Əhməd Xəlilov

Əhməd Paşa oğlu Xəlilov (1904, Beyi, Kürdəmir rayonu1985) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı.[1]

Əhməd Xəlilov
bayraq
Azərbaycan SSR pambıqçılıq naziri
bayraq2
27 may 1950 – 11 fevral 1953
Əvvəlkinazirlik təsis edilib
SonrakıSoltan Mirzəyev
bayraq
Azərbaycan SSR kənd təsərrüfatı naziri
bayraq2
16 mart 1950 – 27 may 1950
Əvvəlkiİmam Mustafayev
Sonrakıİlyas Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1904
Doğum yeri
Vəfat tarixi 1985
Təhsili

Təltifləri "Şərəf nişanı" ordeni

Xəlilov Əhməd Paşa oğlu 1904-cü ildə Kürdəmir rayonu Beyi kəndində kəndli ailəsində anadan olmuşdur. 4 övladı olmuşdur.[1]

1985-ci ildə Bakıda vəfat etmişdir.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1932-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmiş, Göyçay rayon MTS-ndə baş aqranom, sonradan direktor müavini işləmiş, 1939-cu ildən Respublikanın Torpaq Komissarlığında aqranom. baş aqranom, 1941-ci ildən torpaq komissarının müavini, 1942-ci ildən kənd təsərrüfatı nazirinin müavini, Azərbaycan Respublikasının pambıqçılıq naziri vəzifələrində işləmiş, 1969-cu ildən təqaüdə çıxmış, 1973-cü ildən Dövlət Yer Quruluşu Layihə İnstitutunda direktor olmuş, 1982-ci ilə qədər bu vəzifədə çalımşmışdır.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1958-ci ildə elmlər namizədi, 1969-cu ildə elmlər doktoru alimlik dərəcəsi almışdır. Respublikanın əməkdar aqranomu fəxri adına, Şərəf Nişanı, Qırmızı Əmək Bayrağı ordenlərinə, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına, Böyük Vətən müharibəsinin bir çox orden və medallarına və Ümum ittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüş, bir neçə çağırış Respublika Ali Sovetinin deputatı seçilmişdir.[1]

  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycan Aqrar Sahə Rəhbərləri və Görkəmli Elm Xadimləri (Ensklopedik məlumat kitabı)
  1. 1 2 3 4 5 "XATİRƏLƏRDƏ YAŞAYAN İNSAN". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.