Ələkbər Qasımov

Ələkbər Məmməd oğlu Qasımov- Rejissor-sənətşünas, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, 1-ci dərəcəli dövlət qulluqçusu

Ələkbər Qasımov
Doğum tarixi (65 yaş)
Doğum yeri Naxçıvan şəhəri
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Teatr
Elmi dərəcəsi Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri AMEA Naxçıvan bölməsi
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Ələkbər Qasımov 1959-cu il 21 iyulda Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1981-87-ci illərdə Muxtar Respublika Mədəniyyət Nazirliyində məsul vəzifələrdə çalışıb. 1987-89-cu illərdə nazirliyin Elmi Metodiki Mərkəzində direktor müavini olub. Naxçıvanda Dövlət Kukla Teatrı yaradılmasının təşəbbüskarı və təşkilatçısıdır (1989). Bu teatrın ilk direktoru və bədii rəhbəri kimi həmin sənətin Naxçıvanda inkişafına, dəfələrlə qonşu ölkələrdə təbliğinə nail olub. Müxtəlif səhnələrdə 6 tamaşaya quruluş verib, 50-dən artıq elmi-kütləvi filmin dublyaj, 1 sənədli filmin quruluşçu rejissorudur. Naxçıvan Dövlət Teleradiosunun diktoru kimi çalışıb (1989-1991). 2000-ci ildən 2005-ci ilədək Naxçıvan MR Nazirlər Kabinetinin təhsil, mədəniyyət, səhiyyə və sosial məsələlər söbəsi müdirinin müavini vəzifəsində işləyib. Speys TV-nin, Azad Azərbaycan, Bakinski Raboçi və Respublika qəzetinin bölgə müxbiri olub. Hazırda AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitu teatr və musiqi şöbəsinin böyük elmi işçisidir. Naxçıvan Dövlət Universitetində teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi kimi səhnə danışığı fənnini tədris edir. Azərbaycan Teatr Xadimləri İttifaqının və Jurnalistlər Birliyinin üzvüdür. Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü, şairə, dramaturq Kəmalə Ağayevanın oğludur.

  1. Naxçıvan Teatrında tərcümə əsərlərinin tamaşaları (1883-2013). Bakı: Avropa, 2016. 176 səhifə.
  2. Cavid Poeziya Teatrı Bakı: Avropa, 2017. 84 səhifə.
  3. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası-20. Bakı: Avropa, 2018. 144 səhifə.
  1. Milli teatrımızın yaranma günü, yaxud Nazçıvan teatrının neçə yaşı var? / Ə. Qasımov // Qobustan. - 2007. - № 2. - S. 62-66
  2. Heydər Əliyev və Naxçıvan teatrı / Ə. Qasımov // Xalq qəzeti. - 2007.-19 iyul. - N 157. - S. 5 .
  3. Heydər Əliyev və Naxçıvan teatrları / Ə. Qasımov // Mədəni maarif. - 2008. - № 1. - S. 49-51
  4. Ölülərin ilk səhnə həyatı, yaxud məşhur tragikomediya birinci dəfə nə vaxt və harada tamaşaya qoyulmuşdur / Ə. Qasımov // Qobustan. - 2008. - № 1. - S. 54-59
  5. Qocaman sənət ocağı / Ə. Qasımov // Xalq qəzeti. - 2009.-17 iyun. - N 129. - S. 7 ; N 130. - S. 7
  6. Naxçıvan teatrı 1918-1920-ci illərdə / Ə. Qasımov // Xəbərlər: AMEA İctimai və Humanitar elmlər seriyası. Naxçıvan bölməsi. - 2009. - № 1. - S. 282-288
  7. Naxçıvan: elmi tərəqqinin yeni mərhələsi / Ə. Qasımov // Xalq qəzeti. - 2009.-2 avqust. - N 168. - S. 3
  8. Gürcü dramaturgiyası Naxçıvan teatrında / Ə. Qasımov // Qobustan. - 2009. - № 3. - S. 61-65
  9. Naxçıvanda şəhərsalma mədəniyyətinə bir nəzər / Ə. Qasımov // Respublika. - 2012.-12 avqust. - № 179. - S. 3
  10. AMEA Naxçıvan Bölməsinin elmi uğurları / Ə. Qasımov // Respublika. - 2012.-5 dekabr. - № 271. - S. 2
  11. Fizzə hələ özünü tanıdacaq: naxçıvanlı rəssam qız özünü hər janrda sınayır / Ə. Qasımov // Qobustan = Гобустан : incəsənət toplusu. - 2014. - № 1. - S. 78-79
  12. Səhnəmizin zəri / Ə. Qasımov // Azərbaycan. - 2015.-2 aprel. - № 67. - S. 7
  13. "Naxçıvan əlyazmalarının tədqiqi istiqamətində" adlı məqalələr toplusu Almaniyada nəşr olunub / Ə. Qasımov // Respublika. - 2015.-23 may. - № 109. - S. 11


[[Kateqoriya:]] Naxçıvanlı Alimlər, AMEA Naxçıvan bölməsi, Teatr, Naxçıvan, dosent , Dövlət qulluqçusu,