Əhməd Yenər

Əhməd Yener (türk. Ahmet Yener; 1966, Ankara) — Türkiyə hüquqşünası. Türkiyə Yüksək Seçki Komissiyasının sədri (26 yanvar 2023 – h.h).

Əhməd Yener
Şəxsi məlumatlar
Doğum tarixi 1966
Doğum yeri
Təhsili
Fəaliyyəti hüquqşünas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

13 aprel 1966-cı ildə Beypazarında doğuldu. Ankara İmam Xətib Liseyi və İstanbul Universitetinin Hüquq fakültəsini bitirdi. Ankara hakim namizədi kimi karyerasına başladı. Sırası ilə Baykan, Yığılca, Sivrihisar, Osmaniye ve Kırıkkale hakimi vəzifələrində çalışdı.

22 dekabr 2011-ci ildə Ali Məhkəmənin üzvlüyünə seçildi. O, Ali Məhkəmənin 21-ci Mülki Kollegiyasının üzvüdür. 16 yanvar 2020-ci ildə Yüksək Seçki Komissiyasına üzv seçildi və 24 yanvarda fəaliyyətə başladı. 26 yanvar 2023-cü ildə qurumun sədri seçildi.[1]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Evli və 3 uşaq atasıdır. Əmək hüququ sahəsində 4 kitabı yayımlanmışdır.

  1. "YSK başkanlığına Ahmet Yener seçildi". Anadolu Agentliyi. 26 yanvar 2023. 26 yanvar 2023 tarixində arxivləşdirilib.