Əbu Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsi (ərəb. ابن السيد البطليوسي; 1052[1][2][…], Badaxos[d], Estremadura – iyul 1127[1], Valensiya) — Əl-Farabi və İbn Badja kimi Neoplatonizmin və Neopifaqorçuluq təlimlərinin təsiri altında olan İspan-ərəb filosofu idi. Qısa olaraq İbn əl-Sid və ya ispanca Abenalsid kimi tanınmışdır. İspaniyanın hər tərəfində olmuş, yarımadanın müxtəlif fəlsəfi məktəbləri ziyarət etmişdir.
Əbu Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsi | |
---|---|
ərəb. عبد الله بن محمد بن السيد البطليوسي | |
Doğum tarixi | 1052[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | iyul 1127[1] |
Vəfat yeri |
Fəlsəfəni dinə uyğunlaşdırmaq problemi təkcə Şərqdə deyil, həm də Qərbdə (Əndəlüs) müsəlman məşşailərinin fəlsəfi təlimlərinin əsas mövzusu olmuşdur. Şərqdə Kindinin, Farabinin, İbn Sinanın, Miskəveyhin, Qərbdə isə Bətəlyövsinin, İbn Bəccanın, İbn Tüfeyl və İbn Rüşdün fəlsəfi yaradıcılığında sözügedən problem tədqiqat obyekti olaraq seçilmişdir. Problemə münasibət bildirmiş Əndəlüs məşşai fi losofl arından biri də Əbu Məhəmməd Abdullah ibn Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsidir (1052- 1127). Din-fəlsəfə problemi haqqında “Kitab əl-hədaiq fi l-mətalib əl-a`liyə əl-fəlsəfi yyə əl-a`visə” adlı kitab yazmış Bətəlyövsi hesab edirdi ki, əvvəlki nəsillərdən qalma mədəni irs və fəlsəfə başlanğıcını, əslində, peyğəmbərlərin vəhyi biliklərindən götürür. Miskəveyh kimi Bətəlyövsi də dinlə fəlsəfə arasında ziddiyyətin olmamağı ideyasını irəli sürür, yunan fi losofl arının, xüsusən Sokrat, Platon və Aristotelin fəlsəfi yaradıcılığının monoteist məzmun daşıdığını iddia edirdi [3]. Bəzi müəlliflər (Yusif Musa, Rəşid Özbalıqçı və s.) hesab edirlər ki, filosofun bu mövqeyi islam dünyasında fəlsəfəyə marağı artırmaq məqsədi güdmüşdür. Bətəlyövsi Farabi və İbn Sinanı yunan fəlsəfəsini başa düşməməkdə ittiham etmiş, “Allah “küll”ü (bütövü) bilsə də, “cüz”i bilmir” iddiasının sui-təfahümün məhsulu olduğunu irəli sürmüşdür. Filosofa görə, fəlsəfə ilə müqayisədə dinin nisbiliyini iddia etmək dini mətnlərin dar çərçivədə gözdən keçirilməsi səbəbindəndir. Hər hansı bir problemin həllində bir neçə dini mətnin izahını (ifrad) kafi saymayan Bətəlyövsi göstərmişdi ki, problemlə əlaqədar bütün dini mətnləri ayrı-ayrılıqda təhlil etməklə nəticəyə varmaq (tərkib) ən münasib üsuldur[4]. Məlum problem daxilində nəzərdən keçirilən Allah-varlıq aləmi məsələsinə Bətəlyövsinin münasibəti Farabi və İbn Sinanın münasibətindən fərqlənir. Bətəlyövsi “südur” təlimi məsələsində onlarla həmfi kir olsa da, Allah-kainat münasibətlərinə baxışda əks mövqedən çıxış edir. Farabinin irəli sürdüyü “Allah yalnız öz substansiyası haqqında məlumata sahibdir” iddiasının qədim yunan fəlsəfəsi ilə əlaqəsinin olmadığını və adıçəkilən filosofun yunan fəlsəfəsini kifayət qədər yaxşı bilməməyi üzündən belə bir nəticəyə gəldiyini deyən Bətəlyövsi “Allah öz substansiyasından xəbərdar olduğu halda, nə üçün özündən emanasiya yolu ilə yayılmış ayrı-ayrı varlıqlar haqqında məlumata sahib olmasın?!” sualını verməklə bu iddianı puça çıxarmağa cəhd göstərir.
Bətəlyövsi ağıl və vəhyi əlahiddə məfh umlar hesab etsə də, vəhyi dərkdə insan zəkasının “avtoritetliy”ini rədd etmişdir. Filosofa görə, ruhun kamilləşməsi üçün ağıl vəhyə möhtacdır. Bətəlyövsi vəhyə birincilik versə də, hər şeydən əvvəl, bir filosofdur. Odur ki ancaq “fəal ağıl”la təmas qurduğu təqdirdə vəhyin “tamamlama” funksiyasını daşıya biləcəyini bildirmişdir. Lakin Farabidən fərqli olaraq o, peyğəmbəri fi losofdan üstün hesab etmiş, onu “vəhy verilmiş şəxs” adlandırmışdır[5] (190, 74-79). Qeyd edilənlərdən bu nəticəyə gəlirik ki, Bətəlyövsi dinlə fəlsəfənin bir-birinə zidd olmadığını isbatlamaq üçün onları bir-biri ilə uyğunlaşdırmağa cəhd göstərməmişdir; əksinə, belə bir mövqedən çıxış etmişdir ki, fəlsəfə peyğəmbərlərin deyimlərindən ibarətdir, deməli, həqiqəti ifadədə dinə oxşardır.