Soltan Mirzəyev

Sultan Abbas oğlu Mirzəyev (1912, Nardaran, Bakı qəzası1993, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, professor, Azərbaycan Dövlət Aqrar Universiteti 7-ci direktoru (1942–1944).[1]

Soltan Mirzəyev
bayraq
Azərbaycan SSR sovxozlar naziri
bayraq2
9 dekabr 1953 – 26 mart 1955
Əvvəlkiqurum yenidən yaradılıb
SonrakıNemət Novruzov
20 iyul 1950 – 11 fevral 1953
ƏvvəlkiMöhsün Poladov
Sonrakıİbrahim Səfərov
bayraq
Azərbaycan SSR pambıqçılıq naziri
bayraq2
11 fevral 1953 – 26 mart 1953
ƏvvəlkiƏhməd Xəlilov
Sonrakıqurum ləğv edilib
17 iyun 1948 – 20 iyul 1950
ƏvvəlkiZeynəb Əlizadə
bayraq
Azərbaycan SSR meşə təsərrüfatı naziri
bayraq2
10 iyun 1947 – 17 sentyabr 1948
Əvvəlkiqurum yaradılıb
SonrakıMehdi Mustafayev
bayraq
Azərbaycan SSR texniki bitkilər naziri
bayraq2
28 mart 1946 – 22 mart 1947
Əvvəlkiqurumun adı dəyişdirilib
Sonrakıqurum ləğv edilib
bayraq
Azərbaycan SSR xalq texniki bitkilər komissarı
bayraq2
31 yanvar 1946 – 28 mart 1946
Əvvəlkiqurum yaradılıb
Sonrakıqurumun adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 1912
Doğum yeri
Vəfat tarixi 1993
Vəfat yeri
Partiya
Fəaliyyəti alim

Soltan Abbas oğlu Mirzəyev 1912-ci ildə Bakının Nardaran kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra mühasibat uçotu kursunda oxumuşdur. Bir müddət Kürdəmir rayonunda mühasib işləyən S. Mirzəyev Politexnik İnstitutunun "Kənd təsərrüfatı" şöbəsinə daxil olmuş, Kənd təsərrüfatı institutunun yaranması ilə əlaqədar təhsilini Kirovobad (indiki Gəncə) şəhərində fərqlənmə diplomu ilə başa vurmuşdur. İnstitutu qurtardığı ildə S. A. Mirzəyev Kənd təsərrüfatı institutuna direktor təyin edilmişdir. Həmin institutda müvəffəqiyyətlə işləyən S. Mirzəyev bacarığı, təşkilatçılıq qabiliyyəti, prinsipiallığı nəzərə alınaraq respublikanın mühüm idarə orqanlarında pillə-pillə yüksəlmiş, Torpaq Nazirliyində idarə rəisi, nazir müavini, nazir, sovxozlar naziri və s. vəzifələrdə böyük müvəffəqiyyətlə işləmişdir. Soltan Mirzəyev Böyük Vətən müharibəsində iştirak etmiş, həmin dövrdə göstərdiyi şücaətə görə bir sıra orden və medallarla təltif olunmuşdur. Soltan Mirzəyev Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının aspirantı olmuş və orada dissertasiya müdafiə edərək respublikamızda ilk iqtisad elmləri namizədi alimlik dərəcəsi alanlardan biri olmuşdur. Soltan Mirzəyev 1950–1962-ci illərdə sovxozlar naziri, Azərbaycan Kommunist Partiyası MK şöbə müdiri və Azərbaycan KP MK katibi vəzifələrində çalışmışdır. Həmin dövr iki çağırış Azərbaycan SSR Ali Sovetinin və bir çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Soltan Mirzəyev yüksək dövlət və partiya vəzifələrində işləyərkən həmişə aqrar iqtisad elminin inkişafı yollarını müəyyənləşdirməyə çalışmış, aqrar iqtisad elminin inkişafı üçün ciddi əmək sərf etmişdir. Soltan Mirzəyev Azərbaycan KP MK katibi işləyərkən öz nüfuzundan və səlahiyyətindən istifadə edərək, Kənd Təsərrüfatı Nazirliyinin iqtisad bazasında 1962-ci ilin may ayında xüsusi qərarla Az. ETKTİ və Tİ-nin yaranmasına nail olmuşdur. 1963-cü ildə Azərbaycan KP MK katibi vəzifəsindən azad edilən S. A. Mirzəyev Az. ETKTİ və Tİ-yə direktor təyin edilmiş və 10 il həmin vəzifədə çalışmışdır. O, institutun inkişafı üçün çox zəhmət çəkmişdir. Moskvanın nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə işgüzar əlaqələr yaradan S. Mirzəyev gənc alimlərin yetişdirilməsinə böyük diqqət yetirirdi. Az. ETKTİ və Tİ-də direktor işlədiyi 10 ildə S. A. Mirzəyevin gərgin əməyi nəticəsində 100 nəfərə qədər yüksək ixtisaslı elmi kadrların yetişdirilməsini təmin etmişdir. S. Mirzəyev 1964-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi alır. Onun çoxsaylı elmi məqalələri, kitablarında kənd təsərrüfatı istehsalının aktual problemlərinin tədqiqi öz əksini tapmışdır. S. Mirzəyev Azərbaycanın kənd təsərrüfatının ixtisaslaşmasının nəzəri-metodoloji problemlərini öyrənən ilk iqtisadçı alimlərdəndir. Onu həmçinin Azərbaycanın kənd təsərrüfatının aparılması sisteminin hazırlanmasında aparıcı müəlliflərindən saymaq olar.

S. Mirzəyev 1993-cü ildə vəfat etmişdir.

  1. "Arxivlənmiş surət". 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  • "AQRAR İQTİSADÇI ALİMLƏR", Kitab, Bakı-2012, Bakı, 320 səh, səhifə 72–73. Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun 50 illik yubileyinə həsr olunur