Əbu Əli Çağani

Əbu Əli Çağani (?-955) — Çağaniyanın Möhtaclılar sülaləsindən olan əmiri.

Əbu Əli Çağani
Şəxsi məlumatlar
Vəfat tarixi 955
Vəfat yeri

Samanilər sülaləsindən olan Əmir II Nəsrin (914–943) ölüm xəbəriylə Xorasana gələn Əbu Əli, Əmir I Nuhun (943–954) əmriylə o sırada Büveyhilərin əlinə keçmiş olan Rey üçün səfər hazırlıqlarını tamamlayaraq Büveyhilər üzərinə hərəkətə keçdi. Əbu Əlinin Buxaradakı yoxluğundan faydalanan düşmanları onun xalqa qarşı pis davranışını önə sürərək Əmirin gözündən salmağı bacardılar[1]. Qardizi[2], Əbu Əlinin Buxaradakı ən böyük düşmanı olaraq vəzir Məhəmməd bin Əhmədi göstərir. Rey səfəri əsnasında Əmir Nuh tərəfindən göndərilən Arızın əsgərlərə qarşı pis davranışı, ordu içərisində baş qaldırmalara səbəb olmuş, ehtiyaçları ödənməyən əsgərlər maaşlarını vaxtlı-vaxtında ala biməyincə Əbu Əlinin adamları, Əmir Nuhun əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklifində bulunmaya qərar verdilər.

Bunu xəbər alan Əbu Əli hər nə qədər onları əməllərindən vaz keçirməyə çalışdıysa da, adamlarının təhdidləri üzərinə onların doğrultusunda hərəkət etməyə başladı. Əbu Əlinin üsyan etməsinin ən böyük nədəni bizcə onun Xorasan sipəhsalarlığından alınaraq yerinə İbrahim bin Simcurun təyin edilməsidir.[3]. İbn Miskəveyh[4]İbn əl-Əsirin[5] İraqlı tarixçilər olaraq söz etdiyi şəxslər, Əbu Əli ilə Əmir Nuhun aralarının açılmasının səbəbini İmadüddövlə Büveyhə bağlayırlar. Onlara görə İmadüddövlə bir yandan Əmir Nuha məktublar yazaraq Reyin ona verilməsini, bunun qarşılığında Əbu Əlinin Rey üçün verdiyi xəracdan yüz min dinar daha artıq ödəmə edəcəyini və Əbu Əliyə qarşı diqqətli olmasını bildirirkən, digər yandan da Əbu Əliylə xəbərləşərək, onu Əmir Nuha qarşı qızışdırır və əgər ona qarşı vuruşarsa, onu dəstəkləyəcəyini vəd edirdi.

Bütün bu saydığımız nədənlərlə hərəkət edən Əbu Əli, sərkərdələrinin arzularına boyun əydi və Əmirin əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklif etdi. Bu təklifi qəbul edən İbrahim bin Əhməd, Mosuldan hərəkət edərək Həmədana gəldi və burada Əbu Əli tərəfindən qarşılandı (946 aprel) və ikili birlikdə Reyə hərəkət etdilər. Reyə çatdıqlarında Əbu Əli, qardaşı Əbül Fəzlin, Əmir Nuha məktub yazaraq durumdan xəbərdar etdiyini öyrənincə onu tutuklatdı və yoluna davam edərək Nişapura keçdi[6]. İbn Əsirə[7]. görə Nişapura keçən Əbu Əli o sırada burada olan İbrahim bin Simcuru və Mənsur bin Qaratəkini özünə bağladı ancaq daha sonra Mənsur bin Qaratəkindən şübhələnərək onu tutuqlatdı. Qardiziyə[8] görə isə Əbu Əli Nişapura gəlincə İbrahim bin SimcurMənsur bin Qaratəkin buradan ayrılaraq Mərvə keçdi. İbn Miskəveyh[9] isə Əbu Əli, Nişapura gəlincə burada Əmir Nuhun ordusuyla savaşaraq onları məğlub etdiyini, Mənsur bin Qaratəkin və İbrahim bin Simcuru da əsir aldığını nəql edir. Daha sonraki olayların axışına baxılırsa Miskəveyhin verdiyi bilgi daha məqbuldur.

Nişapurdan hərəkət edən Əbu Əli və İbrahim bin Əhməd 946 sentyabr-oktyabr tarixində Mərvə keçdilər. O sırada Mərvdə olan Əmir Nuh, buradan ayrılaraq Buxaraya keçdi. Buradan da ayrılan ikili 946 dekabr/947 yanvar tarixində Buxaraya girərək xütbəni İbrahim bin Əhməd adına oxutdular. Əmir Nuh isə onların Buxaraya gələcəyini öncədən xəbər aldığı üçün Səmərqəndə keçmişdi[10].

Bu arada İbrahim ilə Əbu Əli arasında ixtilaflar başladı və İbrahim bin Əhməd, Əbu Əliyə danışmadan İbrahim bin Simcuru və Mənsur bin Qaratəkini sərbəst buraxdı. İbrahim b. Simcur və Mənsur b. Qaratəkin ordunun nəzarətini ələ alaraq Əmir Nuha xəbər göndərib onu Buxaraya çağırdılar[11]. İbrahim b. Əhməd digər yandan Buxara əyan-əşrəflərini çağıraraq əmisınin sadəcə Əmir Nuhun sərkərdəsi olmaq və onunla Əbu Əliyə qarşı mücadilə etmək olduğunu anlatdı. Bəlkə də İbrahim b. Əhməd beləcə xalqın dəstəyinin almaq istəyirdi. Əbu Əli isə o sırada, İbrahim b. Əhmədin ona qarşı pis niyətini anladığı için Türkistana keçmişdi, burada İbrahim b. Əhmədin fəaliyətlərindən xəbərdar edilincə sürətlə Buxaraya döndü və şəhəri atəşə vermək istədiysə də, Buxara əyanları tərəfindan bu amacından vaz keçirildi.

Bəzi ordu mənsublarının ona qarşı pis hislər bəslədiyini anlayan Əbu Əli həmən xütbəni Əmir Nuhun qardaşı Əbu Cəfər Məhəmməd bin Nəsr adına oxudaraq, Səmərqəndə doğru hərəkət edirmiş kimi görünərək, əsl gedəcəyi yeri gizlədi və Çağaniyana keçdi. Onun Buxaradakı yoxluğundan faydalanan İbrahim b. Əhməd və Əbu Cəfər, Əmir Nuhdan əhf diləyərək onunla barışdılar. Ancaq Əmir Nuh yeni bir qarışıqlığa meydan verməmək üçün İbrahim b. Əhmədlə Əbu Cəfərin və digər qardaşı Əhmədin gözlərinə mil çəkdirdi. Buxaradaki hər şeyi yoluna qoyan Əmir Nuh, Əbu Əliyə barış təklif etdi, ancaq Əbu Əlinin adamları buna isti baxmayınca Əbu Əli də bu təklifi rədd etmək məcburiyyətində qaldı. Buna görə Əmir Nuh, Əbu Əli üzərinə bir ordu göndərdi. Bunu xəbər alan Əbu Əli Buxaraya yönəldi.

Əmir onun qarşısına qardaşı əl-Fəzl bin Məhəmmədi çıxartdı. Curcik mövqeyində qarşılaşan tərəflərdən əl-Fəzl məğlub oldu; Əbu Əli isə Sağaniyana döndü (947 noyabr-dekabr). Əmir Nuh 948 sentyabr ayında Çağaniyan üzərinə bir ordu daha göndərdi. Çağaniyanı yağmalayan Samani ordusu Buxara ilə rabitə yollarının Əbu Əli tərəfindən kəsilməsiylə çətin durumda qalaraq sülh bağlamaq məcburiyyətində qaldı (948 dekabr). Anlaşma gərəyi Əbu Əli, oğlu Əbül Muzəffər Abdullahı girov olaraq Əmir Nuha göndərdi[12].

Əbu Əli Çağani 955-ci ildə vəfat edib.

  1. İbn əl-Əsir, C. VIII, s.380–381.
  2. Qardizi, Zeyn’əl-Əxbar, Trk trc. Necati Lugal, Ankara(TTK Kütüphanesi tercümeler bölümü), trhsz, s. 26
  3. İbn Əsir, C. VIII, s.392.Narşahi və Cüzcani , İbrahim bin Əhməddən Əbu İshaq olaraq bəhs edirlər. Narşahi, s.129; Cüzcani, C. II, s.39
  4. İbn Miskeveyh, Təcarib əl- Üməm, The Experiences Of The Nations, İng trans D. S. Morgoliouth, H. F. Amedroz, C. II, Oxford,1921, s.105–106.
  5. İbn əl-Əsir, C. VIII, s.397.
  6. İbn Əsir, C. VIII, s.392–393; İbn Miskəveyh, C. II, s.106–107; Erdoğan Merçil, "Simcuriler II, İbrahim b. Simcur" Tarih Enstitüsü Dergisi, S.10–11, Istanbul,1981, s.95.
  7. İbn Əsir, C. VIII, s.393.
  8. Qardizi, səh.26
  9. İbn Miskeveyh, C. II, s.108.
  10. İbn əl-Əsir, C. VIII, s.393.
  11. İbn Miskəveyh, C. II, s.109.
  12. İbn Əsir, C. VIII, s.393–396; K. V. Zettersteen, a.g.m., s.346; W. Barthold, a.g.e., s.267. Narşahi , Miskəveyh və Həmdullah Mustovfi Qəzvini Əmir Nuhla İbrahimin öncə savaşdıqlarının, ardından sülh bağladıqları mövzusunda həmfikirdirlər. Narşahi, s.129 ; İbn Miskəveyh, C. II, s.109; Həmdullah Mustovfi Qəzvini, Tarih-i quzide, nşr. E. G. Browne, London-Leiden, 1910, s.142.