II Nikofor Foka

II Nikofor Foka (yun. Νικηφόρος Φωκᾶς; 912[1], Kappadokiya, Bizans imperiyası[2][3][…]dekabr 969[1], Konstantinopol[4][5][…]) — 963–969-cu illərdə Bizans imperatoru.

II Nikofor Foka
bayraq
Bizans imperatoru
16 avqust 963 – 11 dekabr 969
ƏvvəlkiII Roman
SonrakıI İohann Simisxi
Şəxsi məlumatlar
Doğum tarixi 912[1]
Doğum yeri
Vəfat tarixi dekabr 969[1]
Vəfat yeri
Vəfat səbəbi başın kəsilməsi
Dəfn yeri
Fəaliyyəti hərbi qulluqçu, əsgər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Nikofor Foka təqribən 912-ci ildə Bizans imperiyasına bağlı Kappadokiyada anadan olmuşdur. O, 954-cü ildən baş komandan olmuş, paytaxtın əsilzadə məmurlarına qarşı düşmənçilik siyasəti yeritmişdir. Foka 967-ci ildə kəndlilərin imtiyazlı torpaq almaq hüququnu ləğv etmiş, iri torpaq sahiblərinin güclənməsinə kömək etmişdir. O, 964-cü il fərmanı ilə yeni monastırların yaradılmasını dayandırmış, monastırlara məxsus torpaq sahələri məhdudlaşdırmışdır. Foka 954-cü ildə Krit adasını, 965-ci ildə Kipr adasıKilikiyanı, 969-cu ildə isə AntioxiyaŞimali Suriyanı ərəblərdən almışdır. O, 966-cı ildə Bulqar xanlığına qarşı hərbi əməliyyatlara başlamışdır. Foka İohann Simisxinin sui-qəsdi nəticəsində öldürülmüşdür.[6]

  1. 1 2 3 4 Ahrweiler H. Nicephorus II Phocas // Encyclopædia Britannica (ing.).
  2. 1 2 C. W. C. Oman - Byzantine Empire.
  3. 1 2 http://www.britannica.com/EBchecked/topic/413989/Nicephorus-II-Phocas.
  4. 1 2 http://en.citizendium.org/wiki/Byzantine_Imperial_Court.
  5. 1 2 http://asiaminor.ehw.gr/forms/fLemmaBodyExtended.aspx?lemmaID=8634.
  6. Никофор ЫЫ // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 257.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]