İsmayıl Əhmədov (müfti)

İsmayıl Əhmədov (27 noyabr 1907, Nuxa18 fevral 1986) — Qafqaz müsəlmanlarının X Müftisi.

Müfti Hacı İsmayıl Əhmədov 1907-ci ildə Şəkidə anadan olub. 1916–18-ci illərdə Şəki ibtidai məktəbində, sonra şəhər məktəbində oxuyub. 1923–30-cu illərdə mədrəsə təhsili alıb. 1941–45-ci illərdə Vətən müharibəsinin iştirakçısı olub, bir çox orden və medallarla təltif olunub.

1945–67-ci illərdə Şəki şəhər məişət kombinatında işləyən Hacı İsmayıl sonralar Bakıya köçüb və iki ilə yaxın "Hacı Əcdərbəy" məscidində (Göy məscid) mollalıq edib. 1969-cu ilin mayında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Hacı İsmayıl Əhmədov sədr müavini – müfti seçilir. Yüksək dini savadı omayan yeni müfti öz mülayimliyi, dövlətə sadiqliyi ilə tanınırdı.

Moizə etməyə o qədər də həvəsi omayıb, lakin xoş rəftarına görə, sünni dindarların rəğbətini qazana bilib.

Müfti Hacı İsmayıl Əhmədov 1970 və 1973-cü illərdə Məkkəyə gedərək, Kəbəni ziyarət edib.

O, 1986-cı ildə vəfat edib. Onun vəfatından sonra bu vəzifə 1989-cu ilə qədər boş qalıb.