Əbdülbaki Arif Əfəndi (1633[1], İstanbul, Osmanlı imperiyası – 28 oktyabr 1713[1], İstanbul, Osmanlı imperiyası) — Osmanlı alimi, din xadimi, şairi və xəttatı.[2][3][4]
Əbdülbaki Arif Əfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1633[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 oktyabr 1713[1] |
Vəfat yeri | |
Fəaliyyəti | Qazəsgər, alim |
Atası | Əmmizadə Mehmed Əfəndi |
1633-cü ildə İstanbulda dünyaya gəldi. Atası tərsanə katibi Əmmizadə Mehmed Əfəndidir (ö. 1671). İlk təhsilini aldqıdan sonra sabiq Rumeli qazəsgərlərindən Məmikzadə Mustafa Əfəndidən dərslər alaraq mədrəsə təhsilini tamamladı (1652). 1665-ci ilin iyulunda dəftərdar Yəhya Əfəndi mədrəsəsinə müdərris təyin edildi. Burada vəzifəsini tamamladıqdan sonra şeyxülislam Minkarizadə Yəhya Əfəndinın keçirdiyi imtahanda birinci oldu və rütbəsi artırılaraq Malulzadə mədrəsəsinə müdərris oldu (1668).
Öncə Körpülü Fazil Əhməd Paşa, ardından Mərzifonlu Mustafa Paşanın himayəsinə girdi və onların maddi dəstəyini qazandı.[5] 1681-ci ilədək müxtəlf mədrəsələrdə müdərris olaraq xidmət etdi və həmin il Saloniki qazısı təyin edildi. Bu vəzifədə ikən haqqında edilən şikayət səbəbilə IV Mehmedin əmriylə vəzifədən alındı və sürgün edildi (1683). 4 il davam edən sürgün müddəti boyunca xəttat olaraq çalışdı. Nəhayət, 1687-ci ildə bağışlandı və Bursa qazısı təyin edildi. 1692-ci ilin iyununda Qahirə və 1698-ci ildə İstanbul qazılığına yüksəldi. Öncə Anadolu (1702), ardından Rumeli (1 sentyabr 1706) qazəsgəri oldu. Həmin ilin dekabrında vəzifədən alınsa da, 2 mart 1710-cu ildə yenidən Rumeli qazəsgəri təyin edildi. Ancaq 5 may 1711-ci ildə bilinməyən səbəblə vəzifədən alındı və Bursaya sürgün olundu. Ertəsi il bağışlanaraq İstanbula qayıtsa da, çox keçmədən vəfat etdi və Əyyubsultan türbəsinin məzarlığına dəfn olundu (28 oktyabr 1713). Son zamanlarında mal-mülkünün üçdə birini xeyir işlərinə vəqf etmiş, ölümündən sonra vəsiyyətinə əsasən tələbəsi və kürəkəni olan Əbdürrəhim Faiz Əfəndi Əyyubsultanda onun adına mədrəsə inşa etdirmişdir. Bu mədrəsənin ilk müəllimi isə nəvəsi Seyid Yəhya Vaqif Əfəndi (ö. 1737) olmuşdur.
Ərəbcə və farsca dillərini mükəmməl bilən Əbdülbaki Əfəndi eyni zamanda divan sahibi olan bir şair idi.[6] Digər yandan Mehmed Təbrizidən aldığı yazı dərsləri ilə dövrünün məşhur talik xəttatı idi.[7]
Behri xanım adlı bir qızının olduğu və onu tələbələrindən Əbdürrəhim Faiz Əfəndiylə evləndirdiyi bilinir.