Ədilə Qorxmaz qızı Qurbanova (19 aprel 1990, Bakı) — Azərbaycan idmançısı.
Ədilə Qurbanova | |
---|---|
ing. Adila Gurbanova | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Milliyəti | Azərbaycanlı |
Doğum tarixi | 19 aprel 1990 (33 yaş) |
Doğum yeri | |
Təhsili | |
Boyu | 1,65 m |
Çəkisi | 58 kq |
İdman növü | Karate, Poverlifting |
Məşqçisi | Tural Agayev |
16 noyabr 2023 tarixində yenilənib. |
Qurbanova Ədilə Qorxmaz qızı 19 aprel 1990-cı ildə Bakı şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Atası Qurbanov Qorxmaz Azərbaycan Respublikasının əməkdar artisti tanınmış rəqqas Qurbanov Qorxmaz Ağababa, anası isə fars dili tərcüməçisi Hüseynzadə Yaqut İmamverdi qızıdır
O, 1996–2007-ci illərdə Xətai rayonu 27 saylı orta məktəbin rus bölməsi üzrə ingilis təmaüllü sinifdə oxumuşdur. 2007–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Univetsitetidə təhsil almışdır.
Ədilə Qurbanova 2021-ci ildə ailə hayatı qurmuşdur. Həyat yoldaşı respublikanın tanınmış fitness instruktoru Ağayev Turaldır. Bundan sonra soyadını dəyişmiş və Ağayeva soyadını qəbul etmişdir. Övlad sahibi deyil.
Ədilə Qurbanovanın həyat yoldaşı Tural Ağayev dünya və avropa çempionudur. O, Azərbaycanın Okinava-karate-do və Kobudu növləri üzrə federasiyasının üzvüdür. Eyni zamanda idman ustası və Azərbaycan Respublikasında fitnes üzrə tanınmış təlimçidir.
İdman karyerasına 1998-ci ildə Mərkəzi Ordu İdman klubunda Elmira Babayevanın yanında başlayıb.2004-cü ildə isə Səidə Bəşirovanın yanında karatenın sirlərini öyrənməyə başlayıb. Sonrada respublikada nəticə verdiyi üçün milliyə dəvət olunub. Həmin vaxtdan sonra Vahid Ayvazovun yanında idman məşqlərini və yarış hazırlıqlarını davam etdirib. 2017-ci ildən isə poverliftinqlə məşqul olmağa başlayıb.
Ədilə Qurbanova peşəkar idmançı kimi karyerasını 2005–2019-cu illərdə davam etdirmişdir. O, bu illər ərzidə ölkəmizi müxtəlif arenalarda layiqincə təmsil etmiş, müxtəlif dərəcəli medallar və sertifikatlar qazanmış və Azərbaycan himnini səsləndirmişdir.
2006-cı il may ayında Ukraynanın Çernivtsi şəhərində beynəlxalq turnirdə komanda karate üzrə 1-ci yer sahibi olmuşdur.
O, Almaniyanın Bremen şəhərində Bremen 5–9 sentyabr 2014-cü ildə keçirilən 22-ci Dünya Karate Çempinatının iştirakçısı olmuşdur.
1 – 4 mayda 2015 İstanbulda baş tutan "Bosphorus Open" beynəlxalq turnirində də karate üzrə mübarizə apardı və 2-ci yeri tutub, ölkəmizə gümüş medal qazandırdı[1].
22–23 may 2015-ci ildə Qətərin paytaxtı Dohada baş tutan 4-cü Beynəlxalq Karate Turnirə qoşulmuş və karate üzrə gümüş medal qazanara 2-ci yer tutmuşdur.[2]
[1][2][3][4][5][6][7][8][9] [10][11][12][13][14][15][16]