Yusif ibn Ömər ibn Şüeyb (ərəb. يوسف بن عمر بن شعيب) — təqribən 910–915-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri.
Yusif ibn Ömər ibn Şüeyb | |
---|---|
Krit əmiri | |
910 – 915 | |
Əvvəlki | Məhəmməd ibn Şüeyb Zərkun |
Sonrakı | Əli ibn Yusif ibn Ömər |
Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq üçüncü əmir Əbu Abdullah Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun əmisi Məhəmməddən sonra hakimiyyətə gəldiyi, təxminən 910-cu ildən 915-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta oğlu Əli keçmişdir.[1][2][3]