Əhməd Yasəvi türbəsi (qaz. Қожа Ахмет Яссауи кесенесі, Qоjа Ахmet Yassaviy kesenesі) — Qazaxıstanın cənubunda, Türküstan şəhərində yerləşir. Böyük Teymur İmperiyası dövründə 1389-cu ildə Əmir Teymur tərəfindən tikdirilmişdir.
Əhməd Yasəvi türbəsi | |
---|---|
Қожа Ахмет Ясауи кесенесі | |
43°17′51″ şm. e. 68°16′15″ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
Şəhər | Türkistan |
Yerləşir | Türkistan vilayəti |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Teymuri memarlığı |
Material | kərpic |
Rəsmi adı: Mausoleum of Khoja Ahmed Yasawi | |
Tipi | Mədəni |
Kriteriya | i,iii,iv |
Təyin edilib | 2003 |
İstinad nöm. | 1103 |
Dövlət | Qazaxıstan |
Region | Asiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əhməd Yasəvi türbəsi Qazaxıstanın cənub hissəsində hazırda Türküstan (keçmiş adı Həzrəti Türküstan) şəhərinin şimal-şərq kəsimində karvan yolu üzərində, keçmişdə Həzrət və daha sonra Yesi kimi tanınan qədim yaşayış yerində tikilibdir.[1] Türbə tarixi bir qala yaxınlığıda, arxeloji qazıtılar aparılan bir bölgədə yerləşir.
Türk və İslam dünyasının ortaq xəzinəsi və mədəni dəyəri olan bu külliyənin yenilənməsi,[2] Qazaxıstan respublikası ilə aparılan razılaşma nəticəsində Türkiyə Cümhuriyyəti öz üzərinə götürmüş və 1993-cü ildə başlamış və Öner Kabasakalın sədrliyi dövründə TİKA üslubu ilə yenidən təmir edilmişdir.[3] 2002-ci ildə UNESCO tərəfindən dünya tarix əsəri olaraq qeydə alınmışdır.
Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir. Əhməd bin İbrahim bin İlyas Yəsəvi — Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir. Ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından biridir. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür.
Əhməd Yasəvinin XII əsrdə kiçik bir türbəsi yerinə, yeni türbə tikintisinə 1389-cu ildə başlanmışdı. Əmir Teymur Şirazdan mozaika, İsfahandan daş və suvaq ustalarını gətirtmişdir. Türbənin memarı İrandan Xacə Hüseyn Əlidir. Tonoz növləri və günbəz kimi eksperimental əsas düzənləmələrdə Teymurun özünün formanın dizaynında iştirak etdiyi bildirilir.[4] Bu cür yeniliklər daha sonra digər şəhərlərin dini tikililərində də istifadə olunmuşdur. Ancaq 1405-ci ildə Teymurun ölümü ilə tikinti başa çatmadan dayandırılmışdır.
Quruluş sistemi düzbucaqlıdır, ölçüləri 45,8 x 62,7 mr və 38,7 mr yüksəkliyindədir. Cənub-şərqdən şımal-qərb istiqamətindədir. türbə üçün istifadə edilən əsas material ganç -sauranda olan bir müəssisədə, əhəng (həvəng və dəstə), gips və gil qarışığından ibarət olan od kərpici ilə düzəlmişdir. Qazaxıstan Respublikası Kızılordu bölgəsində Türküstan şəhəri şimal-qərbində, 40 km məsafədə, səhrada bir orta əsr qalasının yaxşı qorunmuş Sauran xarabaları (qalıqları) var. Divarlar bişmiş kvadrat kərpic və ganç xərc (bir gips növü) istifadəsi ilə inşa edilmişdir. Özünəməxsus əsas təməl, suyun içinə törətməsini qarşısını almaq üçün 1,5 mr dərinliyə çatan gil qatı ilə əhatə olunmuşdur. Ziyarətçilərin daxil olduğu 18,2 x 18,2 mr ölçülü türbə əsas girişi cənub-şərqdədir. Əsas bölüm Kazandıq ("bakir otaq") hissəsi olaraq tanınır. Dini məqsədlər üçün istifadə edilən bir tunc qazan var. Yəsəvinin məzarı mərkəzi fonda binanın sonunda şimal-qərbdə, sarkofaq hissəsinin tam ortasında yerləşir ki, -iç günbəz 17 mr və xarici günbəz 28 mr hündürlükdə iki günbəzli yivli damı var. Günbəzinin xarici, qızıl naxışlı altıbucaqlı yaşıl sirrli bəzəklərlə örtülüdür.
Əhməd Yasəvi türbəsinin günbəzi Orta Asiyadakı ən böyük günbəzdir. Əhməd Yasəvi türbəsinin əsas divarlarında, çıxıntılı qurşağınl alt hissəsində, qərb səmtinin sağ küncündən başlayaraq, şimal və şərq cəbhəsinin sonuna qədər bir yazı qurşağında, Quranın Ənam Surəsinin 59-cu, 63-cü ayələrindən, hədislərdən və ulu sözlərdən seçilən iri süls xətlərlə yazılmış yazıları əhatə edir.
Əsas günbəzinin səkkizbucaqlı halqasında, böyük kufi xətlə hər tərəfdən "el-ınayetü lillah, əl-əcdad lillah" (Yaxşılıq Allah üçündür, ianə Allah üçündür) sözləri təkrarlanır. Yenə eyni tağının kvadrat gövdəsinin şərq və qərb üzlərində orta üst hissələrdə, nisbətən kiçik süls hərflərlə "Kalen-nebiyyü aleyhis-selam: ed-Dünya cifetün və talibüha kilabün". (Peyğəmbər əleyhissalam buyurdu. Dünya bir leş və onun istəklisi itlərdir) kəlamıyer alır.
Əhməd Yasəvinin qəbrinin yerləşdiyi hissənin üstündə yerləşən kiçik tağının gövdəsində hər tərəfdən, iri kufi xətlə, "el-mülkü lillah" (Mülk Allahındır) yazıları təkrarlanır.