Əbdüləziz Təbrizi

Əbdüləziz Təbrizi[1] — XIV əsr Azərbaycan misgəri. Metaldan müxtəlif əşyalar hazırlamışdır. Əbdüləziz Təbrizinin 1399-cu ildə düzəltdiyi məşhur tunc tiyanın (ağırlığı 2 ton, diametri 2,5 metr) üzərindəki naxışlar arasında nəsx xətti ilə yazılmış kitabədən aydın olur ki, bu sənət əsəri Teymurun sifarişi ilə indiki Qazaxıstanın Türküstan şəhərində yerləşən Xoca Əhməd Yəsəvi məscidi üçün Təbrizdə düzəldilmişdir. Gül formasında hazırlanmış 10 qulplu bu nadir tiyan orta əsrlərdə Azərbaycanda metaltökmə sənətinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bu unikal sənət əsəri 1930-cu illərdə sərgidə nümayiş etdirilmək adı ilə Sankt-Peterburqa aparılmış, sərgi bitdikdən sonra isə "Ermitaj"da saxlanmışdır. Qazaxıstan Respublikasının tələbi ilə tiyan 1989-cu ildə Xoca Əhməd Yəsəvi məscidinə qaytarılmışdır.[2]

Əbdüləziz Təbrizi
Doğum yeri

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əbdüləziz Təbrizi // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
  2. Әбдүләзиз Тәбризи // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1982. С. 126.