Əbva vəya Vədda (ərəb. غزوة الأبواء) — qəzvəsi hicrətin ikinci ili (623 Avqust) Səfər ayında baş vermiş ilk Qəzvədir (müharibə). Bu qəzvədə məqsəd Bəni Dəmra qəbiləsindən gözlənilən təhlükənin qarşısını almaq idi. Bəni Dəmra qəbiləsi Hz.Peyğəmbərin bu məntəqədə olduğundan xəbərdar olub Peyğəmbərlə sülh müqaviləsi bağlamaq istədiklərini bildirdilər, Peyğəmbər də bu təklifə öz razılığını bildirib, Əbva adlı yerdə müqaviləni bağladılar.
Əbva Məkkə ilə Mədinə arasında, Vəddan yaxınlığında böyük bir kəndin adıdır[1]. Məhəmməd peyğəmbərin anası Aminə binti Vəhəb burda dəfn olunub[2]. Bu Bölgə, Məkkəyə gedən yolun ikiyə bölündüyü bölgədir. Birinci yol Əbva, Vəddan, Cuhfə və Məkkə; ikinci yol Əbva, Cuhf. və Məkkə yoludur. Qədim Əbva kəndi tərk edilərək xarabalığa çevrilib və Xurmalıqdan ibarət olan ərazi Huraybə (Khuraybah) olaraq adlandırılır. Yeni Əbva kəndi bu bölgənin şimalında yerləşir. Bu bölgənin sakinlərinin əksəriyyəti son illərdə böyük şəhərlərə köç ediblər. Yeni imkanların artması ilə yenidən inkişaf etməyə başlayan bu bölgənin indi 7000 nəfər əhalisi var və əhalinin çox hissəsi Harb qəbiləsindəndir.
Vəddan adı ilə də tanınan bu qəzvə, Hz. Peyğəmbərin hicrətin ikinci ilidə müşriklərlə döyüşdüyü ilk qəzvədir. Tarixçilərdən bəziləri bu qəzəvnin hicrətin ikinci ili səfər ayında (hicrətin 11-ci ayı)[3], bəziləri isə hicrətin 12-ci ayında baş verdiyini qeyd ediblər[4]. Peyğəmbər Səd ibn Übadəni öz yerində canişin qoyub, Mühacirlərdən 60 nəfər süvari ilə Qureyş karvanı və Bəni Dəmra ibni Kənanə kimi qəbilələrlə döyüşmək üçün mədinədən çıxmışdılar. Bu qəzvədə ənsardan heç kim iştirak etməmişdir[5]. Bu qəzvədə pərçəmdar Həmzə ibn Əbdülmüttəlib idi.[6]. İslam ordusu Qureyş karvanını Əbvada görmədi. Orada Bəni Dəmra qəbiləsi sülh bağlamaq üçün Peyğəmbərin yanına gəlidlər və Qəbilənin lideri olan Məxşi ibn Əmr Dəmri Peyğəmbərlə sülh müqaviləsi imzaladı[7].
Məşhur görüşə görə, hicrəttən 46 il əvvəl Hz. Peyğəmbərin anası Aminə Binti Vəhəb Mədinədən Məkkəyə qayıdarkən Əbva bölgəsində vəfat edib və burada dəfn ulunub[9]. Qureyşlilər Bədr döyüşündə ölən qohumlarının qisasını almaq üçün Mədinəyə gedərkən Əbvadan keçərkən, onlardan bir qrupu Aminə xanımın qəbrini açmaq istədi.Ancaq Əbu Süfyan Qureyş ağsaqqalları ilə məsləhətləşdikdən sonra bu işdən çəkindi[10]. Hz. Peyğəmbər Hüdeybiyyəyə gedərkən əbva məntəqəsində anasının qəbrini ziyarət edib, məzarında ağladı və anasının məzarını təmir etdi[11]. Peyğəmbər Vida həccindən sonra da Əbvaya gəlib anasının qəbrini ziyarət etmişdir[12].
İmamiyyə məzhəbinin 7-ci imamı və Kazim adı ilə məşhur olan Musa ibn Cəfər Sadiq hicrətin 128-ci ili Səfər ayının 7-sində Əbvada dünyaya gəlmib[13].