Əhməd Kənan Tanrıkulu

Əhməd Kənan Tanrıkulu (türk. Ahmet Kenan Tanrıkulu; 17 may 1958, İstanbul) — Türk siyasətçi və iqtisadçı. Milliyyətçi Hərəkat Partiyasından 2007-ci ildən başlayarq İzmirin ikinci seçki dairəsindən Türkiyə Böyük Millət Məclisinin üzvü seçilmişdir. 1999–2002-ci illərdə Bülənt Ecevit koalisiya hökumətində Sənaye və Ticarət Naziri vəzifəsində çalışmışdır.

Əhməd Kənan Tanrıkulu
türk. Ahmet Kenan Tanrıkulu
bayraq
Türkiyə Respublikasının Sənaye və ticarət naziri
28 may 1999 – 18 noyabr 2002
ƏvvəlkiMetin Şahin
SonrakıƏli Coşqun
Vəzifədədir
22 iyul 2007-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 17 may 1958(1958-05-17) (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Əhməd Kənan Tanrıkulu, 17 May 1958-ci ildə Osman Necati və Məlahat Tanrıkulunun uşağı olaraq anadan olub. İbtidai və orta təhsilini atasının dövlət qulluğu səbəbiylə Anadolunun müxtəlif vilayətlərində davam etdirib. Burdur Liseyindən məzun olub. Anadolu Universiteti Siyasi Elmlər Fakültəsini bitirmiş və ABŞ-nin Qərbi İllinoys Universitetində Riyaziyyat İqtisadiyyatı üzrə magistr dərəcəsini alıb.

Pensilvaniya Universitetindəki Uorton Biznes Məktəbində Makro Modelləşdirmə, Kolorado Universitetində İqtisadiyyat, Bredford Universitetində Nəqliyyat Planlaşdırması və Türk Milli Təhlükəsizlik Akademiyasında Xalq Diplomasiyası üzrə təhsil alıb.[1][2]

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Silahlı Qüvvələr Dil və Kəşfiyyat Məktəbində və Müharibə Akademiyalarında dərs demişdir. Yemlik Gübre Sanayi A. İdarə Heyətinin üzvü vəzifəsini icra etmişdir. Ardından Dövlət planlaşdırma təşkilatında çalışmış, daha sonra nazirin müşaviri olmuşdur. Xalq İşləri və Mənzil Nazirliyində işləmiş, Turizm nazirinin köməkçisi vəzifəsini tutmuşdur. Ölkə daxili və xarici nəşrlərdə bir sıra məqalələri dərc edilmişdir.[3]

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

1990-cı illərin sonunda Tanrıkulu ictimai fəaliyyətdən uzaqlaşmış və siyasətə yönəlmişdir. 1999-cu o, ildə İzmirdən Milliyətçi Hərəkat Partiyasının nümayəndəsi kimi Böyük Millət Məclisinin üzvü seçildi. Seçkilərdən sonra, heç bir partiyanın tək hakimiyyət qura bilməsi üçün lazımi yer sayına çata bilməyincə, Demokratik Sol Partiya (DSP) Başçısı Bülənt Ecevit tərəfindən MHP, DSP və Ana Vətən Partiyası (ANAP) arasında koalisiya hökuməti quruldu. Bu hökumətdə Əhməd Kənan Tanrıkulu Sənaye və Ticarət naziri postuna sahib çıxdı. O, 1999–2002-ci illərdə bu vəzifəni daşıdı. 2002-ci ildəki seçkilərdən sonra Millyətçi Hərəkat Partiyasının 10%-lik baryeri aşa bilmədiyi seçkilərdən sonra hökumətdəki yerini itirdi. Həmçinin Əhməd Kənan Tanrıkulu parlamentə də düşə bilmədi.[4]

Milliyətçi Hərəkat Partiyası

[redaktə | mənbəni redaktə et]

1999-cu ildən bəri MHP-nin üzvü olan Tanrıkulu, Ankara Ülkü Ocakları və Ülkü Ocakları Mərkəzində çalışıb. 2000-ci ildən MHP Mərkəzi İcra Heyətinin (MYK) üzvüdür. 2010-cu ildə MHP Araşdırma və İnkişaf Sektor və Bölgə Siyasətləri Başçılığını icra edir. MHP-nin 4 Noyabr 2012-ci il tarixində keçirilmiş 10-cu Adi Konqresində İqtisadi və Sosial Siyasətlərdən Məsul Sədr müavini vəzifəsinə təyin edilib.

2007-ci ildə yenidən Böyük Millət Məclisinin üzvü seçildi.[5] 2011-ci il iyun seçkilərində millət vəkili statusunu qoruya bildi. Millət vəkili olaraq Türkiyə-Avropa Birliyi KPK və Ekologiya Komissiyasının üzvü olub.[6] 2015-ci il noyabr Türkiyə ümumi seçkilərində MHP İzmir millət vəkili olaraq yenidən parlamentə girən Tanrıkulu, Türkiyə-ABŞ və Türkiyə-İspaniya Parlamentlərarası Dostluq Qruplarının üzvüdür.[7]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Əhməd Kənan Tanrıkulu evlidir və iki övladı var.

  1. "Arxivlənmiş surət". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  2. "Arxivlənmiş surət". 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  3. "Arxivlənmiş surət". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  4. "Arxivlənmiş surət". 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  5. "Arxivlənmiş surət". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  6. "Arxivlənmiş surət". 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  7. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]