Əbdurrəhman ibn Ovf

Əbdurrəhman ibn Ovf (581–652, Abdurrahman bin Avf bin Abd-i Avf bin Hars bin Zühre bin Kusey[3]) 581-ci ildə Məkkə şəhərində anadan olmuşdur. Atası Ovf (Afv) mənsub olduğu Zührə ailəsi Qüreyş qəbiləsindəndir. Anası Şifadır. Əsl adı Əbdülkabedir. Əbu Bəkrin dəvəti ilə müsəlman olmuş və müsəlman olduqdan sonra Məhəmməd adını Əbdurrəhman qoymuşdur.[4]

Əbdurrəhman ibn Ovf
ərəb. عبد الرحمن بن عوف
Doğum tarixi təq. 580 və ya 571[1]
Doğum yeri
Vəfat tarixi 654 və ya 652[2]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti tacir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İslamı qəbul edən ilk 8 səhabədən biridir. İslam Peyğəmbəri tərəfindən cənnətlə müjdələnən 10 səhabədən biridir. Məkkədən müsəlmanlara edilən əziyyətlərdən qurtarmaq və Həbəşistan kralına İslamı izah etmək məqsədilə bir sıra mühacirlə birlikdə Həbəşistana göndərilmişdir. Geri döndükdən sonra Bədr döyüşünə qatıldı. İlk xəlifə Əbu Bəkr ölərkən onu Ömər ibn Xəttabdan sonra 3-cü xəlifə olaraq göstərdi. Ömər ibn Xəttab ölərkən yerinə 7 adamı seçdi və onlardan biri Əbdurrəhman idi. 652-ci ildə Osman ibn Əffanın dövründə 72 yaşında vəfat etdi. Qəbri Levant (Amman, İordaniya) yaxınlığındadır.[5]

  1. Türkiye Diyanet Vakfı Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi (türk.). Ankara: Türkiye Diyanet Vakfı.
  2. 1 2 Али-заде А. Абд ар-Рахман ибн Ауф (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  3. "Ehli Sünnet Büyükler — Abdurrahman bin Avf". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-08.
  4. "Nurnet.Org — Abdurrahman bin Avf". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-08.
  5. "Türkçe Vikipedi — Abdurrahman bin Afv". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-08.