Əbu Firas Həmdani ( ərəb. أبو فراس), tam adı ilə Əbu Firas ibn əl-Haris ibn Səid ibn Həmdan əl-Həmdani (ərəb. أبو فراس الحمداني ; 932[1], Mosul – 4 aprel 968[1][2][…], Homs) — X əsr ərəb şairi və dövlət xadimi.
Əbu Firas | |
---|---|
ərəb. أبو فراس الحمداني | |
Doğum tarixi | 932[1] |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 968[1][2][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | hərbi qulluqçu, vali[d], inqilabçı, şair |
Əsərlərinin dili | ərəb dili |
Əbu Firas Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həmdani aristokrat ailəsinə mənsub idi. Bizansa qarşı müharibələrdə iştirak etmiş, iki dəfə əsir götürülmüş və fidyə qarşılığında azad edilmişdir. O, döyüşlərin birində həlak olmuşdur. Əbu Firasın lirikasında cəngavər xüsusiyyətləri, döyüşkənlik və sevgiliyə pərəstiş üstünlük təşkil edir. Ərəb poeziyasında ilk dəfə səhər nəğməsi motivinə malikdir. Elegiyalarda əsirlikdən gələn mesajlar vermiş, anasına, yurduna və ölkəsinə olan sevgisini böyük qüvvə ilə ifadə etmişdir. Onun poeziyasının dili sadədir.[3]