Əhməd Mustafayev

Əhməd Mirzə oğlu Mustafayev (1943) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1989–1991), "Xalq üçün mallar" Azərbaycan Dövlət Konserni İdarə Heyətinin sədri (1991–1993), Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı.

Əhməd Mustafayev
bayraq
"Xalq üçün mallar" Azərbaycan Dövlət Konserni İdarə Heyətinin sədri
bayraq2
1991 – 15 oktyabr 1993
Əvvəlkivəzifə təsis edilib
SonrakıRafiq Xələfov
bayraq
Azərbaycan SSR yüngül sənaye naziri
bayraq2
7 avqust 1989 – 1991
ƏvvəlkiSöhrab İbrahimov
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini
bayraq2
1986 – 1989
NazirSöhrab İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 1943
Partiya
Təhsili

Əhməd Mirzə oğlu Mustafayev 1943-cü ildə anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirmiş, ardınca yüngül sənaye sistemində əmək fəaliyyətinə başlamışdır. 1969-cu ildən 1975-ci ilədək Azərbaycan SSR Ticarət Nazirliyinin Xalq İstehlakı Mallarının Keyfiyyəti üzrə Dövlət İnspeksiyası İdarəsinin baş inspektoru, Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Texniki İdarəsi rəisinin müavini olmuşdur.[1]

1975-ci ildən etibarən Əhməd Mustafayev Bakı tikiş-trikotaj, trikotaj fabriklərinin, sonra isə Nəriman Nərimanov adına Trikotaj İstehsal Birliyinin direktoru vəzifələrində işləmişdir. 1986-cı ildən Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini vəzifəsində çalışmış, 1989-cu ilin avqust ayında isə Azərbaycan SSR yüngül sənaye naziri təyin edilmişdir.[1] Daha sonra "Xalq üçün mallar" Azərbaycan Dövlət Konserni İdarə Heyətinin sədri təsdiq edilmiş, bu vəzifədə 1993-cü ilin oktyabr ayınadək işləmişdir.[2]

Əhməd Mustafayev 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (xalq deputatı) seçilmiş, Ali Sovetin Sənaye və energetika komissiyasının üzvü olmuşdur.

  1. 1 2 Әһмәд Мирзә оғлу Мустафајев: [Азәрбајҹан ССР јүнҝүл сәнаје назири] // Коммунист. № 184 (20952). 9 август 1989-ҹу ил. С. 1.
  2. Ə. M. Mustafayevin "Xalq üçün mallar" Azərbaycan Dövlət Konserni İdarə heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Ali Sovetinin məlumatı. № 20. 1993. S. 8.