Ədalət Paşayev (baş leytenant)

Ədalət Sabir oğlu Paşayev (Topçu Ədalət) — "Azərbaycan Bayrağı" ordenli şəhid.

Ədalət Paşayev
Paşayev Ədalət Sabir oğlu
Şəxsi məlumatlar
Ləqəbi Topçu Ədalət
Doğum tarixi
Doğum yeri Tərtər, Azərbaycan SSR
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Bakı
Vəfat səbəbi Şəhid
Dəfn yeri Tərtər
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1991-1992
Rütbə Baş leytenant
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Paşayev Ədalət Sabir oğlu 20 iyun 1956-cı ildə Tərtər rayonunun Balakəngərli kəndində doğulmuşdur[1]. Tərtər şəhər 2 saylı orta məktəbi bitirib. 1972–77-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

1991-ci ildə yaranan "Tərtər" özünümüdafiə batalyonuna zabit kimi daxil olub. Cəbhədə "Topçu Ədalət" adı ilə tanınıb. 1992-ci il avqustun 23-də Drambonda yaralanıb. Avqustun 25-də Bakıda Respublika Kliniki Xəstəxanasında vəfat edib.

Tərtər şəhər qəbiristanlığında dəfn olunub. Yaşadığı küçəyə onun adı verilib.

Mükafatı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 saylı sərəncamı ilə Baş leytenant Paşayev Ədalət Sabir oğlu (ölümündən sonra) "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur[2].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Tofiq Yusif. "Ölümlə üz-üzə" Bakı, "Hüquq ədəbiyyatı", 2008
  2. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanı". 2022-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.