Əfqan Xaşalov

Əfqan Xaşalov (7 iyun 1997, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]

Əfqan Xaşalov
Əfqan Xaşalov 2021-ci il Dünya Çempionatında
Əfqan Xaşalov 2021-ci il Dünya Çempionatında
Şəxsi məlumatlar
Tam adı Əfqan Kamil oğlu Xaşalov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (27 yaş)
Doğum yeri Qazax, Azərbaycan
Boyu 166 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2010—2022
Məşqçisi Cavid Qurbanzadə
Komandası Zenit İdman Cəmiyyəti
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əfqan Xaşalov 2014-cü ildə yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına, yeniyetmələr arasında Dünya Çempionatının isə gümüş medalına sahib olub.[1] Daha sonra Əfqan Xaşalov 2016-cı ildə Fransada gənclər arasında Avropa Çempionatının və 2017-ci ildə Almaniyada gənclər arasında Dünya Çempionatının qalibi oldu.[1] 2017-ci ildə Finlandiyada gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vuran Əfqan Xaşalov 2018-ci ildə İstanbul şəhərində U23 Dünya Çempionatının gümüş medalına sahib oldu.[1]

2019-cu ildə Budapeşt şəhərində U23 Dünya Çempionatında bürünc medala sahib olan Əfqan Xaşalov bir il sonra, 2020-ci ildə İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turniri də bürünc medalla başa vurdu.[1] Həmin ilin fevralında Roma şəhərində Avropa Çempionatlarında debüt edən Əfqan Xaşalov turniri yeddinci pillədə başa vurdu.[1]

Əfqan Xaşalov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən Əfqan Kamil oğlu Xaşalov "Füzulinin azad olunmasına görə" medalı"Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Müharibə zamanı Əfqan Xaşalov sol gözündən yaralandı.

Müharibədən sonra Əfqan Xaşalov 2021-ci ildə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatında bürünc medalın sahibi oldu.[1] Həmin il Norveçin Oslo şəhərində Dünya Çempionatlarında debüt edən Əfqan Xaşalov turniri 12-ci pillədə başa vurdu.[1]

2022-ci il ərzində Əfqan Xaşalov BolqarıstanPolşada baş tutan beynəlxalq turnirlərdə uğurlu nəticələrə imza ata bilmədi.[1]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2014
Yeniyetmələrin Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
1.
2
Yeniyetmələrin Dünya Çempionatı Slovakiya Slovakiya
2.
3
2015
Gənclərin Avropa Çempionatı Türkiyə Türkiyə
12.
4
2016
Gənclərin Dünya Çempionatı Fransa Fransa
1.
5
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
8.
6
2017
Gənclərin Avropa Çempionatı Almaniya Almaniya
1.
7
Gənclərin Dünya Çempionatı Finlandiya Finlandiya
3.
8
2018
Kiyev Turniri Ukrayna Ukrayna
3.
9
Hərbçilərin Dünya Çempionatı Rusiya Rusiya
5.
10
U23 Avropa Çempionatı Türkiyə Türkiyə
2.
11
2019
U23 Dünya Çempionatı Macarıstan Macarıstan
3.
12
2020
Yaşar Doğu Turniri Türkiyə Türkiyə
3.
13
Avropa Çempionatı İtaliya İtaliya
7.
14
2021
Kiyev Turniri Ukrayna Ukrayna
20.
15
Avropa Çempionatı Polşa Polşa
3.
16
Dünya Çempionatı Norveç Norveç
12.
17
2022
D. Kolov & N. Petrov Turniri Bolqarıstan Bolqarıstan
5.
18
Matteo Pellisone Turniri İtaliya İtaliya
8.
  1. 1 2 3 4 5 6 7 8 9 International Wrestling Database. "AFGAN KHASHALOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.