Əhməd Yaşat — mühacir, həkim, Azərbaycan Demokrat Birliyinin üzvü, Azərbaycan Kültür Dərnəyinin sədri.
Əhməd Yaşat | |
---|---|
2 sentyabr 1969 – 26 dekabr 1979 | |
Əvvəlki | Məhəmməd Kəngərli |
Sonrakı | İsgəndər Ağüzüm |
2 dekabr 1962 – 20 dekabr 1965 | |
Əvvəlki | Kərim Odər |
Sonrakı | Cəlal Odelli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 26 yanvar 1985 |
Vəfat yeri |
Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri.
Əhməd Şirinzadə 1917-ci ildə Şəkidə anadan olub. İbtidai və orta təhsilini Şəkidə bitirdikdən sonra Bakıda tibb üzrə təhsil alıb[1].
Qış müharibəsi dövründə Əhməd Şirinzadə fin cəbhəsinə həkim kimi göndərilib[2].
II Dünya Müharibəsində ön cəbhədə həkim kimi xidmət edən Əhməd Şirinzadə xidmət etdiyi hərbi birliyin tərkibində əsir düşüb. Əsirlikdən qurtulduqdan sonra Yaşat arxa cəbhədə həkim kimi çalışıb. II Dünya Müharibəsi bitdikdən sonra Almaniyadakı azərbaycanlıları qorumaq və onların SSRİ-yə verilməsinin qarşısını almaq üçün Rəsulzadənin təlimatı ilə Azərbaycan Demokrat Birliyi yaradılıb[3]. Birliyin ilk üzvlərindən biri də Əhməd Yaşat olub[4]. Müharibədən sonra Yaşat bir müddət Hannoverdə həkimlik edib.
1948-ci ildə Türkiyəyə köçüb, burada da həkim kimi fəaliyyət göstərib.[5] 1949-cu il fevralın 1-də Ankarada Azərbaycan Kültür Dərnəyi qurulub[6]. Dərnək qurulanda onun idarə heyətində təmsil olunub. Daha sonra iki dəfə dərnəyin sədri seçilib[7]. İlk sədrliyi 2 dekabr 1962-ci ildən 20 dekabr 1965-ci ilədək, ikinci sədrliyi isə 2 sentyabr 1969-cu ildən 26 dekabr 1970-ci ilədək davam edib.[1][8] Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri olub[9][10][11].
Əhməd Yaşat 1985-ci il yanvarın 26-da vəfat edib və Ankarada dəfn olunub.[5]
Qış müharibəsində iştirakı ilə bağlı xatirələri:[1]
Gənc bir həkim ikən Fin cəbhəsinə göndərildim. Rus orduları bir-iki ay içində Finlandiyanı məğlub edəcəyini zənn edirdi. Fəqət qocaman birliklər bir ovuc Fin ordusu qarşısında bir addım da irəli gedə bilmirdi. Böyük meşələrlə örtülü olan Finlandiyada qara bürünən hər ağac bir fin əsgərinin qərargahı idi. İldırım sürətiylə gələn bir neçə fin əsgəri rus bölmələrini güllələyib gedirdi. Buna alışıq olmayan rus orduları pərişan halda idilər. Bu dəfə xizək sürən kişilərdən ibarət birliklər cəbhəyə göndərildi, onlar da mübarizə apara bilmədilər. Beləcə, kiçik Finlandiya qarşısında qocaman Sovet Rusiyası dünya qarşısında rüsvay oldu. |
II Dünya Müharibəsində Əhməd bəy ön cəbhəyə göndərilib. Əsir düşməsi haqqında bunları deyib[1]:
Almanların hücumunu gözləyirdik. Mən bir tank tuqayında həkim idim. Hücumdan bir gün əvvəlki gecə ruslar birliklərə ziyafət verdilər. Yeyib-içdilər. Sabahın erkən saatlarında almanların hücumu başladı. Rus tankları hərəkətə keçənə qədər bir mərmi də atmayan bizim tuqay kimi digər rus birlikləri də almanlar tərəfindən mühasirəyə alınaraq əsir götürüldü. İlk əsarət həyatı belə başladı. |
Əhməd Şirinzadə 1917-ci ildə Həsən Şirinzadə və Zəhra Şirinzadənin ailəsində anadan olub. Ənvər adlı qardaşı, Zərifə və Əzizə adlı bacıları olub[1].