Bil (ing. Biel/Bienne) — İsveçrənin şimal qərbində, Bern kantonunda şəhər.[1]
şəhər | |
Bil | |
---|---|
ing. Biel/Bienne | |
47°08′14″ şm. e. 7°14′50″ ş. u.HGYO | |
Ölkə | İsveçrə |
Tabesində | Bern |
Region | Bil |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1142, 1184, 1187, 1228, 1230, 1239, 1258, 1299 |
Sahəsi | 21.23 km² |
Mərkəzin hündürlüyü | 437 m |
Əhalisi | |
Əhalisi | 54,163 nəfər (2015) |
Sıxlığı | 2,600 nəf./km² |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +41 32 |
Poçt indeksi | 2500-2510 |
Nəqliyyat kodu | BE |
Digər | |
media-stat.admin.ch/maps/profile/profile.html?226.0371.en.geoRefStandard | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 51,6 min (2011; şəhərətrafı ilə təqribən 75 min).[1]
Yura dağ massivinin şərq ətəyində, Aare çayı sahilindədir. İri nəqliyyat qovşağı. Bil Sürix–Lozanna, Bern–Bazel, Bil–Le-Lokl mühüm dəmiryol xətlərinin kəsişdiyi yerdədir. Şəhərdən Sürix–Zolo turn–Nevşatel–Bezanson (Fransa) və Bern–Bil avtomobil magistralları keçir. Bil gölü sahilində yerli əhəmiyyətə malik portdur.[1]
1230-cu ildən məlumdur.[1]
İqtisadiyyatında xidmət sektoru üstünlük təşkil edir (turizm, rabitə və nəqliyyat, işgüzar xidmətlər). Bil mühüm turizm (o cümlədən xarici) mərkəzidir.[1]
Şəhər teatrı, de Poş, de Qrenuy teatrları, "Karnenuar" uşaq teatrı və s. var. 1977-ci il dən ənənəvi şahmat festivalları keçirilir).[1]
Maşınqayırma və metal emalı (saat, dəqiq dəzgahlar və velosipedlər istehsalı üzrə zavodlar) daha çox inkişaf etmişdir. Zərgərlik, poli qrafiya, tikiş, yeyinti sənayesi müəssisələri var.[1]