Əkbər Xamuş oğlu (əsl adı: Əkbər Əhəd oğlu; 1873, Bağbanlı, Şuşa qəzası – 1928, Ağdam, Ağdam qəzası) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.
Əkbər Xamuş oğlu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1873 |
Doğum yeri | |
Vəfat tarixi | 1928 |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Əkbər Əhəd oğlu 1873-cü ildə Şuşa qəzasının Bağbanlar kəndində anadan olmuşdur. Yerli əhali ona atasına görə "Xamuş oğlu", bəzən də Bağbanlar kəndindən olduğuna görə "Bağban Əkbər" deyə müraciət etmişdir.[1]
Əkbər gənc yaşlarından yaxın qohumu Qurban Pirimovla birlikdə Qarabağ, eləcə də Şuşa məclislərində xanəndə kimi çıxış etmişdir. O, əsasən, sadə qəzəllər oxumuş, Molla Pənah Vaqif və Qasım bəy Zakir yaradıcılığına üstünlük vermişdir. "Şüştər", "Simayi-şəms", "Üzzal", "Hicaz" kimi muğamları özünəməxsus şəkildə ifa etmişdir.[2]
Əkbər Xamuş oğlu 1914-cü ildə Cabbar Qaryağdıoğlunun təklifi ilə Tiflis şəhərinə gedərək səsini qrammofon vallarına yazdırmışdır. O, Qurban Pirimovun müşayiəti ilə "Mənsuriyyə", "Bayatı-Əcəm", "Kürdü-Şahnaz", "Şüştər", "Qatar", "Hisar", "Müxalif" muğamlarını, "Axşam oldu", "Cüt sona" kimi təsnifləri ifa etmişdir. Əkbər Xamuşoğlu Cabbar Qaryağdıoğlu ilə birlikdə "Kərəmi", "Kürdü", "Təsnif əsli" duetlərini ifa etmişdir. Onun oxuduğu "Hisar" və "Müxalif" muğamlarının qrammofon valları var.[1]
Əkbər Xamuş oğlu 1928-ci ildə Ağdamda vəfat etmişdir.[1]