Əhməd Ümid Yəzdani

Əhməd Ümid Yəzdani — azərbaycanlı sosioloq, tarixçi, dilçi alim. Azərbaycan-Almaniya Akademiklər Cəmiyyətinin sədri və Almanca-Azərbaycan türkcəsində iki cildlik lüğətin müəllifi.[1]

Əhməd Ümid Yəzdani
Doğum tarixi 3 sentyabr 1947(1947-09-03) (76 yaş)
Doğum yeri
Vətəndaşlığı Almaniya Almaniya
Təhsili Triyer Universiteti
Azad Berlin Universiteti

Əhməd Ümid Yəzdani 1947-ci ilin sentyabr ayının 3-də Təbriz şəhərinin Əmirəqız məhəlləsində anadan olmuşdur. İbtidai məktəb və gimnaziyanı Təbriz şəhərində bitirəndən sonra, 18 ay Bocnurd şəhərinin kəndlərində müəllimliklə məşğul olmuşdur. 1969-ci ilin sonunda ali təhsil almaq üçün Almaniyaya getmişdir. Haydelberq, Mainz, Triyer və Berlin şəhərlərində yaşamışdır. Mainz şəhərində universitetə giriş imtahanı qazanandan sonra burada iqtisadiyyat bölməsində təhsil alır. 1972-ci ildə Triyer Universitetində siyasi elmlər, sosiologiya və istisadiyyat sahələrində təhsilini davam etdirir. 1979-cu ildə magistr dərəcəsini alandan sonra Azad Berlin Universitetində doktorantura üzrə təhsilini davam etdirir. 1984-ci ildən Sosial-Pedaqoji İnstitutda və sonralar Əcnəbi ailələrin və gənclərin peşə və sosial inteqrasiya məsələləri təşkilatında layihə rəhbəri olmuşdur. 1990–1991-ci illərdə Berlin şəhərində nəşr edilən "Azər" jurnalının baş redaktoru olmuşdur. 2010-cü ildən təqaüdə çıxmışdır. Əhməd Ümid Yəzdani uzun müddət Berlin şəhərində Azərbaycan mədəniyyət təşkilatlarının üzvü və sədri kimi fəaliyyət göstərmişdir. Azərbaycan-Almaniya Akademiklər Cəmiyyətinin sədridir. 1996-ci ildə Azərbaycanın Qərbi Kaspi Universitetinin fəxri professoru seçilmişdir. Berlin şəhərində yaşayır, bir oğlu və bir qızı var.[1]

  • XVII–XX əsrlər bayatıları, Bakı, 1985 (ərəb əlifbasında)
  • İranda parlamentar sistemin tarixi, Berlin, 1991 (ərəb əlifbasında)
  • Geteiltes Aserbaidschan: Blick auf ein bedrohtes Volk, Berlin, Das Arabische Buch, 1993
  • Deutsch-Aserbaidschanisches Wörterbuch /Almanca-Azərbaycanca sözlük, Berlin, Pro Literatur Verlag, 2004
  • Deutsch-Aserbaidschan-Türkisches Wörterbuch/Almanca-Azərbaycan türkcəsində sözlük, Berlin, 2012
  • Deutsch-Aserbaidschan-Türkisches Wörterbuch/Almanca-Azərbaycan türkcəsində sözlük, İki cilddə, Berlin, Amazon Verlag, 2018
  1. 1 2 "PROF. H.C. AHMAD OMID YAZDANI" (alm. ‎). profyazdani.wordpress.com. 28 iyun 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]