Əbdülhüseyn Zərrinkub (d. 19 mart 1923, Bürucird, İran – ö. 15 sentyabr 1999, Tehran, İran) — İran ədəbiyyatşünası.
Əbdülhüseyn Zərrinkub | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bürucird, İran |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Dəfn yeri | |
Elm sahəsi | İranşünaslıq |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdülhüseyn Zərrinkub 19 mart 1923-cü ildə İranın Bürucird şəhərində anadan olmuşdu. İbtidai təhsilini doğma şəhərində almışdı. Orta təhsil ardınca Tehrana yollanmış, 1940-cı ildə tamamlamışdı. Sonra Tehran universitetinin hüquq fakültəsinə qəbul olmuşdu. Sovet-Böyük Britaniya qoşunlarının İranı tutması nəticəsində o, təhsilini yarımçıq qoyub Lurestana getmişdi. Fakültənin dekanı Mirzə Əliəkbər Dehxuda onun universitetdən ayrılmasına çox təəssüflənmişdi.
Əbdülhüseyn Zərrinkub 15 sentyabr 1999-cu ildə Tehranda vəfat edib.
İranda Nizamiyə diqqət çox böyükdür. Onu demək kifayətdir ki, 600 nəfər müəllif Nizamidən yazmış, onun əsərlərini təhlil etməyə çalışmışlar. Bu alimlər içərisində V. Dostgerdi, S. Nəfisi, Ə. Şəhabi, M, Sərvət, Ə. Zərrinkub, B. Zəncani, S. Həmidi və başqalarını göstərmək olar. Göstərilən alimlərin Nizaminin öyrənilməsi, tədqiqi və təbliğində əvəzedilməz əmək və zəhmətləri vardır. Digər tərəfdən Nizaminin şair kimi dahiliyi və əsərlərini farsca yazmasını da nəzərə alsaq, maraq dairəsinin nə dərəcədə geniş olacağına şübhə yeri qalmır. Ancaq onu da demək lazımdır ki, İran mütəxəssislərinin Nizamiyə fars prizması ilə baxılmasının da əsas səbəbi onun fars dilində yazılmasıyla əlaqədardır.
Ə. Zərrinkub sübut etməyə çalışır ki, Nizaminin babası əcəm (fars) tayfasına aiddir və sonradan Gəncəyə köçmüş və Nizami Gəncədə anadan olmuşdur.
Bütün bunlara baxmayaraq Zərrinkub Azərbaycan, Gəncə, o dövrün tarixi şəxsiyyətləri, Nizaminin həyat, yaradıcılığı, məfkurəsi, hansı dinə inanması və əsərləri barədə çox müfəssəl məlumat verir. "Xəmsə"si haqqında olduqca gözəl təhlil aparmışdır. Yazdıqlarından da məlum olur ki, kim pir tapmaq istəyirsə də, Gəncədə Nizaminin ətəyindən yapışsa kifayətdir.
Ə. Zərrinkub Nizamini fars ədəbiyyatının incisi adlandırılması və Firdovsi qədər sevilməsini vurğulayır.