Fitnes

Fitnes — söz mənası olaraq "Sağlam və formada olmaq"dır. Bir çox məşqə söykənən bir idmandır.

Digər bütün idmanlardan fərqli olaraq təməldə əzələlərin tək-tək alətli ya da alətsiz işlədilməsiylə möhkəmləşdirilməsi və gücləndirilməsi məqsəd qoyular. Əsasən bütün idmanların təməlidir. Çünki hər idman budağında bədəndə ağırlıqlı istifadə edilən əzələ qrupları vardır. Bu əzələ qruplarına kondisyon qazandırılması üçün fitness məşqlərinə müraciət edilər.

Hər məqsədin məşq proqramı bir-birindən fərqlidir. Fitness idmanında bir standartdan söz edilə bilməz. Yəni, hər yaşın, hər həyat tərzinin və bədən tipinin bir-birindən fərqli olaraq bir mütəxəssis tərəfindən izlənilən iş şəkli olmalıdır. 16 yaşında bu İdmana başlaya bilərsiniz. Bu idmanın bədən inkişaf etdirmədən iki fərqi tapılar: Əvvəlcə inkişaf etmək üçün deyil sağlamlıq üçün edilər. Ayrıca bir fitness məşqində kardiyovasküler iş (qaçmaq, pedal çevirmək kimi sizi təngnəfəs buraxacaq, kalori verdirən və gümrahlıq təmin edici məşqlər) ağırlıq çalışması ilə birlikdə edilər. Bu səbəblə əzələlər çox böyüməz, yalnız möhkəmləşər və estetik bir görünüş götürər.