Tofiq Yusif

Tofiq Yusif (azərb. Hüseynov Tofiq Yusif oğlu‎; 5 aprel 1950, Xoruzlu, Mirbəşir rayonu29 noyabr 2021, Tərtər) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər BirliyininAzərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatı, "Yeni Tərtər" qəzetinin redaktoru (2005–2021)[1]

Tofiq Yusif
azərb. Hüseynov Tofiq Yusif oğlu
Təxəllüsü Yusif
Doğum tarixi 5 aprel 1950(1950-04-05)
Doğum yeri
Vəfat tarixi 29 noyabr 2021(2021-11-29) (71 yaşında)
Vəfat yeri
Təhsili
İxtisası mühəndis-elektrik
Fəaliyyəti yazıçı, jurnalist, şair
Fəaliyyət illəri 1967–2021
Əsərlərinin dili Azərbaycanca
İstiqamət şeir, publisistika, esse, povest
Janrlar nəsr, Nəzm
Tanınmış əsərləri
  • Ömrümün payızı[d],
  • Qan iyi[d]
Üzvlüyü
Mükafatları "Tərəqqi" medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tofiq Yusif 5 aprel 1950-ci ildə[2] Tərtər rayonunun Xoruzlu kəndində anadan olub[3]. 1957–1960-cı illərdə Xoruzlu kənd orta məktəbində oxuyub. Orta məktəbi Dərələyəz mahalının Qovuşuq kəndində medalla bitirib.

1967–1974-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyaraq mühəndis-elektrik, 1981–1983-cü illərdə Marksizm-Leninizm İnstitutunun fəlsəfə şöbəsində oxuyaraq ali siyasi təhsil alıb.

1970–1975-ci illərdə müəllim işləyib. 1977–1985-ci illərdə hərbi sənayedə çalışıb. Sonralar partiya, sovet, xalq nəzarəti orqanlarında fəaliyyət göstərib.

Azərbaycan Jurnalistlərinin V və VI qurultaylarına nümayəndə seçilib.

Tərtər bələdiyyəsinin üzvüdür. "Tərtərin səsi" Ədəbi Məclisinin sədri idi.

1990-cı ildən "Əmək veteranı" olub. Tərtər şəhərində yaşayırdı.

29 noyabr 2021-ci ildə Tərtərdə vəfat edib.

Ailələri 1949-cu ildə Dərələyəz mahalından Tərtərə deportasiya olunublar.[4]

Jurnalistlik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1967-ci ildə ilk əmək fəaliyyətinə Tərtər rayonunun yerli radio verilişləri redaksiyasında təşkilatçı-müxbir kimi başlayıb.

1991–1993-cü illərdə respublikanın "Salam", 1996–1997-ci illərdə "Fədai" qəzetlərində çalışıb.

2005-ci ilin avqust ayından "Yeni Tərtər" qəzetinin redaktorudur.[5]

Ədəbi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Tofiq Yusif və Rəşad Məcid

1967-ci ildən dövri mətbuatda bədii və publisist yazıları ilə çıxış edir. Azərbaycan televiziyası və radiosu, müxtəlif qəzetjurnallar onun yaradıcılığından bəhs edən ayrıca verilişlər və yazılar hazırlanıb.

Şeirlərinə mahnılar bəstələnib, nəzirələr və cavablar yazılıb.

"Bahar çiçəkləri" (1982) almanaxında, "Ədəbi İrəvan" toplusunun 2004, 2005, 2006, 2007, 2008 və 2009-cu illər buraxılışlarında, "Vedibasar" seriyasından olan kitabların bir çox cildlərində, Alı Səfolunun və Afiqə Alı qızının "Sazlı-sözlü Dərələyəz" kitabında (2004), Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında (2007) və başqa kitablarda onun yaradıcılığından nümunələr dərc olunub, haqqında yazılıb.

Türkiyə Universitetləri Məzunlarının İctimai Birliyi tərəfindən "Qan iyi" kitabının Bakı şəhərində, Beynəlxalq Mətbuat Mərkəzində geniş təqdimatı olub (oktyabr, 2007). Əsərin qəhrəmanı xüsusi diplomla mükafatlandırılıb.

"Qan iyi" kitabı Tərtər rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına döyüşən, "İgidliyə görə" medalı ilə təltif olunan İsmayıl Tunc haqqındadır. İsmayıl Tunc əslən indiki Ermənistan ərazisindən, Vedibasar mahalındandır, amma atalarının Türkiyənin İqdır vilayətinə köçməsi ilə əlaqədar İqdırda böyüyüb boya-başa çatmışdır. İsmayıl Tunc Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən "Qan iyi" kitabının təqdimatı zamanı bildirdi ki, kitab Tərtər əhalisinə, ümumilikdə Azərbaycan türkünə mükafatdır.[6]

"Ömrümün payızı" kitabı şair-publisist Tofiq Yusifin oxucularla sayca beşinci görüşüdür. "Ömrümün payızı" adlanan bu kitabda oxucular müxtəlif mövzularla, müxtəlif bölmələrdə tanış ola biləcəklər. Kitabda şairin seçilmiş şeirləri ilə bərabər "Bir taleyin göynəmləri" və "Vəhşilər" poemaları da öz əksini tapmışdır.

Mükafat və təltifləri

[redaktə | mənbəni redaktə et]
Tofiq Yusifin mükafat və təltifləri

"Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatıdır.

15 iyul 2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[7].

  1. "Bir taleyin göynəmələri", Bakı, "Səda" nəşriyyatı, 1993, 105 səh.
  2. "Tərtər şəhidləri", Bakı, "Azərbaycan" nəşriyyatı, 1993, 160 səh.
  3. "Tərtər İnciləri", Bakı, "Hərbi" nəşriyyatı, 2007, 188 səh.
  4. "Qan iyi", Bakı, "Kövsər" nəşriyyatı, 2007, 304 səh. ISBN 9952-427-13-1
  5. "Ömrümün payızı", Bakı, "Nurlan", 2007, 352 səh., 500 nüs.
  6. "Ölümlə üz-üzə", Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2008, 168 səh., 300 nüs.
  7. ""MƏN"sizləşmə fəlakəti", Bakı, "Nurlan", 2009, 252 səh., 200 nüs.
  8. "Vəhşilər", Bakı, "Nurlan", 2009, 64 səh., 200 nüs.
  1. "Baş redaktordan". 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  2. "Svetlana Əzizova, "Bənövşə qoxulu payız", "525-ci qəzet", 30.03.2010". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-23.
  3. "Laçın yurdu" jurnalı, № 3 (10), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2013. – səh.42
  4. Svetlana Əzizova. "Qan iyi". Bütöv Azərbaycan qəzeti. № 04. 18 noyabr 2008-ci il.
  5. ""Yeni Tərtər" qəzetinin tarixi haqqında". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  6. "Qan iyi" kitabı təqdim olundu [ölü keçid]
  7. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı" (az.). president.az. 20 iyul 2015. 2015-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]