Süheyl ibn Əmr

Süheyl ibn Əmr (ərəb. سهيل بن عمرو‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, məşhur Qureyşlilərdən biri. O, xətib ləqəbini daşıyırdı. O, Bədr döyüşündə müsəlmanlar tərəfindən əsir düşmüş, yalnız Məkkənin alındığı gün İslamı qəbul etmişdir.

Süheyl ibn Əmr
ərəb. سهيل بن عمرو رضي الله عنه
Doğum tarixi 556
Doğum yeri
Vəfat tarixi 639[1]
Uşaqları
Fəaliyyəti orator

Onun tam adı Əbu Yezid Süheyl ibn Əmr ibn Əbd Şəms ibn Əbd Vəd ibn Nəsr ibn Malik əl-Kürəşidir. Məhəmmədin peyğəmbərlik missiyasının başlanğıcı zamanı Süheyl Məkkənin rəhbərlərindən biri idi. Uzun illər Süheyl müsəlmanların müxalifi olmuşdur. O, ət-Taifə köçmək üçün uğursuz cəhddən sonra Məhəmməd peyğəmbəri müdafiə etməkdən imtina edənlərdən idi[2]. Onun iki oğlu var idi: Abdullah və Əbu Cəndəl. Hər iki oğul İslamı atalarından əvvəl qəbul etmişdir.

Bədr döyüşündə müsəlmanlar tərəfindən əsir götürülür, lakin fidyə müqabilində azad edilir. Hüdeybiyyə müqaviləsinin bağlanması zamanı Süheyl Məkkəlilərin rəsmi nümayəndəsi idi və Məhəmməd peyğəmbərlə müqavilə imzalamışdır. Müsəlmanların Məkkəni fəth etməsindən sonra Süheyl digər Qureyşlə birlikdə Məhəmməd tərəfindən bağışlandı. Bundan sonra o, İslamı qəbul etdi və dindar müsəlman oldu. Ömrünün sonuna kimi müsəlmanlarla düşmənçilik etdiyinə peşman olmuşdur.

Saleh xəlifələrin dövründə müharibəyə getmiş və Suriyanın fəthində iştirak etmişdir. O, Qüds yaxınlığında taun epidemiyası zamanı ölür.

  1. Али-заде А. Исламский энциклопедический словарь (rus.). Москва: Ансар, 2007.
  2. Sajid, Abduljalil. "Joining Political Parties in non Muslim Countries: according to Islamic Shariah". Scholars Smash Hizb Argument Against British Politics. Muslim Public Affairs Committee of the UK (MPACUK). 22 December 2004. 2005-02-07 tarixində arxivləşdirilib.