Ədalət fəvvarəsi

Ədalət fəvvarəsi (alm. Gerechtigkeitsbrunnen‎) — İsveçrənin Bern şəhərinin Gerehtiqkaytsqasse döngəsində yerləşir[1]. Bu, XVI əsrə aid öz orijinal görünüşünü saxlamış yeganə məşhur Bern fəvvarəsidir və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi[2]. Fəvvarənin mərkəzi fiquru Roma ədalət ilahəsi Yustisiyanı simvolizə edir (Qədim Yunan mifologiyasındakı Femidanın analoqu).

Ədalət fəvvarəsi
Gerechtigkeitsbrunnen
Xəritə
46°56′53″ şm. e. 7°27′14″ ş. u.HGYO
Ölkə  İsveçrə
Şəhər Bern
Yerləşir Bern
Tikilmə tarixi 1543
Material Əhəng daşı, tunc, dəmir
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Gözləri sarğılanmış Ədalət ilahəsinin heykəli

Bu fəvvarə səkkizbucaqlı əsas və iki kiçik əlavə hovuzdan ibarətdir[3]. Əsas hovuz əhəngdaşından hazırlanıb və dəmir halqa ilə bəzədilib. Hövzənin mərkəzində postamentdən çıxan bürünc borular var, onun üzərində isə haşiyəli frizlə bəzədilmiş dar daş sütun dayanır.

Manuelin qrafik təsviri

Fəvvarənin heykəli gözəl qadını təsvir edir. O əlində ədalət mühakiməsinin ənənəvi simvollarını — qılınc və tərəzi saxlayır. Qadının gözləri sarğılanıb — bu onun qərarlarının bütövlüyünü simvolizə edir. İlahənin kostyumu (qızıl zirəhli mavi xalat) və ayağındakı sandalyalar Roma dövründə uyğundur[3]. İlahənin ayaqları altında gözləri bağlanmış Roma Papasının, İmperatorun, Sultanın və Şülthayssın (Kantonlar Şurasının sədri) heykəlləri yerləşdirilib. Bu dörd büst yer üzündəki bütün hakimiyyət formalarına işarə edir[4].

Ansambl dünyanın bütün hakimiyyət üzərindəki ədalət hökmranlığını nümayiş etdirir[3][5]. Nöqsan və qüsur üzərində çalınan qələbə — ənənəvi Orta əsr rəsm mövzulardan biri idi[6]. Ədalətin ilahi qüvvəsi 1558-ci ildə Hans Rudolf Manuel tərəfindən yaradılmış və üzərində qanadlı ədalətin rəhbər simvollarının sınıq başları üstündə yürüyüşünü əks etdirən Bern vitrajında çox mükəmməl şəkildə təcəssüm tapmışdır.

Bern "Yustisiyası" məhkəmənin rütbə və siniflər üçün eyni olduğunu və hökmün layiq görülən şəxsə tətbiq olunmasını hesab edir. Ginqin "Yustisiyası" ümummilli ədalət simvolu sayılır və insanlara Bern Respublikasının hüquqa əsaslanan bir dövlət orqanı olduğunu xatırladır.

Ginqin "Ədaləti" XVII əsrin ortalarına kimi burada yaşayan heykəltəraşlara böyük təsir göstərmişdir. İsveçrədə bu mövzu ilə bağlı 11 fəvvarə var, daha bir neçə fəvvarə isə qorunub saxlanılmamışdır. Birbaşa nüsxələr Lozanna, Zoloturn, Nevşatel şəhərlərində, Hans Ginqin təsiri altında yaradılmış fəvvarələr isə Aarau, Bil, Burqdorf, Brugge, Sürix, Lüsern və digər şəhərlərdə yaradılmışdır.

1543-cü ildə taxta fəvvarə daşla əvəz edilmişdir. Fəvvarənin bugünkü adı 1687-ci ildə qeydiyyatdan keçmişdir. Əsaslı təmir qeydlərə görə, müvafiq olaraq 1584, 1589 və 1668-ci ildə həyata keçirilmişdir. Heykəlin rəngi iki dəfə — 1890 və 1925-ci ildə dəyişdirilmişdir. 1949-cu ildə postamentin bəzi hissələri yenisi ilə əvəz edilmişdir[3].

1798-ci ildə heykəlin qılınc və tərəzisi itmişdir[7].

443 il toxunulmadan qorunub saxlanan fəvvarə 13 oktyabr 1986-cı ildə təcavüzkar dəstə tərəfindən kəndir vasitəsilə yıxdırılaraq zədələnmişdi[8]. Heykəlin dağılmasında daha çox "Belye" qruplaşması (militant gənclər təşkilatı) günahlandırılırdı[7]. Şəxsi ittiham isə yalnız bir şəxsə — Belye qruplaşmasının üzvü, mexanikçi Paskal Heçə ünvanlanmışdı[7]. Paskal başlanğıcda ona ünvanlanan bütün ittihamları rədd etməsinə baxmayaraq[9], Bern məhkəməsi onu 22 ay həbs cəzasına məhkum etmiş və zərərlərin aradan qaldırılması üçün böyük həcmdə pul kompensasiyasının ödənilməsi barədə qərar qəbul etmişdi[9]. Qərar 1991-ci və 1992-ci ildə Federal Məhkəmə tərəfindən qüvvəyə alınmışdı[10].

Hücumdan sonra, zədələnmiş heykəl Bern şəhərinin Tarix muzeyində bərpa olunmuşdu. 1988-ci ildən, həmin yerdə onun artıq surəti yerləşir.

  1. Caviezel et al. Hofer, on page 320, notes that authors have agreed about this since the late 19th century.
  2. "Kantonsliste A-Objekte:Bern" (PDF). KGS Inventar (German). Federal Office of Civil Protection. 2009. 18 July 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 July 2010.
  3. 1 2 3 4 Hofer, 318.
  4. Hofer, 319. Ursula Schneeberger believes this traditional interpretation to be erroneous; in her opinion, the figure represents a king. See Schneeberger, 158.
  5. Caviezel et al.; Hofer, 318.
  6. Hofer, 318: "antikisierend".
  7. 1 2 3 Gamboni, 99.
  8. Gamboni, 103.
  9. 1 2 Gamboni, 101.
  10. Gamboni, 101. See also the court's judgments, BGE 117 IV 437 Arxivləşdirilib 2012-07-24 at the Wayback Machine  (alm.) and BGE 118 IV 371 Arxivləşdirilib 2018-09-15 at the Wayback Machine  (fr.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]