Ələtli - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [1][2]. Mənbədə Aletlu kimidir. XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumat görə kəndin əhalisi ermənilər idi. XVIII əsrin əvvəllərindən mə'lumdur[3][4]. XIII əsrdə monqolların tərkibində gəlmiş türkmənşəli Oyrat tayfasının Olet qolunun[5][6] adını əks etdirir. Azərbaycanda Ələt (Qaradağ rayonu), Ələtli (Sabirabad rayonu), Gürcüstanda XIX əsrdə Siqnax qəzasında Alet-Kari[7]Türkmənistanda Alat[8], Dağıstanda Ələtlər[9], XVIII əsrdə Türkiyənin şərqində Aletlu kənd adları ilə mənşəcə eynidir. [10]