Əbu Cəndəl

Əbu Cəndəl (Məkkə, ərəb. أبو نَجِيحٍ العرباض بن سارية السلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri[1]. O, həmçinin Abdullah ibn Süheylin qardaşı və Qureyş natiqi Süheyl ibn Əmrin oğlu olur[2].

Əbu Cəndəl
Doğum yeri
Atası Süheyl ibn Əmr

624-cü ildə Bədr döyüşündən əvvəl İslamı qəbul edir. Bunu qəbul edə bilməyən atası Süheyl ibn Əmr tərəfindən zəncirlənir. Hüdeybiyyə müqaviləsi günü müsəlmanların yanına qaçır. Müqavilənin şərtlərindən biri olan geri qayıtma şərtinə görə onu Məkkə heyətini təmsil edən atası geri Məkkəyə aparır.

Sonra yenidən qaçaraq Qırmızı dəniz sahilində bir mövqeyə yerləşir. Məkkədən qaçanlar müqavilənin şərtlərinə uyğun olaraq Mədinəyə gedib müsəlman cəmiyyətinə sığına bilməzdilər. Onların çoxu Qırmızı dənizin Sifülbəhr adlanan yerində toplanırdı. Buradakı qaçaq müsəlmanları ticarət karvanlarına təhlükə kimi görən Məkkə əyanları Mədinənin əyanlarına ekstradisiya bəndindən imtina etdiklərini bildirdikdə Əbu Cəndəl və digər qaçaq müsəlmanlar Mədinəyə gələ bildilər.

Mədinədə məskunlaşdıqdan sonra müsəlmanların apardıqları bütün döyüşlərdə iştirak etmişdir. Peyğəmbərin vəfatından sonra 635-ci ildə Şam şəhərini alan orduda xidmət edir.

Əbu Cəndəl 639-cu ildə İordaniyada taun epidemiyasından ölür.

  1. Aḥmad b. ʿAlī b. Ḥajr al-ʿAsqalānī, al-Iṣāba fī Tamyīz al-Ṣaḥāba. 8 vols. (Beirut: Dār al-Kutub al-ʿIlmiyya, 1995), 7:58.
  2. Ibn Qudāma, al-Tabyīn fī Ansāb al-Qurashīyīn. Ed. by Muḥammad Nāyif al-Dulaymī (n.p: Manshūrāt al-Majmaʿ al-ʿIlmī al-ʿIrāqī, 1982), 424-425.