Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əkbər Xanmətov (tam adı: Əkbər Əkbər oğlu Xanmətov; 25 oktyabr 1938, Sudur, Qusar rayonu – 26 dekabr 2020, Bakı) — kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi.[1][2]
Xanmətov Əkbər | |
---|---|
Xanmətov Əkbər Əkbər oğlu | |
Doğum tarixi | 25 oktyabr 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 26 dekabr 2020 (82 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
İş yeri |
Əkbər Əkbər oğlu Xanmətov 25 oktyabr 1938-ci ildə Qusar rayonunun Sudur kəndində anadan olmuşdur. O, 1957-ci ildə Xaçmaz rayonunun Maksim Qorki adına kənd orta məktəbini bitirmişdir. 1958–1961-ci illərdə Sovet Ordu sıralarında xidmət etmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və orada 1965-ci ilə kimi təhsil almışdır. 1965-ci ildən təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş və 1968-ci ildə həmin universiteti kimyaçı ixtisası üzrə bitirmişdir. O, 1969–1972-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almış və 1972–1976-cı illərdə həmin institutda kiçik elmi işçi vəzifəsində işləmişdir. O, 1977–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuda böyük elmi işçi vəzifəsində, 1996–2001-ci illərdə elmi tədqiqat "Olefinlər" institutunda və 2002 – 2012-ci illərdə AMEA – nın Neft-Kimya Prosesləri İnstitutuda aparıcı elmi işçi, 2014-cü ildən Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışır. 2012-ci ildən Neft-Kimya Prosesləri İnstitutunun Kiçik Elmi Şurasının üzvüdür.
Əkbər Xanmətov 26 dekabr 2020-ci ildə Bakıda vəfat etmişdir.
Ə. Xanmətov 1975-ci ildə "Neft-kimyası" ixtisası üzrə "Nikel tərkibli kompleks katalitik sistemlərin iştirakında butadien və izoprenin etilen və stirol ilə sooliqomerləşmə reaksiyasının tədqiqi" mövzusunda dissertasiyanı müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 2011-ci ildə "Neft kimyası" ixtisası üzrə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Etilenin sirkoniunm tərkibli homogen və heterogenləşdirilmiş kompleks katalitik sistemlərin iştirakında selektiv oliqomerləşməsi" mövzusunda müvəffəqiyyətlə dissertasiyanı müdafiə edərək kimya elmləri doktoru adına layiq görülmüşdür.
Əkbər Xanmətovun apardığı elmi-tədqiqat işləri əsasən aşağı molekul kütləli olefinlərin metalkompleks katalizatorlar və ion mayelərin iştirakında oliqomerləşmə və polimerləşmə proseslərinin tədqiqinə həsr olunmuşdur. Bu tədqiqatlar sənaye əhəmiyyətli aşağı sıxlığa və yüksək istismar xassələrə malik polietilenin, müxtəlif təyinatlı səthi aktiv maddələrin, aşağı donma temperaturuna və yüksək özlülük indeksinə malik sintetik polietilen yağların, ali spirtlərin və karbon turşularının, alkilaminlərin, n-alkilfenolların, deemulqatorların, korroziyaya qarşı ingibitorların, plastifikatorların və s. alınmasında geniş istifadə olunan xətti alfa olefinlərin dar fraksiyalarının etilenin oliqomerləşmə yolu ilə selektiv sintezini təmin edən homogen və heterogenləşdirilmiş metalkompleks katalizatorlarının işlənib hazırlanması və onların iştirakında etilenin xətti α- olefinlərin dar fraksiyalarına selektiv oliqomerləşməsi proseslərinin yaradılmasına həsr olunmuşdur. Əkbər Xanmətov etilenin xətti α-olefinlərin dar fraksiyalarına selektiv oliqomerləşməsi üçün sirkonium birləşmələri əsasında homogen və heterogenləşdirilmiş kompleks katalizatərlarının işlənib hazırlanmasının elmi əsaslarını yaratmışdır. Etilenin xətti alfa olefinlərin dar fraksiyalara selektiv oliqomerləşməsi üçün yeni katalizatorların məqsədyönlü axtarışının əsası ola biləcək, oliqomer məhsulun molekul-kütlə paylanmasının xarakterinin "marşrutlu tənzimləmə" mexanizmini irəli sürmüşdür. Əkbər Xanmətov tərəfindən işlənib hazırlanmış sirkonium tərkibli kompleks katalitik sistemlər "Plastpolimer" EİB-nin (Rusiya) Qroznı filialında və SABJC firmasının (Səudiyyə Ərəbistanı) elmi-tədqiqat mərkəzində xətti alfa olefinlərin dar fraksiyalarının selektiv alınma proseslərində müvəffəqiyyətlə təcrübi-sənaye sınaqları keçmiş və sənayedə tətbiq üçün tövsiyə olunmuşdur.
3 övladı, 4 nəvəsi var.
Ümumilikdə 150 — dən çox elmi əsərin, o cümlədən 23 ixtiranın, 39 məqalə və 40-dan çox Beynəlxalq və Respublika Elmi konfranslarında məruzələrin tezislərin müəllifidir. Onun ixtiralarına Ümumdünya, Avropa və Rusiya Federasiyasının patentləri alınmışdır.