Əbu Dulaf əl-Xəzrəci

Əbu Dulaf Misar ibn əl-Müxəlhil əl-Xəzrəci (ərəb. أبو دُلف الخزرجي‎) və ya sadəcə Əbu Dulaf (ərəb. أبو دُلف الخزرجي‎) ‎ — X əsr ərəb şairi, səyyahı və mineraloqu. O, 930-cu illərdən başlayaraq ərəb xilafətinin geniş ərazilərini və qonşu ölkələri gəzmişdir. Onun ədəbi irsi, görünür, şairin ömrünün sonunda, 995-ci ildə yazılmış iki səyahət qeydindən və Sasan qəbiləsinin həyatı və məişətinə aid böyük poetik mətndən ibarətdir. «Fihrist» əsərinin müəllifi İbn Nədim şəxsən onunla tanış idi və onu "uzun saqqallı qoca" adlandırmışdır.[3]

Əbu Dulaf Xəzrəci
ərəb. أبو دُلف الخزرجي
Doğum tarixi X əsr[1]
Vəfat tarixi X əsr, 1000[1][2] və ya 839
Fəaliyyəti yazıçı, şair, səyyah
Əsərlərinin dili ərəb dili
  1. 1 2 Record #14628986 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
  2. Abū-Dulaf Misʿar Ibn-al-Muhalhil al-H̱azraǧī // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  3. Энциклопедический словарь. 2009. АБУ ДУЛАФ.