Əhməd-Cabir İsmayıl oğlu Əhmədov — Azərbaycan Dövlət İqtisad Universitetinin "İstehlak mallarının ekspertizası" kafedrasının professoru, texniki elmlər namizədi (1973), professor (2001), Əməkdar müəllim (2002), Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatçısı (2010). 355-dən çox elmi əsərin, o cümlədən 84 kitabın müəllifidir.
Əhməd-Cabir Əhmədov İsmayıl oğlu | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Hacı İsmayıl Əhmədov |
Elm sahəsi | İstehlak mallarının ekspertizası |
Elmi dərəcəsi | «İstehlak mallarının ekspertizasıı» üzrə professor |
Elmi adı | «Azərbaycan Dövlət İqtisad Universitetinin» «İstehlak mallarının ekspertizası» kafedrasının professoru |
Mükafatları |
"Qızıl Qələm" (2010), "Əsrin ziyalısı" (2012), "Elm fədaisi" (2012), "Qabaqcıl Təhsil İşçisi" (2015) |
1942-ci ilin fevralın 6-da Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra (1958) Bakı Ticarət Kulinar Şagirdliyi məktəbində oxumuş, 7-ci dərəcəli qənnadçı ixtisasına yiyələnmişdir (1960). 1960-cı ilin noyabrından 1964-cü ilin avqustunadək Sovet Ordusunun sıralarında xidmət etmişdir.
İnstituta qəbul olunduqdan əvvəl (1964) Şəkidə qənnadçı və hərbi sanatoriyada aşpaz işləmişdir. 1968-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1968-ci ilin dekabrından 1971-ci ilin dekabrınadək "Yeyinti məhsulları əmtəəşünaslığı" ixtisası üzrə aspiranturada oxumuş, 1973-cü ildə "Azərbaycanda becərilən zəfəranın əmtəəşünaslıq xassələrinin öyrənilməsi" mövzusunda texniki elmlər üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
1971-ci ildən ali məktəbdə assistent, baş müəllim, dekan müavini (1977–1983), dekan (1984–1987) və kafedra müdri (1983–1984, 1989–2001, 2006–2015) işləmişdir. 2001-ci il iyun ayının 5-də "Azərbaycan Dövlət İqtisad Universiteti" Elmi Şurasının qərarı ilə Ə.Əhmədova "Ərzaq malları əmtəəşünaslığı" kafedrası üzrə professor elmi adı verilmişdir.
2006-cı ilin dekabrında, Məkkədə Həcc ziyarətində olmuşdur. İki oğlu və beş nəvəsi var.
355-dən çox elmi iş, o cümlədən 44 kitab və monoqrafiya, 12 dərslik, 17 dərs vəsaiti və 50-dən çox tədris-metodik vəsaitin müəllifidir. 2002-ci ilin iyununda Azərbycan Respublikasının prezidenti – H. Əliyevin fərmanı ilə, Ə.Əhmədova "Əməkdar müəllim" fəxri adı verilmişdir. Ə.Əhmədov "Azərbaycan jurnalistlər birliyinin" (2003) və "Azərbaycan Yazıçılar Birliyinin" (2012) üzvüdür. "Azərbaycan Dövlət İqtisad Universitetində" "İstehlak mallarının ekspertizası" kafedrasının professoru olmuşdur.
2003-cü ildən "Azərsun Holding" şirkətinin müşaviridir. 2010-cu ilin iyun ayının 5-də Ə.Əhmədov "Qızıl Qələm" media mükafatına layiq görülmüşdür. 2012-ci ildə "Əsrin ziyalısı" və "Elm fədaisi" fəxri diplomları ilə təltif olunmuşdur. 2015-ci ilin oktyabrında Ə.Əhmədov Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə "Qabaqçıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunub.
"Azərbaycan kulinariyası" kitab albomu 15-dən çox xarici ölkələrə yayılmış, Türkiyədə nəşr olunmuşdur. 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyasında" ərzaq mallarına dair 72 məqaləsi nəşr olunmuşdur. M.F.Axundov adına Milli Kitabxananın fondunda Ə.İ.Əhmədovun müəllifi olduğu 70-dən çox kitab saxlanır.
Dərsliklərdən başqa 17 dərs vəsaiti nəşr edilmişdir. Bunlardan əlavə 3 dərsliyin və 8 dərs vəsaitinin elmi redaktorudur.
Bunlardan başqa 20-dən çox xırdahəcmli (2.5–4.5 ç.v.) kitablar nəşr etdirmişdir.