Əbrəqunis rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1930–1949-cu illər ərzində mövcud olmuş inzibati-ərazi vahididir. İnzibati mərkəzi Əbrəqunus kəndi olmuşdur.
Əbrəqunis rayonu | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 8 avqust 1930 |
Ləğv olunub | 5 yanvar 1949 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Əbrəqunis rayonu 8 avqust 1930-cu ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının inzibati vahidi olaraq yaradılmışdır.[1] Heyvandarlıq, arıçılıq, üzümçülük və əkinçilik rayonu olmuşdur.
Əbrəqunis rayonu 5 yanvar 1949-cu il tarixində ləğv edilmiş, ərazisi isə Culfa rayonuna birləşdirilmişdir.[2]
1939-cu il siyahıyalınması üzrə rayon əhalisi 9.413 nəfər olmuşdur. Onlardan 87,3%-i azərbaycanlı, 11,8%-i isə erməni olmuşdur.[3]
Rayon ərazisində 1932–1948-ci illərdə "Zərbəçi heyvandar" qəzeti nəşr edilmişdir.[4][5]