Əbdülhəmid Əbu Süleyman (1936[1], Məkkə – 18 avqust 2021[2]) — tanınmış müsəlman alimi, mütəfəkkiri, islahatçısı, ictimai xadimi, çoxlu sayda elmi əsərlərin müəllifi.
Əbdülhəmid Əbu Süleyman | |
---|---|
عبد الحميد أبو سليمان | |
Doğum tarixi | 1936[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 avqust 2021[2] |
Elm sahələri | İslam, Fəlsəfə, Dinşünaslıq |
Alma-mater | Qahirə universiteti, Pensilvaniya universiteti |
Təhsili |
|
Tanınır | Alim, ictimai xadim, yazıçı |
Orta məktəbi vətənində bitirmiş, Qahirə universitetindən 1959-cu ildə iqtisadi münasibətlər (bakalavr), 1963-cü ildə politologiya (magistr) ixtisasları üzrə məzun olmuşdur.
1973-cü ildə ABŞ-nin Pensilvaniya universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Səudiyyə Ərəbistanında Strateji Planlaşdırma üzrə Dövlətkatibi (1963–1964), Müsəlman Sosioloqlar Assosiasiyasının (AMSS) (1972), Dünya Müsəlman Gənclər Assambleyasının (WAMY) Baş katibi (1973–1979), Kral Səud Universitetinin Siyasi elmlər bölməsinin rəhbəri (1983–1984) vəzifəsində çalışmışdır. 1988–1998-ci illərdə Malayziya Beynəlxalq İslam Universitetinin rektoru olmuşdur.
Əbdülhəmid Əbu Süleyman bir çox beynəlxalq elmi konfrans və seminarların təşkilində iştirak etmişdir. Hal-hazırda Beynəlxalq İslam Fikri İnstitutunun prezidentidir.
Müsəlman cəmiyyətlərində islahatçılıq məsələlərinə dair çoxsaylı məqalə və monoqrafiyanın müəllifidir.