Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mahmudov Əhməd Əkbər oğlu (25 may 1923, Şahtaxtı, Naxçıvan MSSR – 8 may 1989, Bakı) — AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru (1968), professor (1969).
Əhməd Mahmudov | |
---|---|
Əhməd Əkbər oğlu Mahmudov | |
Doğum tarixi | |
Doğum yeri | Şahtaxtı, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Fəxri Xiyaban |
Elm sahəsi | iqtisad |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adları | AMEA-nın akademiki, professor |
Tanınmış yetirməsi | oğlu Eldar Mahmudov |
Mükafatları |
Əhməd Mahmudov 1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) uçot-statistika fakültəsini, 1954-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsinin (indiki EA-nın İqtisadiyyat İnstitutu) aspiranturasını bitirmişdir.
1956–1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1958–1964-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu direktorunun müavini, 1964-cü ildən ömrünün sonunadək isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çaışmışdır.
1976–1988-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda İqtisad elmləri namizədi və doktoru alimlik dərəcəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri, 1981–1985-ci ilərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsi akademik katibinin müavini vəzifələrində işləmişdir.
Siyasi iqtisadi, aqrar-sənaye komplekslərinin iqtisadiyyatı, ictimai istehsalın intensivləşdirilməsinin iqtisadi problemləri Azərbaycanda o cümlədən Naxçıvan MR-da kənd təsərrüfatının intensivləşdirilməsinin mahiyyəti və nəzəri əsasları, intensivləşdirmənin səviyyəsini müəyyən edən metodika və göstəricilər sistemi, onun əsas yolları, mənbə və xüsusiyyətləri sahəsində tədqiqatlar aparmışdır. Bir neçə kitab və monoqrafiyanın, 150-dən çox elmi məqalənin müəllifidir. Bir sıra mötəbər elmi şuraların, elm və texnika üzrə Respublika Dövlət Mükafatları Komitəsinin üzvü olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti var. Keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüşdür. II dərəcəli Vətən müharibəsi ordeni, digər orden və medallarla təltif edilmişdir.
AMEA-nın akademiki, iqtisad elmləri doktoru, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
General-polkovnik Eldar Mahmudovun atasıdır.
Naxçıvan Muxtar Respublikasında yerləşən Şərur Türk Liseyi 1992-ci ildən Ə. Mahmudovun adını daşıyır. 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin qərarı ilə Ə. Mahmudov adına Şərur Türk Liseyinin fəaliyyəti dayandırılıb.[1] 29 oktyabr 2015-ci ildə Ə. Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidəsi sökülüb.[2][3][4] Türkiyənin Zaman qəzetinin Azərbaycan redaksiyasından qəzetin baş redaktoru Anar Qaraxançallı öz müəllif yazısında bu hadisəni tənqid edib.[5]
23 may 2007-ci ildə Nijni Novqorod şəhərinin "Krasnoye Sormovo" gəmiqayırma zavodunda Palmali Şirkətlər Qrupunun sifarişi ilə inşa edilən və Əhməd Mahmudovun (Akhmed Mahmudov) adını daşıyan gəmi istismara verilib.[6][7] Ə. Mahmudovun oğlu Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən sonra bu gəmidən Ə. Mahmudovun adınıın götürülüb götürülməycəyi gündəmə gəlib.[8]