Molla Pənah Vaqif

Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; 1717[3][4][…], Salahlı, Qarabağ bəylərbəyliyi, Səfəvilər1797[3][4][…], Şuşa) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri və Qarabağ türklərinin (azərbaycanlıların) mənəvi rəhbəri.[5]

Molla Pənah Vaqif
Pənah Mehdi ağa oğlu
Müasir rəssam Mikayıl Rzaquliyev tərəfindən təsvirlənmiş, Rəsul Həsən tərəfindən rənglənmiş “Molla Pənah Vaqif” portreti[1]
Müasir rəssam Mikayıl Rzaquliyev tərəfindən təsvirlənmiş, Rəsul Həsən tərəfindən rənglənmiş “Molla Pənah Vaqif” portreti[1]
Doğum adı Pənah[2]
Təxəllüsü Vaqif[2]
Doğum tarixi 1717[3][4][…]
Doğum yeri
Vəfat tarixi 1797[3][4][…]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair, yazıçı, vəzir
Fəaliyyət illəri 1759–1797
Əsərlərinin dili Azərbaycan dili
Janrlar lirika, qoşma, qəzəl
Vikimənbənin loqosu Molla Pənah Vaqif Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaqif təxminən 1717-ci ildə[6][7][8] Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilmiş və o, "Molla Pənah" ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur.[9]

Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır, lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.[9]

1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Car-Balakənə üz tutur. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Məhəmməd bəy Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Molla Pənah Vaqif 1797-ci ildə vəfat edir.[10]

Vaqif Azərbaycan şairi Səməd Vurğunun sevimli şairi idi. Səməd Vurğun yazırdı ki, "Erkən uşaqlıqdan mən Vaqifin işindən çox təsirləndim. Onun gözəl şeirləri, aydın və peşəkar tərzi mənim işimə böyük təsir göstərdi. Vaqifin güclü şeir cazibəsi ilə təsirləndim, ilk şeirlərimi yazdım."[11] Vaqifin həyatı Vurğunun "Vaqif" dramında öz əksini tapmışdır. Vurğunun "Şairin ölümü" əsəri də Vaqifə həsr olunmuşdur.[12]

Molla Pənah Vaqif XVIII əsrin birinci yarısında anadan olmuşdur. Onun atası Mehdi ağa, anası isə Ağqız xanım idi.[13] Firudin bəy Köçərli Molla Pənah Vaqifin Ağstafa yaxınlığında[14] Həsənsu kəndində anadan olduğunu bildirir. Eyni zamanda o qeyd edirdi ki, şairin doğulduğu yer Salahlı kəndi hesab olunur.[14] Şairin doğulduğu tarix dəqiq deyil. Bir çox məlumatlarda doğulduğu il 1717-ci il götürülür; Rzaqulubəy və Adolf Berje, Vaqifin bir müddət sonra anadan olduğunu yazırlar.[15] İ. Cahangirov və S. Mümtaza görə isə Vaqif 1733-cü ildə Qazax yaxınlığında yerləşən Yuxarı Salahlı kəndində dünyaya gəlib.[16]

Vaqif kiçik yaşlarında mədrəsədə alim və müəllim Şəfi Əfəndinin yanında təhsil almış,[17] ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. O, həm də astronomiya, riyaziyyat, musiqi və poetika üzrə biliklərə də malik idi. XVIII əsrin 50-ci illərinin sonlarında Qazax mahalında və qonşu Gürcüstan sərhədlərində feodal münaqişələri nəticəsində təxminən 1759-cu ildə Qazax kəndlərinin sakinləri Qarabağ xanlığına köçməli oldular. Vaqifin ailəsi də köçürülən ailələr arasında idi. Ailə Cavanşir mahalının Tərtərbasar kəndində yerləşdi. Vaqif bu kənddə təhsil almağa başladı sonra isə məktəb açdı və burada uşaqları öyrətməyə davam etdi.[13] Bir müddət sonra Vaqif Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinə[q 1] köçərək Saatlı məhəlləsində məktəb təsis etdi. Onunla birlikdə bu məhəlləyə 17 ailə köçdü.[18]

1769–1770-ci illərdə Molla Pənah Vaqifin alimlik və şöhrətlik nüfuzu Qarabağ xan sarayına da çatdı. Rzaqulu bəyin yazdığına görə, "Şuşada yaşayan Vaqif, Mirzə Vəli Baharlı daxil olmaqla bir çox nüfuzlu insanlarla dostluq etdi." Qarabağ xanı İbrahimxəlil xan Molla Pənah Vaqifi xan sarayına dəvət etdi və Mirzə Vəli Baharlı bildirir ki, "Molla Pənah Vaqifin ay tutulması və zəlzələ barədə əvvəlcədən xəbər verdiyi zaman xan təəccübləndi. Vaqiflə tanış olub, biliklərini yüksək qiymətləndirərək, onun xanlığın rəhbərliyinə cəlb etmək qərarına gəldi." İbrahimxəlil xan Vaqifi əvvəlcə eşikağası, xarici işlər naziri, sonra isə onu öz baş vəziri, yəni daxili işlər üzrə vəzir təyin etdi. Molla Pənah vəfatına qədər bu vəzifədə qaldı.[19]

Saray xadimi və tarixçisi Mirzə Camal Cavanşir Qarabağinin sözlərinə görə, "Vaqif ağıllı və təcrübəli vəzir kimi böyük şöhrət və xalqın rəğbətini qazanmışdır."[20] Ağa Məhəmməd şahın saray xadimi olan Abraham Beknazaryants Molla Pənahı Qarabağ türklərinin (azərbaycanlılar) mənəvi rəhbəri adlandırır.[5] XIX əsrdən sonrakı dövrün Qarabağın sakinləri olan tarixçiləri Molla Pənah Vaqifin İbrahimxəlil xanın yanında böyük nüfuza malik olduğunu iddia edirlər. Mirzə Adıgözəl bəy yazır ki, "Molla Pənah Vaqif ədəbi dilin zənginləşdirilməsində yaddaqalan addımlar atmışdır. O, bir şair kimi xalqın ruhuna güc verir, bir siyasətçi kimi isə xalqın idarə işlərini aparırdı."[21] Qaradaği bildirir: "Mərhum İbrahimxəlil xan Molla Pənahın istənilən işin öhdəsindən gələcəyini düşünərək, hər zaman onu əziz dostu kimi görürdü və onun məsləhətlərinə qulaq asırdı."[21] Mir Mehdi Xəzaninin sözlərinə görə:

1983-cü ildə buraxılmış poçt markasında Vaqif türbəsinin təsviri.
" Xan Molla Pənah Vaqifi dövlət idarəçiliyində lazımi tədbirlərdən xəbərdar edirdi. İbrahimxəlil xan dövlət daxilində və xaricində olan bütün işləri Molla Pənahın məsləhətləri ilə həll edirdi. Xan ona tam güc verirdi.[21] "

Vəzir vəzifəsinə gəldikdən sonra Vaqif Şuşada bir çox obyektlərin tikintisində iştirak etdi. Qaradaği yazır ki, "Mərhum Molla Pənah bir çox əsərlərin başçısı idi. Vaqif, xanın və onun uşaqlarının şəxsi binalarının, hərəmxanalarının, xan sarayının və Şuşa divarlarının tikintisinə rəhbərlik edib." A. Berje bildirir: "Vaqif mühəndislik elmini yaxşı bildiyinə görə Şuşa şəhərinin ətrafına çəkilmiş divarların tikintisi və möhkəmləndirilməsinə rəhbərlik ona etibar edilmişdir." Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs deməsi və burada Molla Pənah adını alması, onun alimliyi haqqında xəbərlər xanlığın hüdudlarından uzaqlara yayılır.[22] Xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah ola bilməz."[23]

Vaqif astronomiya ilə ciddi məşğul olub, bu sahədəki biliklərini təcrübi olaraq gün tutulmalarının və bu qəbildən olan digər təbii hadisələrin müəyyənləşdirilməsi üçün istifadə edir, astroloji biliklərini isə sarayda özünün münəccim məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı da yaxşı bilib. Vaqifin zəngin kitabxanası vardı və o, daim öz biliklərini artırmaqla məşğul olurdu. Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi "Vaqif"[q 2] təxəllüsünü götürməsi ilə nəticələnir. Vaqif yaradıcılığının tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, "Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir."[24]

"Vaqif" tamaşasında Ağa Məhəmməd şah Qacarın Şuşaya yürüşü və Molla Pənah Vaqifin edamı geniş şəkildə təsvir olunur.

1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanda müstəqil xanlıqlar yaranmışdı, lakin bu xanlıqların müəyyən iqtisadi, siyasi və hərbi uğurlarına baxmayaraq, onların fikirlərində hər an öz müstəqilliklərini itirmək təhlükəsi vardı. Azərbaycanda aparıcı rol oynamaq uğrunda Rusiya, İranOsmanlı dövlətləri mübarizə aparırdı. Qonşu xanlıqlar və Kartli-Kaxetiya da müstəqillik üçün təhlükəyə çevrilmişdilər. Fasiləsiz feodal müharibələri və güclü qonşuların daimi basqınları Qarabağ xanlığını məcbur edirdi ki, yaxın xanlıqlarla aparıcı dövlətlərdən dəstək alsın. İbrahimxəlil xan Kartli-Kaxetiya ilə ittifaqa girir və onlar birlikdə Rusiyadan dəstək istəyirlər. 1783-cü ildə gürcü çarı II İrakli Rusiya təbəəliyini qəbul edir və Vaqif bir il sonra Tiflisdə həmin ölkələr arasında müqavilənin imzalanması mərasimlərində iştirak edir. Tiflisdə olduğu zaman Vaqif şəhərin tərifinə, gürcü gözəllərinə və İraklinin oğlu şahzadə Ellona həsr olunmuş şeirlər yazır.[24] Əməkdar elm xadimi Həmid Araslı o dövrü bu cür təsəvvür edir:

" Vaqif yazıb-yaratdığı dövrdə Azərbaycanda iqtisadi və siyasi vəziyyət son dərəcə gərgin idi. İki əsrdən artıq Türkiyə və İran işğalçılarının ölkəni istila etmək uğrunda apardıqları qanlı müharibələr Azərbaycanın iqtisadi həyatına olduqca ağır təsir göstərmişdi. Dəfələrlə Türkiyə və İran orduları tərəfindən işğal edilib talan olunan Azərbaycan şəhərlərində iqtisadi həyat pozulmuş, ticarət tənəzzül etmiş, mədəni-maarif müəssisələri dağıdılmışdı. Ölkənin abad şəhərlərini xarabaya çevirən bu qanlı müharibələrdən sonra yerli xanlıqların hakimiyyət uğrunda mübarizələri onun siyasi qüvvəsini yenidən parçalamışdı... Belə bir şəraitdə Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda gedən mübarizə mütərəqqi bir mübarizə olub, xalq kütlələrinin arzusundan doğsa da, buna şərait yox idi.[25] "

Salman Mümtaz yazır: "Vaqif, ehtimal ki, iki hökumət arasında həll olunması lazım gələn işlərin həlli və tövsiyəsi üçün İbrahim xan Cavanşir hökuməti adından o zaman Gürcüstan valisi olan II İraklinin yanına göndərilmişdir. Vali ilə Vaqifin o gün görüşmələrini təsvir edəcək lövhə və vəsiqələrin bu gün əldə olmaması bizə o rəsmi ziyarət və görüşün rəsmi qəbul və tərzi üsulunu öyrənməyə və öyrətməyə mane olur. Vali özü şəxsən Vaqifin bazdidinə gəlmirsə də, öz oğlu Ellonu öz əvəzindən Vaqifin ziyarətinə göndərir. Ellonla dəfələrlə görüşən Vaqif görüş münasibətilə Tiflisdə Ellona müxəmməs həsr edir."[26]

Səməd Vurğun. “Vaqif”. Kirovabad Qızılbayraqlı Dövlət Teatrı, 1939-cu il.
Azərbaycan poçt markası üzərində Molla Pənah Vaqifin məqbərəsi

1783-cü ilin martın 18-də İbrahimxəlil xan II Yekaterinaya məktub göndərərək onun Rusiyanın himayəsinə qəbul olunmasını xahiş etdi. II Yekaterina Q. A. Potyomkin xərac ödəyəcəyi təqdirdə İbrahimxəlil xanı hakimiyyətdə saxlamağını və hətta onun Rusiyanın himayəsi altına qəbul etməyin mümkün olduğunu bildirdi. Qədim zamanlardan Qarabağ buraya köçürülmüş qacarlarla məskunlaşdırılmış və 200 il ərzində burada qacarların Ziyadoğlular boyundan olan şəxslər hökmranlıq etmişdi. Ağa Məhəmməd şah Qarabağ xanlığını tutmaq istəyərkən bunu müəyyən qədər qacarların pozulmuş hüquqlarının bərpası ilə motivləndirmək fikrinə düşmüşdü. Ağa Məhəmməd şah Qarabağa yaxınlaşdıqca, İbrahimxəlil xan II İrakli ilə daha da yaxınlaşmağa başladı. Vaqif Ağa Məhəmməd şaha qarşı birləşmək üçün İbrahimxəlil xanın, II İraklinin, İrəvan hakimi Məhəmməd xanın və Talış hakimi Mir Mustafa xanın danışıqlarında iştirak etdi.[27]

Ağaməhəmməd xan digər xanlara göndərdiyi kimi Qarabağa elçi göndərib İbrahimxəlil xandan da girov istədi. Xan əmisi oğlu Ağa Əbdüssəməd bəy və saray adamı Mirzə Vəli bəyi Ağaməhəmməd xana girov verdi, lakin bir neçə ildən sonra Əbusəməd bəy öldürüldü və Ağaməhəmməd xan onun əvəzində başqasını tələb etdi. İbrahimxəlil xan isə bundan boyun qaçırdı və Mirzə Məhəmməd Qulunu Rusiyaya elçi göndərib, rus təbəəliyini qəbul etdiyini bildirdi və tezliklə kömək göndərilməsini xahiş etdi. Ağaməhəmməd xan bundan xəbər tutdu və tezliklə Qarabağa hücuma hazırlaşmağa başladı.[28]

1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını keçərək, Şuşa istiqamətində irəliləməyə başladılar. Şuşalılar Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq gördülər. Ağır müqavimət nəticəsində, Ağa Məhəmməd şah öz saray şairinə tapşırır ki, İbrahimxəlil xana bir məktub yazsın. Məktub bu məzmunda olur: "Fələyin mancanağından bəla daşları yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan?"[29]

Bu hissədə Şuşa qalasının adı çəkilmişdi. Şuşa Azərbaycan dilində "şüşə" mənasını da verirdi. Bu beyt yazılmış kağızı oxa bərkidərək, qalaya atdılar. Qarabağ xanın vəziri buna cavab yazaraq, bu yolla Qacara çatdırdı. Cavabın məzmununda bu yazılmışdı: "Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar."[30] Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə səbəb oldu və o, top atəşlərini davam etdirmək əmrini verdi. Şuşanın 33 günlük mühasirəsi qalanın müdafiəçilərini sarsıtmır və şah məcbur olub, mühasirəni dayandıraraq, çar II İraklinin qoşunlarını darmadağın edib, Tiflisi talan etdi.[30]

İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. Vaqifə bahalı daş-qaşla bəzədilmiş əsa düşür. İbrahimxəlil xan bu müddətdə II Yekaterina ilə məktublaşmasını davam etdirir. Xanın həmin məktublarının mətnini Vaqif yazırdı və imperator tezliklə onun güclü yazı qabiliyyətini müəyyənləşdirir. 1784-cü ildə Q. A. Potyomkinə yazdığı məktubunda Yekaterina qeyd edirdi ki, İbrahimxəlil xanın məktubları özünün ədəbiliyi və zərifliyi ilə İrandan və Türkiyədən gələn bütün məktubları üstələyir.[28] Rusiya hökmdarı həmin məktubların müəllifinin kimliyini müəyyənləşdirməyi və onunla bağlı maraqlanmağı xahiş edir. 1796-cı ildə II Yekaterina vəfat etdi. Yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. Ağa Məhəmməd şah bundan istifadə edərək, ona qarşı çıxmış xanları cəzalandırmaq istədi. Həmin il o, yeni yürüşə çıxdı və bu yürüşünü Şuşadan başladı. Ağaməhəmməd şah böyük bir təmtəraqla Şuşa qalasına daxil olub, qalanın aşağı qapısının yaxınlığında olan İbrahim xanın böyük oğlu Məhəmmədhəsən ağanın evində yerləşdi.[30] Şah, İbrahimxəlil xanla birlikdə gedə bilməyən əyanların və xanın qohumlarının, dostlarının axtarılıb tapılması və həbs edilməsi əmrini verdi. Həbsə alınanlar içərisində Məlik Şahnəzərin oğlu Məlik Cəmşid, Molla Pənah və bir çox əyanlar var idi.[31]

Molla Pənahı və digər əsirlər İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağanın sarayına gətirirlər. Ağa Məhəmməd şah burada yerləşmişdi. 1797-ci ildə Ağa Məhəmməd şah sui-qəsdlə öldürüldü. Onun qoşunu geri çəkildi. Bunu görən İbrahimxəlil xanın kiçik qardaşı Mehrəli bəyin oğlu Məhəmməd bəy hakimiyyəti ələ keçirdi. Məhəmməd bəy hakimiyyəti öz əlində saxlamaq üçün əmisinin tərəfdarlarını öldürməyə başladı. Məhəmməd bəy Molla Pənah Vaqifi və onun oğlu Əli bəyi edam etdirir. Vaqifi Şuşada böyük şərəflə dəfn edirlər. Məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.[32]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Doğma dili ilə yanaşı, farsərəb dillərini mükəmməl şəkildə bilirdi.[33] Vaqif şiəliyi qəbul etmiş və digər alimlər və ədibləri (məsələn, Vidadi) də bu cərəyana cəlb etməyə çalışmışdır.[34]

Şairin həyat yoldaşı Qızxanım idi.[30] Mövcud məlumatlara görə, Vaqifin iki qızı və oğlu Əliağa, Alim təxəllüsü altında şeirlər yazırdılar.[35] Qızlarından biri Azərbaycan şairi Molla Vəli Vidadinin oğlu ilə ailə həyatı qurmuşdu. Şairin oğlanlarının adları isə, mənbələrdə "Əli" və "Qasım" olaraq bilinir.[36]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Vaqifin bədii yaradıcılığı tam şəkildə dövrümüzə gəlib çatmamışdır, lakin əldə olunan mənbələr şairin əsərlərinin mövzusu, ideya məzmunu, bədii xüsusiyyətləri və s. barədə ətraflı fikir söyləməyə imkan verir. Sənətkarın janrları qoşma, təcnis, qəzəl, müxəmməs, müstəzadmüəşşər idi. Bu janrlardan qoşma və təcnis xalq ədəbiyyatının, qalanları isə klassik poeziyanın poetik şəkilləridir. Müəllif öz yaradıcılığını əsasən, qoşmalarında — xalq ədəbiyyatına məxsus janrda təsdiq edə bilmişdir. Yazılı ədəbiyyata aid janrlarda isə onun poeziyası məzmun, ifadə tərzi, ideya-bədii keyfiyyəti ilə sələflərindən fərqlənir.[37][38][39]

Vaqif lirikasının əsas xüsusiyyətləri millilik, xəlqilik, realizm, sadəlik və nikbinlikdir. Şair həm klassik poeziyanın ənənəvi janrlarına yeni janrlar əvəz etdi, deyiliş tərzini və ifadə üsulunu yenilədi, bədii tərzi dəyişdi, mahiyyətə real məzmun verdi. Vaqifin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Gözəllərin vəsfi Vaqif lirikasının əsas motividir. Şair onların bədii portretini məharətlə yaradıb, etnoqrafik detalları, milli koloriti qabarıq şəkildə əks etdirib. Onun qələmə aldığı şeirlər xarici və daxili zənginliyi ilə fərqlənirlər.[40][39]

Əsas mövzusu isə mərhəmət və insan gözəlləyinin tərənnümüdür. Belə ki, şair milli və dini ehkamları bir kənara qoyaraq poeziya üçün yeni tip təsvir edir. Molla Pənah Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli xüsusiyyətləri öz əksini tapır. O, insanı fiziki və mənəvi cəhətdən kamil, harmonik inkişafda görmək istəyirdi. Həyatsevərlik onun poeziyasının əsas xüsusiyyətidir. Onun şeirlərində ictimai ədalətsizlik və bərabərsizliyə nifrət ifadə olunur. Şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılıq əsas motivlərdən biridir. O, xalqdan qüvvət alaraq xalq ədəbiyyatı yüksək səviyyəyə çatdırıb. Şairin həyatı ərzində qarşılaşdığı ağır şərait onun yaradıcılığına da təsir edir. Həmin illərin əsərlərində ciddi dəyişiklik özünü göstərir. Bu zaman şairin yaradıcılığında ictimai motivlər, həyat və zamandan şikayət öz əksini tapır. Əvvəl yazılan əsərlərdən fərqli olaraq, bu şeirlərdə dərin hüzn, kədər, bədbin əhvali-ruhiyyə özünü göstərir. Vaqif yaradıcılığında bu dönüşü ifadə edən əsər onun "Görmədim" müxəmməsidir.[41][38][39]

Vaqif yaradıcılığında "Badi-səba, bir xəbər ver könlümə", "Namə gedər olsan yarın kuyinə", "Bayram oldu", "Gözlərin cəlladdır, baxışın yağı", "Durnalar", "Heyran olmuşam" və s. şeirləri xüsusi yer tutur. Azərbaycan ədəbi dilinin inkişafında Vaqifin xidmətləri böyükdür. O, heca vəznində yazdığı şeirlərdə xalq dilindən sənətkarlıqla istifadə edərək onu ədəbi-bədii dil səviyyəsinə qaldırmışdır.[42][39]

Vaqifin ölümündən sonra şeirlərinin əlyazmaları məhv və talan edilmişdir. Buna baxmayaraq, aşıq poeziyası ilə bağlı yazdığı bir sıra şeirlər qorunub saxlanılır və bəzi insanlar əsərlərini oxuya bilirlər.[43] Azərbaycan Yazıçılar BirliyiNizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində onlarla əl yazmasına rast gəlmək olar.[43]

İrsi və xatirəsi

[redaktə | mənbəni redaktə et]
Üzərində Vaqifin təsviri olan 1968-ci ilə aid SSRİ açıqcası

1856-cı ildə Temir xan Şurada[q 3] Vaqifin ilk kitabı çapdan çıxmışdır. Bundan sonra Mirzə Fətəli Axundov material toplayaraq şərqşünas Adolf Berjeyə vermişdir.[43] 1867-ci ildə Berje bu materialı Leyspiq şəhərində çap etdirmişdir. Şair Mirzəcan Mədətov Vaqifin şeir kolleksiyasının tərtib edilməsi üçün yardım göstərmişdir.[43] Vaqifin şeirini ilk dəfə rus dilinə XIX əsrin 40-cı illərində polyak şairi və tərcüməçisi Tadeuş Zabloski "Rubon" jurnalında tərcümə etmişdir.[44]

1940-cı ildə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında Molla Pənah Vaqifə heykəl qoyulmuşdur. Heykəlin müəllifi Cəlal Qaryağdıdır.[45]

1968-ci ildə Molla Pənah Vaqifin 250 illik yubileyi geniş miqyasda keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin 1970-ci il 30 yanvar tarixli 29 nömrəli qərarına əsasən Qazax rayonunda M. P. Vaqifin xatirə müzeyi yaradılmış, 2002-ci ildə isə həmin muzey "Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi" adlandırılmışdır.[46]

Ulu öndər Heydər Əliyev klassik ədəbiyyatı qiymətləndirən şəxs idi. O, ədəbi irsin qorunmasına qayğı göstərərək Azərbaycan klassik şair və ədiblərinin ev-muzeylərinin yaradılması, xatirələrinin əbədiləşdirilməsi üçün işlər görmüşdür. Azərbaycanda üç şairin, Nizami Gəncəvi, Molla Pənah Vaqif, Hüseyn Cavidin məzarları üzərində məqbərə tikilmişdir.[47]

1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Əliyev yaxşı vəziyyətdə olmayan dağılmış məzarı ziyarət etmişdir. O, nitqlərinin birində gördüyü "bu məzarın Vaqifə layiq olmadığını" səsləndirmişdir. Sonralar Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980–81-ci illərdə abidə və türbə tikildi. 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı oldu. 1992-ci ilin may ayının 8-də bu məqbərə erməni işğalçıları tərəfindən dağıdılmışdır.[47]

Molla Pənah Vaqifin muzey məqbərə kompleksinin inşasına memar A. V. Salamzadə və E. İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə şairin məzarı üstündə inşa edilmişdir. Burada M. P. Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponatda sərgilənirdi.

1982-ci ildə Heydər Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, eyni zamanda Şuşa Poeziya Evinin də açılışında və orada keçirilən "Vaqif poeziya günləri"-ndə iştirak etmişdir. Həmin tarixdən etibarən hər il avqust ayında "Vaqif poeziya günləri" keçirilir. Şuşanın işğalından sonra, bu tədbir keçirilmir. Bu bayram tədbiri Qazaxda başlayıb Şuşada yekunlaşırdı.[48]

Şairin adını xalq uca tutmuş, onun xatirəsini əbədiləşdirmişdir. Balakən rayonunda 1 saylı Tülü tam orta məktəb və Gəncə şəhərində 8 saylı tam orta məktəb şairin adını daşıyır. 2014-cü ildə şairin adına poçt markası buraxılmışdır. Bakı şəhərində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin fəsadının lojasında Molla Pənah Vaqifin heykəli yerləşdirilmişdir.[49]

Moll Pənah Vaqif Azərbaycan Poçt markasında (2014)

Aşıq Əli Vaqifi "şairlərin xanı",[50] maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firudin bəy Köçərli isə "milli şair" adlandırır.[51] Aşıq Əli Qaracadaği isə Vaqifi hər zaman müəllim adlandırırdı.[36]

Bəstəkarlardan Cahangir Cahangirov "Durnalar", Əşrəf Abbasov "Heyran olmuşam", Vüqar Şirinov "Toy adamları", Qəmbər Hüseynli "Tel nazik" şairin şeirlərinə musiqi bəstələmiş, Ramiz Mustafayev "Vaqif" operasını, Səməd Vurğun "Vaqif" mənzum dramını, Yusif Vəzir Çəmənzəminli "Qan içində"[52] romanlarını yazmışlar. Haqqında "Vaqif", "Molla Pənah Vaqif", "Qətl günü", "Molla Pənah Vaqif" filmləri ekranlaşdırılmışdır. Səməd Vurğunun 1937-ci ildə şairə həsr etdiyi "Vaqif" dramı ilk dəfə 1938-ci ildə M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında,[q 4] 1947-ci ildə isə Almaniyada Berlin teatrında tamaşaya qoyulmuşdur.[49][53][54]

2016-cı ilin dekabr ayında Şəkidə Türksoy Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısında 2017-ci ilin "Molla Pənah Vaqif ili" elan olunması barədə qərar qəbul olunub.[55] 2016–2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"-na daxil edilmişdir.[56] 12 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.[57]

  1. Şuşa şəhəri o zamanlar şəhərin əsasını qoymuş Pənahəli xanın şərəfinə Pənahabad adlanırdı.
  2. Vaqif ifadəsinin mənası bir işdə məlumatı, biliyi olan, xəbərdar, məlumatlı, hər şeyi bilən deməkdir.
  3. İndiki Dağıstan Respublikasının Buynaksk şəhəri.
  4. İndiki Azərbaycan Dövlət Akademik Milli Teatrı.
  1. Ярахмедов М. Азербайджанская поэзия и Етим Эмин. Баку: Элм. 1992. səh. 11.
  2. 1 2 "Molla Pənah Vaqif yaradıcılığının Azərbaycan ədəbiyyatında əks sədası" (az.). Trend.az. 18 dekabr 2017. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2018.
  3. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 3 4 Vagif // Faceted Application of Subject Terminology.
  5. 1 2 Дадашзаде, 1968. səh. 36
  6. Немецкая национальная библиотека, Берлинская государственная библиотека, Баварская государственная библиотека и др. Record #118966960 Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine // Общий нормативный контроль (GND) — 2012–2016.
  7. data.bnf.fr Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine: платформа открытых данных — 2011.
  8. "Faceted Application of Subject Terminology". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
  9. 1 2 "Xalq yaradıcılığının vurğunu Molla Pənah Vaqif həyatı haqqında" (az.). edebiyyat.ucoz.com. 2015. 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2018.
  10. "Molla Pənah Vaqif" (az.). portal.azertag.az. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2018.
  11. Бабаев Г. Самед Вургун. Очерк творчества. М.: Советский писатель. 1981. səh. 72.
  12. Бабаев Г. Самед Вургун. Очерк творчества. М.: Советский писатель. 1981. səh. 137.
  13. 1 2 Дадашзаде, 1968. səh. 13
  14. 1 2 Кочарлинский, 1903. səh. 7—8, прим. 1
  15. Дадашзаде, 1968. səh. 12—13
  16. Mümtaz, Cahangirov, 1933. səh. 3
  17. H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 70.
  18. Мамед-заде, Саркисов, 1986. səh. 18
  19. Дадашзаде, 1968. səh. 14—15
  20. Мамед-заде, Саркисов, 1986. səh. 22
  21. 1 2 3 Дадашзаде, 1968. səh. 21
  22. Дадашзаде, 1968. səh. 18—19
  23. Дадашзаде, 1968. səh. 15
  24. 1 2 Вагиф, Молла Панах // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
  25. Nizami Cəfərov, 2017. səh. 17
  26. Nizami Cəfərov, 2017. səh. 31
  27. Дадашзаде, 1968. səh. 38—39
  28. 1 2 Караев, 1984. səh. 13
  29. Ярахмедов М. Азербайджанская поэзия и Етим Эмин. Баку: Элм. 1992. səh. 10.
  30. 1 2 3 4 Дадашзаде, 1968. səh. 38
  31. Советский Нагорный Карабах: торжество ленинской национальной политики. Баку: Азербайджанское гос. изд-во. 1983. səh. 115.
  32. Мамед-заде, Саркисов, 1986. səh. 42—43
  33. Шариф, 1968. səh. 4
  34. Mymtaz, Çəhəngirov, 1933. səh. 5
  35. Дадашзаде, 1968. səh. 15, 17
  36. 1 2 Сеид-Заде А. Мирза-Шафи или Боденштедт? (К вопросу о происхождении, об'ёме и характере плагиаторства Фр. Боденштедта). Баку: Изд-во АГУ. səh. 141.
  37. Molla Pənah Vaqif; tərt. ed. Həmid Məhəmmədzadə; red. Abbas Zamanov. — Bakı: Azərnəşr, 1968. — 184 s.
  38. 1 2 M.P.Vaqif-Biblioqrafiya, 2017. səh. 79
  39. 1 2 3 4 Дадашзаде, 1968. səh. 44
  40. M.P.Vaqif-Biblioqrafiya, 2017. səh. 77
  41. M.P.Vaqif-Biblioqrafiya, 2017. səh. 78
  42. S.Quliyeva, L.Əhmədova, K.Tahirov, 2017. səh. 7
  43. 1 2 3 4 Дадашзаде, 1968. səh. 105—106
  44. Дадашзаде, 1968. səh. 109—110
  45. Карягды, Джалал Магеррам оглы. биобиблиографический словарь (Художники народов СССР). Искусство. 1995. səh. 282.
  46. S.Quliyeva, L.Əhmədova, K.Tahirov, 2017. səh. 7-8
  47. 1 2 S.Quliyeva, L.Əhmədova, K.Tahirov, 2017. səh. 8
  48. S.Quliyeva, L.Əhmədova, K.Tahirov, 2017. səh. 8-9
  49. 1 2 S.Quliyeva, L.Əhmədova, K.Tahirov, 2017. səh. 9
  50. Дадашзаде, 1968. səh. 109—127
  51. Сумбатзаде А. С. Азербайджанская историография XIX-XX веков. Баку: Элм. 1987. səh. 21.
  52. Ашнин Ф. Д., Алпатов В. М., Насилов Д. М. Репрессированная тюркология Arxivləşdirilib 2022-01-12 at the Wayback Machine. Москва: Издательская фирма "Восточная литература" РАН, 2002, с. 153. ISBN 5020183385
  53. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Səməd Vurğunun "Vaqif" dramında Molla Pənah Vaqif obrazı..." (az.). azertag.az. 22 noyabr 2017. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2018.
  54. Вургун С. Собрание сочинений. 3. М.: Художественная литература. 1980. səh. 287.
  55. "TÜRKSOY 2017-ci ili "Molla Pənah Vaqif ili" elan edib" (az.). az.trend.az. 6 dekabr 2016. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2018.
  56. "YUNESKO 2016-cı ili İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edəcək" (az.). ahlibeyt.az. 26 dekabr 2015. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2018.
  57. president.az. ""Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2017-ci il tarixli, 2597 nömrəli sərəncamı" (az.). e-qanun.az. 12 yanvar 2017. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2018.
  • Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 270–296.
  • Дадашзаде А. Певец жизни (Раздумья о Вагифе). Баку: Изд-во АН Азербайджанской ССР. 1968.
  • Караев Я. Вагиф. Очерк творчества. Баку: Язычы. 1984.
  • Кочарлинский Ф. Литература адербейджанских татар. Тифлис. 1903.
  • Мамед-заде К. М., Саркисов Н. А. Шуша — мавзолей Вагифа. Баку: Элм. 1986.
  • Шариф А. Вагиф — певец любви и красоты. М.: Знание. 1968.
  • Əlibəyzadə E. M. Azərbaycan dilinin tarixi. İki cilddə. II cild. Bakı: Azərnəşr, 2008, s. 304-341.
  • S.Mümtaz, İ.Cahangirov. Molla Pənah (Vaqif). Bakı: Azərnəşr. 1933.
  • Müşfiq Borçalı. M. P. Vaqif və Gürcüstan. Bakı, "Təhsil", 2016.
  • Nizami Cəfərov. Molla Pənah Vaqif. Bakı: "Renessans-A". 2017.
  • S.Quliyeva, L.Əhmədova, K.Tahirov. Molla Pənah Vaqif-300. Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]