Ədalət Mədədoğlu

Ədalət Mədəd oğlu İsmayılov (Ədalət Mədədoğlu; 1 fevral 1968, Dmanisi) — azərbaycanlı şair, yazıçı, publisist, siyasi xadim.

Ədalət Mədədoğlu
Doğum tarixi 1 fevral 1968(1968-02-01) (56 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti şair, yazıçı, publisist

Ədalət Mədədoğlu 1968-ci ilin fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. 1985-ci ildə Dmanisi rus orta məktəbini, 1996-ci ildə isə A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 

Müxtəlif illərdə “Kaspi” (rus dilində), “Xəzər” (Azərbaycan dilində),  “Nyu Baku Post” (Azərbaycan dilində) qəzetlərinin redaktor, baş redaktorun müavini və məsul katib, “Kaspiy İz[1] (rus dilində), “İçəri şəhər[2] (rus dilində), “Mobil time”[3] (Azərbaycan və ingilis dillərində) jurnallarının redaktoru olub, BBC radiosunun rus xidmətində çalışıb. Hal-hazırda, “Əqli mülkiyyət jurnalının” baş redaktorudur[4].

Siyasi-ictimai, elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ədalət Mədədoğlu 2000 ildə təsis etdiyi Azərbaycan Sabit İnkişaf Partiyasının (ASİP) sədridir[5][6][7]. ASİP ölkənin siyasi-ictimai həyatında sol-mərkəzçi, islahatçı partiya kimi fəaliyyət göstərir[8][9].

Ədalət Mədədoğlu Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya[10][11] Gürcüstan[12] Ukrayna, Özbəkistan, Moldova, Almaniya, Səudiyyə Ərəbistanı mətbuatında dərc edilmiş 200-dən artıq siyasi və elmi məqalələri, “Azərbaycan dilində onomastik vahidlərin semantik inkişafı” adlı avtoreferatın müəllifidir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  • Адалат Мадатоглу. «Скалы» (“Qayalar”) 1995, Украина, Городская типография  Донецкого областного комитета по делам печати и информации.
  • Адалат Мадатоглу. Стихотворения. Проза. (Şeirlər və nəsr) 1997, Россия, Москва.
  • Ədalət Mədədoğlu. “Tiflisdə yeddi məhbus”, roman. Bakı, CBS, 2013.

Bəzi elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  •   Azərbaycan dilinin yazılı mənbələrində işlədilən antroponimlərdən istifadə üsulları, “Elmi axtarışlar”, 5 toplu, Bakı, 2001, səh. 180-183.
  •  “Dədə Qorqud soraqlı Başkeçidin onomastik vahidlərin klassifikasiyası”, “Dədə Qorqud”, N 1 (3), Bakı, 2002, səh. 47-51.
  • «Космонимы в поэзии Низами Гянджеви», “Filologiya məsələləri”, N2, Bakı, 2002, səh. 47-51.
  • “Sifətlərlə ifadə olunmuş onomastik vahidlərin semantik inkişafı”, “Filologiya məsələrinə dair tematik toplu”, N 1-2 (24-25), Bakı, 2003, səh. 49-53.
  •    “Azərbaycan dilində  adlarla (isim, sifət, say) ifadə olunmuş onomastik vahidlərin semantik inkişafı, ADPU mətbəəsi, Bakı, 2004.
  1.  Aylıq jurnal «Каспий-İz» (rus dilində) 2007 dekabr – 2008 mart (16 nömrə)
  2. Jurnal «İçərişəhər» 2008 yanvar – 2008 mart (3 nömrə)
  3. Jurnal «Mobile time» (Azərbaycan və ingilis dillərində), 2009 dekabr.
  4. Jurnal  «Əqli mülkiyyət» (Azərbaycan dilində)
  5. «Зеркало» qəzeti, N 12 (1016), 18 yanvar, 2001 il, «От гегемонии США к многополярности мира», səh. 3.
  6. “Bizim əsr” qəzeti, N 66 (140), 8 iyun, 2000-ci il, “Müxalifət liderlərinin erası bitib”, səh. 6.
  7. “Şərq” qəzeti, N 94 (419), 17 avqust 2000-ci il, “Azərbaycanı buldozerlər və kranlar ağıtdı”,  səh. 6.
  8. «Наш век» qəzeti, N 14 (97), 6 aprel 2001-ci il, “Возврата «эпохи Гамсахурдия» грузины не допустят», səh. 2.
  9. “Xəzər xəbər” dərgisi, N 91, 1 oktyabr 2000-ci il, “Siyasətə aparan 5 km.yol”, səh. 30.
  10. РИА, «ГУАМ без антироссийского акцента» Arxivləşdirilib 2019-04-18 at the Wayback Machine.
  11. Turan Today, «Осман и Гурген» Arxivləşdirilib 2019-04-18 at the Wayback Machine.
  12. «Подводные камни Каспия», газета «Свободная Грузия», 07.07. 2007, суббота, 145-146 (23887), стр.3