Əjdər Məcidov

Əjdər Məcidov (Əjdər Əkbər oğlu Məcidov; d. 1938, Bakı) — Kimya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2017)[1]

Əjdər Məcidov
Doğum tarixi (86 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Kimya
Elmi dərəcəsi Kimya elmlər doktoru
Elmi adı professor
İş yerləri AMEA akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Alma-mater Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Təhsili Kimyaçı
Mükafatları "Şöhrət" ordeni

Məcidov Əjdər Əkbər oğlu 1938-ci il martın 6-da Bakı şəhərinin Sabunçu qəsəbəsində anadan olub. O, 1941-ci ildə ailəsi ilə birlikdə Poxvistnev şəhərinə köçmüşdür. 1950-ci ildə Bakıya qayıtmış və 1955-ci ildə burada orta məktəbi bitirərək Azərbaycan Dövlət Uni­versitetinin kimya fakültəsinə daxil olmuşdur.

Daha sonra elmi fəaliyyətə olan marağı onu tədqiqat sahəsinə yönəltmiş və 1961-ci ildə aspiranturaya daxil olaraq Kimya İnstutuna göndərilmişdir.

O, 1966-cı ildə  kimya üzrə fəlsəfə doktoru və 1984-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1985-ci ildə  isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.[2]

Əjdər Məcidov 1960-cı ildə universiteti bitirmədən bir il əvvəl AMEA-nın Neft-Kimya Prosesləri İnstutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.

1966-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifəsinə təyin edilmişdir. O burada "Fiziki-kimyəvi üsullarla tədqiqatlar laboratoriyası"nı təşkil etmiş və maddənin müasir fiziki tədqiqat metodları üzrə əldə olunmuş nəticələri institutun təcrübəsinə tətbiq etmişdir.

Əjdər Məcidov 1964-1969-cu illərdə SSRİ EA Molekulyar Biologiya İnstitutunda, sonra isə SSRİ EA KFİ-nin Çernoqolovkadakı filialında çalışmış, 1969-1988-ci illərdə Azərbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləmişdir. O, 1988-ci ildən Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (hazırkı Kataliz və Qeyri-üzvi Kimya İn­sti­tutu) laboratoriya müdiridir. 2014-cü ildən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda şöbə müdiri və laboratoriya müdiri vəzifəsində çalışır.[3]

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

İlk dəfə olaraq tərkibində stabil nitroksil radikalı saxlayan paramaqnit liqandlı (Şiff əsaslı, karboksilatlı, ksantokenatlı və s.) metalların kristallik kompleks birləşmələri sintez edilmişdir. Onların kristallik və molekulyar quruluşları öyrənilmişdir və paramaqnit mərkəzlər arasındakı məsafələr təyin edilmişdir. Ilk dəfə olaraq bu sistemlərdə spin mərkəzləri arasında qarşılıqlı təsirin mübadilə enerjisi hesablanmışdır. Göstərilmişdir ki, metal ionunun (ikivalentli mis) koordinasiya sferasına radikal mərkəzin daxil olması oksidləşmə-reduksiya reaksiyalarında onun aktivləşməsinə gətirib çıxarır. Stabil radikalların aromatik amin və diaminlərlə kation radikalların əmələ gəlməsi ilə gedən oksidləşmə-reduksiya reaksiyalarının kinetika və mexanizmi öyrənilmişdir. Mis solisilaldiminatda koordinasiya olunmuş liqandlarda gedən yeni oksidləşdirici uzlaşma reaksiyası müşahidə olunmuşdur. Son illərdə Ə.Ə.Məcidovun rəhbərliyi ilə yeni koordinasyon birləşmələrin alınması istiqamətində elmi işlər aparılmış, alınmış birləşmələrin rentgen quruluşu və reaksiyayagirmə qabiliyyəti öyrənilmişdir. Koordinasiya olunmuş o-hidroksi benzilaminlərin və azometin rabitələrin oksidləşdirici dehidrogenləşmə və reduksiya reaksiyalarının kinetika və mexanizmi öyrənilmişdir. Nitratların reduksiya edilməsi ilə metalların, oksid və karbonatların nanoölçülü tozlarının alınmasının reaksiyalarının yeni hidrotermal metodu işlənib hazırlanmışdır.

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı-310, xaricdə çıxmış elmi əsərlərin sayı-145, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı-22.

Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 18 fəlsəfə doktoru yetişdirilib.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • А.А.Меджидов, П.А.Фатуллаева. Окислительное дегидрирование N-(2-гидрокси-3,5-R1,R2-бензил)-4-аминоантипиринов в процессе kомплексообразования (Координационная химия).
  • P.F.Fatullayeva, A.A.Medjidov and other. New cobalt(II) and nickel(II) complexes of 2-hydroxy-benzyl derivatives of 4-aminoanti-pyrine. 44. Polyhedron. 2012.
  • P.A.Fatullayeva,M.H.Abbasov,S.A.Ağayeva, A.İ.İsrafilov, Ə.Ə.Məcidov. 8- aminoxinolinin tetradentat törəmələrinin Cu(II), Co(II), Ni(II) kompleksləri. Аз. Хим. журнал. 2012. səh. 50.
  • B.Yalcin, P.A.Fatullayeva, S.A.Agayeva, M.G.Abbasov, S.Jafarova, A.A.Medjidov. The Reduсtion of the Metal Nitrates by Ethyleneglycole and Glycerine in Hydro-thermal Conditions. Kioto (Japan) Conference Proceeding. 2015. 884.
  • A.A.Medjidov, P.A.Fatullaeva, S.A.Ağayeva, B.Yalcin, S.T.Jafarova, V.M.Achmedov, M.G.Abbasov. Reduction of metal nitrates by formaldehyde, ethyleneglycole and glicerol under hydrotermal conditions. 3. Azərbaycan Kimya Jurnalı. 2016. 75–81.
  • А.А.Джавад-заде, А.А.Меджидов, Б.Ялчын, С.А.Агаева, П.А.Фатуллаева, М.Г.Аббасов. Гидротермальный редокс-синтез кобальт-марганец оксидных шпинелей (Co,Mn) (Co,Mn)2O4. Kimya Problemləri (15) 1, 2017, səh.59-64.
  • А.А. Medjidov, P.A.Fatullayeva, Onur Şahin, B.Yalcin. Crystalline and moleculyar structure of 2,2,6,6-tetrametil-4-hydroksy piperidin hydro-chloride. Azerb.Kimya Jurnalı №2, 2017 səh.16-19
  • Г.Г.Гондолова, А.А.Меджидов, П.А.Фатуллаева Комплексы Fe(II) и Mn(II) с N- гидроксибен-замидо) фталимидом. Журнал общей химии. 2018. Т. 88. Вып. 3 , c.517-520.
  • С.З.Исмаилова, А. А.Меджидов, П.А.Фатуллаева, Р. Дж. Гасымов Получение полимера конденсацией о-фенилендиамина и п-ксилилендибромида и его свойства. Журнал общей химии. 2018. Т. 88. Вып. 5, c.800-804.
  • Mansura Huseynova, ParhamTalsimi, Ajdar Medjidov, Vaqif Farzaliyev, Mahizar Aliyeva, Gulnar Gondolova, Onur Sahin, Bahattin Yalçın, Afsun Sucayev, Efe Baturhan Orman, Ali Rza Özkaya, Ilhami GulcinSynthesis, characterization, crystal structure, electrochemical studies and biological evalution of metal complexes with thiosemicarba-zone of glyoxylicacid.Polyhedron. 2018, Vol. 155, pp. 25–33
  • Mansura Teyfur Huseynova, Mahizar Nacaf Aliyeva, Ajdar Akber Medjidov, Onur Şahin Bahattin Yalçın. Cu(II) complex with thiosemicarbazone of glyoxylic acid as an anion ligand in a polymeric structure. Journal of Molecular Structure, 2019, Vol. 1176,pp. 895–900.
  • Mansura Huseynova, AjdarMedjidov, Parham Taslimi, MahizarAliyevaSynthesis, characterization, crystal structure of the coordination polymer Zn(II) with thiosemicarbazone of glyoxalic acid and their inhibitory properties against some metabolic enzymes Bioorganic Chemistry, 2019, Vol. 83, pp. 55–62.
  • А.Н.Азизова, Д.Б.Тагиев, С.Н.Османова, Ш.Г.Касумов, Х.И.Гасанов. Кристаллическая и молекулярная структура комплекса платины (II) с β- меркаптоэтиламин гидрохлоридом. // Ж.Структурной химии, Новосибирск, 2018, Т.59. № 1.c.191-195.
  • Джавад-заде A.A., Меджидов А.А., Ялчин Б., Агаева С.А., Фатуллаева П.А., Османова С.Н. Гидротермальный редокс синтез шпинелей кобальта имарганца с использованием нитратов металлов. // Ж.Общей химии. №.8, 2018, c.59-63.
  • Gulnar Gondolova, Parham Taslimi, Ajdar Medjidov, Vagif Farzaliyev, Afsun Sujayev, Mansura Huseynova, Onur Shahin, Bahattin Yalçın, Fikret Turkan, Ilhami Gulçin – “Synthesis, crystal structure and biological evaluation of spectroscopic characterization of Ni(II) and Co(II) complexes with N-salicyloil-N′-maleoil-hydrazine as anticholinergic and antidiabetic agents”. 2018DOI: 10.1002/jbt.22197 Journal of biochemistry and molecular toxicology.
  • C.А.Мамедова, А.И.Ягубов, П.А.Фатуллаева, А.А.Меджидов, М.Г.Аббасов Получение и ИК-спектроскопические исследования полимерных композиционных материалов на основе модифицированных бентонитов. Известия Волг.ГТУ 2018, c. 136-140.
  • Г.Г.Гондолова, С.З. Исмаилова, П.А.Фатуллаева, А.А.Меджидов.Комплексы Co(II), Ni(II) и Cu(II) с N-(салициламид)-фталимидом. Журнал общей химии, 2019, том 89, № 3, с. 479–482
  • Mansura Huseynova, Ajdar Medjidov, Parham Taslimi, Mahizar Aliyeva. Synthesis, characterization, crystal structure of the coordination polymer Zn(II) with thiosemicarbazone of glyoxalic acid and their inhibitory properties against some metabolic enzymes Bioorganic Chemistry, 2019, Vol. 83, pp. 55–62.
  • Perizad A. Fatullayeva, Ajdar A. Medjidov, Idayat M. Mamedov, Pavel V. Dorovatovskiy, Jan V. Zubavichus, Victor N. Khrustalev, Rayyat Huseyn Ismayilov. The Cycle Destruction during Complex Formation of 4-salicylideneamino-3-hydrazino-5-mercapto-1,2,4-triazole with Ni (II) ions. J. Chem. Soc. Pak. V. 42, No 05, 2020
  • Mansura huseynova, Vaqif Farzaliyev, Ajdar Medjidov, Mahizar Aliyeva, Parham Tasli¬mi, Onur Sahin, Bahattin Yalзэn. Novel zinc compound with thiosemicarbazone of glyoxylic acid: Synthesis, crystal structure, and bioactivity properties Journal of Molekular Structure Volume 1200, 15 January 2020, 127082
  • Leylufar I. Aliyeva, Esmira A. Guliyeva, Lala M. Afandiyeva, Akif D. Kuliyev, Ajdar A. Mejidov. Synthesis and catalytic activity of the complexes of 1,3-diphenyltriazenes of manganese and cobalt in the reaction of oxidation of petroleum hydrocarbons. PPOR. V. 21, No 1, 2020, pp. 26–35
  • Mansura Huseynova, Vaqif Farzaliyev, Ajdar Medjidov, Mahizar Aliyeva, Mücahit Özdemir, Parham Taslimi , Yunus Zorlu, Bahattin Yalçın, Onur Şahin. Synthesis, Biological and Theoretical Properties of Crystal Zinc Complex with Thiosemicarbazone of Glyoxylic Acid. Journal of Molecular Structure. 2021.
  • Ismailov, E.H., Taghiyev, D.B., Zulfugarova, S.M. Osmanova S.N. Azimova G.R., J.W.Thybaut. Phase Composition and Catalytic Properties of MnNaW/SiO2 Oxide System in Oxidative Conversion of Methane. Theor Exp Chem (2022) Vol. 58, No. 1, pp. 61–69.
  • Ə.Ə.Məcidov, D.B.Tağıyev. “Kimyada fiziki metodların tədqiqi”. Bakı. Elm. 2022. s.189.27.P.A.Fatullayeva, A.A.Mejidov, M.G.Saf­ronenko, V.N.Khrustalev, Bahaddin Yalcin, Nas­­ta­ran Sade­ghian, Parham Təslimi, Burak Tuzun.  ((E)-N′(3,5-di-tert-butil-2-hedroxy­benzili­de­ne)-2-hydroxybenzo­hyd­razide(H3sahz)2 copper(II) complex: synthe­sis, crystal struc­tures, in silico evaluations and enzymatic Inhibition. Journal Chemistry Select: 2023. https:// doi.org/10.1002/slct.202300319
  • Fatullayeva P.A., Majidov A.A., Ismayiloov R.H., P.Taslimi, B.Tuzun et all. Cu(II), Ni(II) and Co(II) Complexes of Malonic Acid Dihydrazide with bis-Br-Salicylhydrazone. Advances in Neurology and Neuroscience . 2023, 6(2), p.219-233. ISSN: 2690- 909X

Müəllif şəhadətnamələri və patentləri

[redaktə | mənbəni redaktə et]
  • İ 2022 0031 «LiCoO2 və Li2CoMn3O8 nanoölçülü tozlarının alınması üsulu» Ə.Ə.Məcidov, A.A.Məmmədova

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

[redaktə | mənbəni redaktə et]

EPR Beynalxalq cəmiyyətinin üzvüdür.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1992-1998-cı illərdə Bakı Dövlət Universiteti,
  • İstanbul (Marmara) Universiteti.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • "Əməkdə fədakarlığa görə" medal;
  • SSRİ-nin Kimya Sənayesi Nazirliyinin Fəxri Fərmanı;
  • 60 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanı,
  • "Şöhrət" ordeni, 14 dekabr 2005 il.
  • 80 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı

2019-cu ildə AMEA Mərkəzi Elmi Kitabxananın təşəbbüsü ilə AMEA-nın akademiki Əjdər Əkbər oğlu Məcidovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici hazırlanmışdır. Bu göstərici 1960-2018-ci illəri əhatə edir. Göstəriciyə alimin həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin – dərslik və dərs vəsaitlərinin, patent və ixtiralarının, dövrü, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan, rus və digər xarici dillərdə dərc olunmuş məqalələrinin, respublika və beynəlxalq əhəmiyyətli konfranslarda məruzə və çıxışlarının, elmi-tədqiqat işlərinin və s. biblioqrafiyası daxil edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]