Əbdüləziz ibn Şüeyb ibn Ömər Kurtubi Bəlluti (ərəb. عبد العزيز بن شعيب بن عمر القرطبي البلوطي), həmçinin Bizans mənbələrində Kurupas (yun. Κουρουπᾶς) — 949-cu ildən 961-ci ilə qədər Krit əmiri. O, ada Bizans tərəfindən ələ keçirilənə qədər hakimiyyətdə qalmış Kritin onuncu və son əmiri idi.
Əbdüləziz ibn Şüeyb | |
---|---|
Krit əmiri | |
949 – 961 | |
Əvvəlki | Əli ibn Əhməd |
Sonrakı | vəzifə ləğv edilib. |
Şəxsi məlumatlar | |
Fəaliyyəti | hərbi qulluqçu |
Uşağı | |
Rütbəsi | Əmir |
Xandaksın ələ keçirilməsindən sonra Əbdüləziz ailəsi ilə birlikdə əsir götürülmüş, Konstantinopola aparılmışdır və burada Nikofor Fokanın triumfunda nümayiş etdirilmişdir. Sonra onlara zəngin hədiyyələr verilmiş, II Roman tərəfindən mülk bəxş edilmişdir. Bizans mənbələrində bildirilmişdir ki, imperator Əbdüləzizi senator etmək fikrində idi, lakin sonuncu xristianlığı qəbul etməkdən imtina etmişdi deyə bu reallaşmamışdı.[1] Oğullarından biri, Numan və ya yunan dilindəki adı ilə Anemas xristianlığı qəbul etmişdir. O, Bizans ordusunda xidmət edirdi və 971-ci ildə Dorostolun mühasirəsində həlak olmuşdur.[2] Bəzi müasir tədqiqatçılar eyniadlı sonrakı Bizans aristokrat ailəsinin onun nəslindən olmasını mümkün hesab edirlər.[3]