Əbu İshaq Əhməd ibn Məhəmməd Sələbi (ərəb. أحمد الثعلبي; Nişapur – noyabr 1035, Nişapur) — islam ilahiyyatçısı, Quran tərcüməçisi, tarixşünası.
Əbu İshaq Sələbi | |
---|---|
Doğum yeri | |
Vəfat tarixi | noyabr 1035 |
Vəfat yeri | |
Elm sahələri | təfsir, tarix |
Tam adı Əbu İshaq Əhməd ibn Məhəmməd ibn İbrahim Nisaburi Sələbidir. Onun həyatı haqqında az şey məlumdur. Sələbi hicri təqvim ilə 427-ci ilin Məhərrəm ayında (1035-ci ilin noyabrı) vəfat etmişdir.[1]
Sələbi iki əsəri ilə tanınır. Birinci əsər çoxcildlik "əl-Kəşf və'l-bəyan'ən təfsir əl-Qur'an" təfsiridir. İslam ilahiyyatçıları onun təfsirinin nüfuzuna şübhə ilə yanaşırlar, çünki burada Mükatil ibn Süleyman, Məhəmməd Kəlbi və digər etibarsız rəvayətçilərdən nəqllər var. Bu, yəqin ki, onun təfsirinin uzun müddət nəşr olunmamasını izah edir. Bəqəvinin (1122-ci ildə vəfat etmişdir) "Müəllim ət-tənzil" əsəri Sələbinin əsərinin qısaldılmış variantı hesab olunur.[1]
Sələbinin ikinci məşhur əsəri təfsir kimi istifadə olunan, peyğəmbərlərin tarixinə aid "Ərais əl-məcalis fi qisas əl-ənbiya" kitabıdır. Ən erkən nəşri 1286-cı ilə aid edilir. Kitabdakı hadisələr Təbərinin istifadə etdiyi mənbələrdən istifadə edilməklə, peyğəmbərlərin tarixi ardıcıllığına uyğun təsvir edilmişdir. Sələbinin əsəri Kisayinin əsəri ilə birlikdə peyğəmbərlərin tarixi üçün standart mənbəyə çevrilmişdir.[1]