Əhmədxan Sultan

Əhmədxan Sultan (rus. Амет-хан Султан; 20 oktyabr 1920, Alupka1 fevral 1971[1], Moskva vilayəti) — Krım tatarı əsilli sovet hərbi pilotu. İkinci dünya müharibəsi zamanı göstərdiyi xidmətlərə görə iki dəfə Sovet İttifaqı QəhrəmanıStalin mükafatına layiq görülmüşdür. Əhmədxan Sultan müharibə dövründə 150-dən çox hava hücumunda iştirak edərək fərdi şəkildə 30, qrup uçuşlarında isə 19 düşmən təyyarəsini vurmuşdur.

Əhmədxan Sultan
rus. Амет-хан Султан
Şəxsi məlumatlar
Doğum tarixi 20 oktyabr 1920(1920-10-20)
Doğum yeri
Vəfat tarixi 1 fevral 1971(1971-02-01)[1] (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi təyyarə qəzası[d]
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Təhsili
  • Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyası[d] (19451946)
Hərbi fəaliyyəti
Mənsubiyyəti Krım tatarı
Qoşun növü Sovet Hava Qüvvələri
Hərbi hissə IX Mühafizə Alayı
Rütbəsi polkovnik-leytenant
Vəzifəsi Pilot
Döyüşlər İkinci dünya müharibəsi
Təltifləri

Sovet İttifaqı Qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı "Stalin" mükafatı
"Lenin" ordeni "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni Aleksandr Nevski ordeni

"Şərəf nişanı" ordeni "Stalinqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "Köniqsberqin alınmasına görə" medalı "Berlinin alınmasına görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası etnik lak[2], anası etnik krım tatarı olan Əhməd Xan 1920-ci ilin 25 oktyabr tarixində Krımda yerləşən Tavrida Quberniyasına bağlı Alupka adlı sahil qəsəbəsində anadan olmuşdur. Əhmədxanın şəxsi səyləri nəticəsində ailəsinin bir çox fərdi Krım tatarlarının deportasiyasından xilas olmağı bacarsa da, qardaşı QULAQ düşərgələrinə göndərilmiş və bir müddətdən sonra burada vəfat etmişdir.

İkinci dünya müharibəsinə qırıcı təyyarə pilotu kimi qatılan Əhmədxan qısa zamanda özünü müsbət tərəfdən göstərməyi bacarır. Müharibə dövründə ümumilikdə 150-dən çox hava hücumundan iştirak edərək, fərdi şəkildə 30, qrup şəklində isə 19 alman qırıcı təyyarəsini zərərsizləşdirmişdir. Müharibədən sonrakı illərdə test pilotu olaraq peşəsinə davam etmişdir.

Əhmədxan 1971-ci ilin 1 fevral tarixində növbəti test uçuşunu gercəkləşdirdiyi zaman baş verən qəza nəticəsində həlak olmuşdur. Həyatı boyunca 100-dən çox test uçuşu gercəkləşdirmişdir. İkinci dünya müharibəsi dövründə göstərdiyi xidmətlərə görə SSRİ hökuməti tərəfindən bir çox ali mükafat və ordenlərə layiq görülmüşdür.

Bunlardan; iki dəfə verilmiş Sovet İttifaqı Qəhrəmanı, üç dəfə verilmiş Lenin ordenini, Aleksandr Nevski ordeni, Vətən Müharibəsi Ordeni, "Qırmızı Ulduz" ordeni"Şərəf nişanı" ordeni kimi mükafatları göstərmək olar. Əhmədxan Sultan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeddi krım tatarından biridir. 2013-cü ildə çəkilmiş Haytarma adlı filmdə Krım tatarlarının deportasiyası və Əhmədxan Sultanın həyatı ekranlaşdırılmışdır.[3] Dağıstanın Mahaçqala şəhərində onun adına prospekt: pr. Amet-xan Sultan var.

  1. 1 2 Sultan Amet-Khan // TracesOfWar.
  2. Amet-khan Sultan at the site 'Heroes of the country' Arxivləşdirilib 2021-03-25 at the Wayback Machine (in Russian)
  3. "Production news: Haytarma". Ukraine Film Office. 2012-10-05. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]