Ələddin (film, 2019)

Ələddin (ing. Aladdin) — Qay Ritçi tərəfindən rejissorluq edilən, ssenarisi Con Avqust tərəfindən yazılan və Walt Disney Pictures tərəfindən istehsal olunan Amerikan musiqili fantaziya filmi. Disneyin 1992-ci ildəki eyni adlı bir animasiya filminin canlandırılmış halıdır. Bu film, öz növbəsində, 1001 gecədən gələn epik ərəb folkloruna əsaslanır. Rollarda Mena Məsud, Vill Smit, Naomi Skot, Marvan Kenzari, Navid Neqaban, Nasim Pedrad və Bill Maqnussen iştirak edir.

Ələddin
ing. Aladdin
Janr romantik film, macəra filmi[1][2], musiqili film, fentezi filmi[d], fantastika filmi[1][3][…], döyüş filmi
Rejissor
Ssenari müəllifləri
Baş rollarda
Operator
  • Alan Stüard[d]
Geyim rəssamı Maykl Uilkinson[d]
Montajçı Ceyms Herbert
İstehsalçılar Walt Disney Pictures[4]
Distribütor Walt Disney Studios Motion Pictures[d], Microsoft Store[d], Disney+
İlk baxış tarixi 24 may 2019[5], 22 may 2019[1][6], 23 may 2019[7]
Müddət 128 dəq.[6], 129 dəq.[1]
Büdcə 183.000.000 $[8]
Gəlir 1.050.693.953 $[9], 294.733.136 $[9], 14.498.424 $[9], 14.984.400 $[9], 53.481.575 $[9], 20.239.708 $[9], 51.386.624 $[9], 16.497.206 $[9], 49.365.035 $[9], 41.274.658 $[9]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Vadi Ram[10]
IMDb ID6139732
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin mövzusu

[redaktə | mənbəni redaktə et]

Ələddin oğurluqla məşğul olan cavan oğlandır. Həyat tərzinə baxmayaraq, onun qəlbi təmizdir, mərhəmətli və mehribandır. Ələddini həyatı atası tərəfindən zorla evləndirilmək istənilən bir qızla tanış olandan sonra dəyişir. Bu qız sultanın qızı şahzadə Casmin idi.

Kral sarayına Casmini görmək üçün gizlicə girən Ələddin sultanın məsləhətçisi Cəfər tərəfindən tutulur. Ələddinin macərası Cəfərlə rastlaşandan sonra başlayır. Cəfər ondan möcüzələr mağarasındakı lampanı gətirməsini istəyir və mağaradakı ləl-cəvahirata əl vurmaması üçün tənbehləyir. Əvəzində isə Ələddinə böyük sərvət vəd edir  Ələddin orada çox qəribə başqa bir şey — uçan xalça da tapır. Xalçanın üzərindəki ağır qayanı götürəndən sonra xalça ilə həmişəlik dostlaşır. Ələddin lampanı götürərkən meymunu Abu dayana bilmir və dəyərli daşlardan birini götürür. Bu zaman mağaraya lavalar axmağa başlayır və mağara çökür. Amma Ələddin lampanı götürə bilir.

Lampa sehrlidir və içindəki cin Ələddinə 3 arzu şansı verir. Ələddinin birinci arzusu mağaradan çıxmaq, ikincisi isə sultan olmaq olur.

Filmin sonrakı gedişatında Cəfər lampanı oğurlayır. Cəfərin ilk diləyi sultan olmaq olur. Ancaq Casmin  əsgərlərə sədaqətlərini xatırladaraq onları Cəfərə qarsı qaldırır. Cəfərin ikinci arzusu dünyanın ən güclü sehirbazı olmaq olur. O, bu gücüylə Ələddini və Abunu soyuq ölkəyə göndərir və Casmini onunla evlənməyə məcbur edir. Ancaq cin Ələddini geri gətirir. Ələddin Cəfəri cindən zəif olduğu üçün ələ salır. Buna görə də Cəfər kainatda ən güclü varlıq olmağı arzu edir. Beləliklə, Cəfər cin kimi lampaya həbs edilir.

Sonda Ələddinin üçüncü istəyi cinin azad olması olur. Cin insan olaraq Casminin xidmətçisi ilə, Ələddin isə Casminlə evlənir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]