir vaxtda əldə edildiyini bildikdə onların mənası dəyişir. Bunun öhdəsində yalnız böyük bilik və təşkilatçılıq bacarığı olan, lazım gəldikdə sərt, lazım gəldikdə isə mülayim olaraq insanların rəğbətini qazanan, mürəkkəb və ekstremal şəraitdə düzgün qərar vermək qabiliyyəti olan şəxs gələ bilərdi ki, bu keyfiyyətlərin hamısı Süleyman Vəzirovda toplanmışdır. Bütün bu keyfiyyətlərin olması onun, dəfələrlə Bağırovdan "Vəzirov, sən ömrünü qazamatda başa vuracaqsan" ifadəsini eşitməsinə mane olmurdu. Çətin müharibə şəraitində neft sənayesinin inkişafı sahəsində göstərdiyi xüsusi xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 yanvar 1944 tarixli sərəncamı ilə S. A. Vəzirov Sosialist Əməyi qəhrəmanı, Lenin ordeni və Qızıl "Oraq-Çəkic" medalı ilə təltif olunmuşdu. MİRCƏFƏR BAĞIROVUN HƏDƏSİ S. A. Vəzirov 1945-ci ildə "Azneft" birliyinin rəisi vəzifəsində çalışmışdı. Sülh dövrünün başlanması bir sıra yeni zəngin neft yataqlarının işlənilməsinə imkan yaratdı ki, bunlardan biri də Vəzirovun aktiv əməyi ilə işlənilməyə daxil edilən Buzovna-Maştağa yatağı idi. Lakin Bağırov – Vəzirov münasibətləri mürəkkəbləşməyə başlamışdır. Bağırov heç bir səbəb göstərmədən onu vəzifədən azad edir və sonda "mən öz düşmənlərimə Bakını tərk etməyə 48 saat verirəm, kiməki sənin kimi simpatiyam var, ona 24 saat verirəm" məcazi ifadəsini işlətmişdi. Onu Bakıdan Moskvaya yola salmağa demək olar ki, bütün neftçilər gəlmişdi. 1946-cı ildə Süleyman Vəzirov SSRİ Nazirlər Sovetinin təsdiqi ilə "Ölkənin cənub və qərb rayonlarında neft hasilatı üzrə Baş İdarənin" rəisi vəzifəsinə təyin edilir.

Bu təyinatdan sonra SSRİ-nin neft yataqlarının yarısı – Qroznı, Kuban, Ukrayna – onun fəaliyyət sferasına daxil oldu. SSRİ-nin neft sənayesinin məhz bu hissəsi müharibə zamanı tam dağıdılmışdı. S. A. Vəzirovun başçılığı və bilavasitə iştirakı ilə çox qısa müddətdə mədənlər bir-birinin ardınca bərpa edilərək yataqların işlənilməsi davam etdirilməyə başladı.

XX əsrin 40-cı illərində geoloqlar Türkmənistanda Qumdağ yatağını kəşf etmişdilər. Neft sahəsinə nəzarət edən Beriya Nikolay Konstantinoviç Baybakova yeni yatağın işlənilməyə daxil edilməsini tapşırmışdı və çox ciddi nəzarətdə saxlayırdı.

Nikolay Konstantinoviç Baybakov təşkilatçılıq bacarığına və neft sənayesindəki təcrübəsinə bələd olduğu Süleyman Vəzirova Qumdağ yatağının mənimsənilməsini tapşırır. 1949-cu ilin mart ayında şəxsən Stalinin imzaladığı əmrə əsasən Süleyman Vəzirov "Turkmənneft" Birliyinin müdiri təyin edilir.

Qumdağ sahəsi qum barxanları arasında yerləşmişdir və yatağın işlənilməsi üçün burada nə infrastruktura, nə də yol var idi. Vəzirov birinci növbədə Qumdağa Nebitdağdan yolun çəkilməsindən başlayaraq, su, elektrik təchizatını təmin etməklə işçilər üçün yaşayış məntəqəsinin tikintisini həyata keçirdi. İnanmaq çətindir, lakin 1949-cu ilin sonuna Qumdağ sahəsində qazma işlərinə başlandı. Onu da qeyd edim ki, burada qazma işləri müharibə vaxtı köçürülmüş "Əzizbəyovneft" qazma kontorunun işçiləri tərəfindən aparılırdı. "XALQ DÜŞMƏNLƏRİ"NİN XİLASI Onun insani keyfiyyətləri işin ağırlığından, yaşayış şəraitindən və eləcədə idarəetmə sistemindən asılı olmayaraq həmişə özünü ən yüksək şəkildə göstərirdi. Vəzirov Türkmənistana təyin olduğu ilk günlərdə eşidir ki, Nebitdağ lagerində azərbaycanlı keçmiş neftçi-siyasi dustaqlar saxlanılır. O, ixtisaslı kadrların çatışmazlığını səbəb gətirərək onların azad olunmasına başlayır. Nəhayət onların ailələri ilə birlikdə Nebitdağda yaşamasına icazə alır. O vaxtlar "xalq düşməni" damğası vurulan adamların müdafiəsinə qalxmağın nə qədər təhlükəli olmasını bilən adamlar Vəzirovun bu hərəkətinə qiymət verə bilərlər.

Söz yox ki, qazılan birinci quyunu hamı intizarla gözləyirdi, xüsusilə də Nikolay Konstatinoviç Baybakov. Növbəti zənglərdən birində Türkmənistanda quyunun böyük hasilatla fontan vurduğu xəbəri gəldi.

Nefbitdağ şəhəri uzun müddət "Türkmənneft" birliyinin balansında olduğundan Süleyman Vəzirov bu şəhərin meri sayılırdı və onun yaradıcısı hesab edilməyə tam haqqı var.

Qumdağ yatağının kəşf edilməsinə və mənimsənilməsinə görə Süleyman Vəzirov SSRİ Dövlət mükafatına layiq görüldü. Bu dövr ərzində – onun işlədiyi dörd il yarımda "Türkmənneft" birliyinin neft hasilatı iki dəfə artdı. BİRİNCİ NAZİR 1953-cü ilin yayında Beriya-Bagirov epoxası sona yetdi. Respublika hökumətinin zəmanəti ilə SSRİ Nazirlər Soveti 1954-cü ildə Azərbaycan SSR Neft Sənayesi Nazirliyini yaratdı. Azərbaycan Sov. KP-nin birinci katibi İmam Daşdəmir oğlu Mustafayev onu yenidən respublikaya dəvət etdi və 1954-cü ildə Azərbaycanın birinci neft sənayesi naziri Süleyman Vəzirov oldu.

Vətənə geri qayıdan S. Vəzirov işinə Azərbaycanda kəşfiyyat işlərinin genişləndirilməsindən başladı. O, həm quruda, həm də dənizdə kəşfiyyat işlərinin həcmini artırdı. Çox qısa bir zamanda quruda Qaradağ, Kürovdağ, Mişovdağ, Zirə, Qalmaz və dənizdə Qum adası və Palçıq pilpiləsi yataqları kəşf edildi. İş yalnız yeni yataqların açılmasında və onların abadlaşdırılmasıda deyildi. Süleyman Vəzirov neft sənayesinin inkişafı üçün prinsip etibarilə yeni proqram təklif etdi.

Süleyman Vəzirov 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsinə irəli çəkilmiş, 1959-cu ildə isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri təyin edilir. Bu vəzifədə o, bir çox problemlərlə, ən əsası isə kimya sənayesinin yaradılması problemi ilə qarşılaşdı.

Sumqayıt şəhərinin salınması, burada zavod və fabriklərin tikintisi, orada çalışan əhalinin yaşayış və məişət tələblərinin təmin edilməsi və bu kimi müxtəlif məsələlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi lazım gəlirdi.

Tutduğu vəzifə ilə əlaqədar Süleyman Vəzirov respublikada həyata keçirilən bütün işlərlə məşğul olmasına baxmayaraq, o heç bir zaman özünün neftçi olduğunu və neftçiləri unutmurdu. Neft sənayesi ilə bağlı işlərdə, problem məsələlərin həllində bilavasitə iştirak edirdi. NİYOLAY BAYBAKOVUN ETİRAFI Süleyman Vəzirov neft sənayesinin ayrı-ayrı sahələrini – geologiya, qazma, neft yataqlarının işlənilməsi və ya neft işinin digər sahələrini həmin sahələrin mütəxəssislərindən daha yaxşı bilirdi.

Nikolay Baybakovun sözləri ilə desək, keçmiş Sovet İttifaqında Vəzirov bir nömrəli neftçi idi. SSRİ-nin neft sənayesində onu tanımayan yox idi. O, SSRİ-nin neft sənayesi naziri olanda həmişə təkrar edərdi ki, bura Süleyman Vəzirovun yeridir.

Süleyman müəllim barəsində sözümü mən jurnalist Nadejda İsmayılovanın bu görkəmli neftçiyə və unudulmaz insana həsr olunmuş "Suleyman Vezirov. Portiret na fone veka" ("Süleyman Vəzirov. Əsrin fonunda portiret") kitabında demişəm və indi də bir daha vurğulamaq istəyirəm ki, istər Azərbaycanda, istərsə Türkmənistanda və Moskvada işləyərkən o, özünün fenomenal qabiliyyətinə və çox səmərəli fəaliyyətinə görə həmişə birincilər sırasında olmuş, başçılıq etdiyi kollektivin mənafeyini qorumuş, işçilərə atalıq və müəllimlik etmişdir. Süleyman Vəzirovun əziz xatirəsi onu tanıyanların ürəyində həmişə əziz olaraq qalacaq, keçdiyi şərəfli əmək yolu isə gələcək nəsillərə örnək olacaqdır.

Neft və qaz kəmərlərinin sualtı hissəsinin çəkilişində istifadə olunan borudüzən gəmilərdən biri "Süleyman Vəzirov"-un adını daşıyır[3]

  1. "Везиров Сулейман Азадович". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
  2. Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Социалистического Труда работникам нефтяной промышленности" от 24 января 1944 года Arxivləşdirilib 2022-01-13 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 3 февраля (№ 6 (266)). — С. 1
  3. "Süleyman Vəzirov" borudüzən gəmisi Bahar-Hövsan-Suraxanı qaz kəmərinin sualtı hissəsinin çəkilişinə başlayıb 18.09.2008. [ölü keçid]